İcarə Hökmləri

 
İcarə Hökmləri

İcarə Hökmləri

İcarə Hökmləri

Bismillahir-rəhmanir-rəhim

Məsələ 2132: İcarə verən və icarəyə götürən şəxslərin ağıllı və baliğ olmaları, öz ixtiyarı ilə icarə qurmaları gərəkdir. Həmçinin onlar öz mallarından istifadə haqqına sahib olmalıdırlar.
Deməli, səfeh olan şəxs öz malından istifadə haqqına sahib olmadığından bir şeyi icarəyə götürə bilməz və ya icarəyə verə bilməz.
Həmçinin iflasa uğramış olan bir şəxs istifadə haqqı olmadığı mallardan bir şeyi icarəyə verə bilməz və ya onunla bir şeyi icarəyə götürə bilməz. Amma özünü (iş qüvvəsini) başqasına əcir edə bilər.

Məsələ 2133: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarəyə verə bilər və ya onun üçün bir malı icarəyə götürə bilər.

Məsələ 2134: Uşağın vəlisi və ya qəyyumu uşağının malını icarəyə versələr, ya uşağın özünü başqasına əcir versələr, maneəsi yoxdur.
Əgər uşağın həddi-büluğa yetişmə müddətindən bir qismini də əcir olma müddəti qərar versələr, uşaq həddi-büluğa çatdıqdan sonra icarənin qalanını poza bilər, baxmayaraq ki, əgər uşağın həddi-büluğa çatma zamanını, icarənin müddətindən hesab etməsəydi, uşağın məsləhətinin xilafına olardı.
Bəli, əgər şər`ən lazım olan məsləhətə xilaf olsa, yə`ni müqəddəs şəriət onun tərk olunmasına razı olmadığı bir məsləhət olsa, bu halda əgər icarə, şəriət hakiminin izni ilə olsa, uşaq həddi-büluğa çatandan sonra, icarəni poza bilməz.

Məsələ 2135: Vəlisi olmayan səğir bir uşaq müctəhidin icazəsi olmadan əcir tutula bilməz. Əgər müctəhid olmazsa, adil bir mö`minin icazəsi alınaraq o uşaq əcir tutula bilər.

Məsələ 2136: İcarə verənin və ya icarəyə götürənin icarə əqdini ərəbcə oxumaları lazım (vacib) deyil. Sadəcə olaraq mülkün sahibi bir şəxsə «bu malı sənə icarəyə verdim» – deyərsə, o da «qəbul etdim» – deyərsə, icarə səhihdir. Hətta heç bir danışıq olmadan mal sahibi icarəyə vermək qəsdi ilə malı icarəyə götürənə verirsə və o da icarəyə götürmək qəsdi ilə alırsa, icarə səhihdir.

Məsələ 2137: Əgər insan icarə əqdi oxumadan bir iş görmək üçün əcir olmaq istərsə, o işə başladığı təqdirdə icarə səhihdir.

Məsələ 2138: Danışa bilməyən şəxs, əgər işarə ilə mülkü icarəyə verdiyini və ya icarəyə götürdüyünü başa salarsa, icarə səhihdir.

Məsələ 2139:
Bir ev, dükan, gəmi və ya otağı icarəyə götürdüyü zaman, mülk sahibi onlardan sadəcə icarəçinin özünün istifadə etməsini şərt qoyarsa, icarəçi onları başqasına icarəyə verə bilməz.
Amma əgər icarə özünə məxsus olsa, məsələn; bir ev və ya otağı icarəyə götürmüş olan qadının ərə gedib sonra o ev və ya otağı özünün qalması üçün ərinə icarəyə verməsi kimi.
Amma əgər mülk sahibi belə bir şərt qoymamışsa, onu başqasına icarəyə verə bilər (əlbəttə, mülkü ikinci icarəçiyə vermək üçün ehtiyata əsasən mülk sahibindən icazə almalıdır).
Əgər icarəyə aldığı mülkü icarə etdiyi haqqdan çox icarəyə vermək istəsə, hərçənd icarə başqa cinsdən olsa belə, əgər ev, dükan, gəmi olsa, onda tə`mir və ya ağartma kimi işlər görməlidir, ya da onu mühafizə etmək üçün bir xəsarət vermiş olmalıdır.

Məsələ 2140: Əgər əcir olunan sadəcə əcir olduğu şəxsə işləyəcəyini şərt qoymuşsa, əvvəlki məsələdə izah olunan haldan başqa, əcir tutan onu başqasına əcir verə bilməz. Amma belə bir şərt qoymamışsa, onu başqasına əcir verə bilər.
Amma ona ücrət olaraq tə`yin etdiyi şey qiymət baxımından əcir olan şəxsə verdiyi haqqdan çox olmamalıdır.
Həmçinin əgər özü başqasına əcir olmuşsa və o işi görmək üçün başqa birini öz ücrətindən daha az bir miqdara əcir tutmaq istərsə, hökm eynidir. Lakin əgər o işin bir miqdarını özü görmüş olsa, başqasını öz ücrətindən daha aza əcir tuta bilər.

Məsələ 2141: Əgər ev, dükan, otaq, gəmidən başqa bir şeyi, məsələn; bir yeri icarələyərsə və mülkün sahibi də «sadəcə özün istifadə etməlisən» – deyə bir şərt qoymamışsa, onu öz icarələdiyindən çox icarəyə verərsə, bu icarənin səhih olması məhəlli işkaldır.

Məsələ 2142: Əgər ev və ya bir dükanı, məsələn; illik yüz manata icarəyə götürərsə, onun yarısından özü istifadə edib, yarısını da yüz manata icarəyə verə bilər.
Amma əgər onun yarısını icarəyə götürdüyündən daha çox qiymətə, məsələn yüz iyirmi manata kirayəyə vermək istərsə, onda orada tə`mir işi kimi bir iş görməlidir.

İcarə Hökmləri


Geri dön

music_angel

  • 1 avqust 2011 20:43
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Su Perisi

  • 1 avqust 2011 19:49
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Məsələ 2138: Danışa bilməyən şəxs, əgər işarə ilə mülkü icarəyə verdiyini və ya icarəyə götürdüyünü başa salarsa, icarə səhihdir.

--------------------

aid_fanatka

  • 1 avqust 2011 18:48
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

qonce

  • 1 avqust 2011 18:16
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,maraqli geldi oxudum ve oxumaga deyermis heqiqeten.MINNETDARAM!

ŞƏHLA

  • 1 avqust 2011 18:15
  • Məqalə: 0
  • Şərh: 520
  • Bal:
{awards}
MARAQLI XEBERDIR TEWEKKURLER...

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

KaRola_16

  • 1 avqust 2011 17:02
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MARAQLI XEBERDIR TEWEKKURLER

--------------------

Sirli Melek

  • 1 avqust 2011 16:18
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Məsələ 2133: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarəyə verə bilər və ya onun üçün bir malı icarəyə götürə bilər.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Musique Sage

  • 1 avqust 2011 16:17
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Allah razi olsun

NİKİ

  • 1 avqust 2011 16:02
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

lider

  • 1 avqust 2011 15:44
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 59
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 42
Cəmi: 788
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}