Canavarın kədəri

 
Canavarın kədəri

Pianonun dillərindən qopan gözü yaşlı notlar buludları da ağladırdılar.Buludlar hikkəylə əllərinə keçən ulduzları yağış damlaları əvəzinə yerə tolazlayırdılar.Ulduzlar yerə çırpılaraq min parçaya ayrılır,sanki torpağa buludların kədərini çatdırırdılar.Canavar isə sevinirdi,çünki daha bir gün öz kədərini hərkəsdən gizlədə biləcəkdi.
Bəli,canavar kədərin içində kiçik sevinc yaşayırdı.Bu sevinc bəlkə də şükranlıq duyğusuydu.Ən azı ona görəydi ki, onu o ulduzlar kimi qayadan aşağı atmamışdılar.Hətta...Hətta onu tərk etməklə mələklər yeni bir zirvəyə,yalnızlıq dağındakı kədər qayasına qaldırmışdılar.O,bu zirvədə daha əsrarəngiz görünürdü.Bu zirvə onu daha uca göstərirdi.O,məhz bu zirvədə əlçatmaz idi.Əlçatmaz,əlçatmaz olduğu qədər də yalnız...Bu,o qədər də pis deyildi,çünki canavar məhz yalnız olduğu üçün anlaya bilirdi.
O,hələ indi anlayırdı ki,heç vaxt Tanrı ola bilməz.Yalnızlığa sinə gərib ona inanıb inanmamağından asılı olmayaraq hər kəsə kömək etmək onluq deyildi.Axı içindəki intiqam alovu canavarı güclü edən tək qüvvəydi.
Bəli, o intiqam alovuyla nəfəs alırdı.Hətta qanlı döyüşlərdəki zəfərlərindən sonra yorğun,amma məmnun halda dərdiyi nəfəsindən də alov püskürürdü.Canavar yenə də alovunu “ Gördün,yenə yıxılmadım” dercəsinə həyatına tərəf üfürür gələcəyini yandırırdı.O,gələcəyini məhv edirdi,çünki başa düşürdü.Başa düşürdü ki, yalnız belə yaşaya bilər.Axı döyüş onun həyatının mənasıydı.
O başa düşürdü ki,Şeytana da bənzəyə bilməz. Axı o Şeytandan fərqli olaraq zamanı öldürə bilirdi?!Zaman o zavallı,məzlum varlığı təşvişə salsada,yel olub canavarın yanından da ötə bilmirdi.Əksinə,o döyüşə zaman ruzigarının belində gedirdi.Amma zirehsiz.
Bəli, onun zirehi yox idi.Həyat onu zədələrdən qoruyan sevgi qalxanını bircə zərbəsiylə çilik-çilik eləmişdi.Başını zərbədən qoruyan inam dəbilqəsi də o döyüşdə sınmışdı.Amma sehirli silahı hələ də əvvəlki gücündəydi.İradə,intiqam alovu,ağıl,cəsarət hələ də qələminə güc verirdi.Deməli, o,hələ də qələbəyə məhkum idi.


Geri dön

RoMaNTiK SerSeRi

  • 19 fevral 2012 15:04
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

music_angel

  • 1 avqust 2011 20:38
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tewekkurler..... maraqlidi love

--------------------

R.M_FaNaTka

  • 1 avqust 2011 19:08
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

NİKİ

  • 1 avqust 2011 16:14
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Musique Sage

  • 1 avqust 2011 16:06
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkur edirem

Sirli Melek

  • 1 avqust 2011 15:19
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

no_name

  • 1 avqust 2011 15:09
  • Məqalə: 30
  • Şərh: 506
  • Bal:
{awards}
tessekurler

--------------------
Əlvida ✿⊱╮ LeGeND.aZ ✿⊱╮
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}