Aygün Kazımova səhnəni alışdırdı

 
Aygün Kazımova səhnəni alışdırdı

Ay kimi gözəl, gün kimi parlaq Azərbaycanın xalq artisti, estradanın pop-divası Aygün Kazımova pərəstişkarları qarşısında bu yayın ilk konserti ilə çıxış etdi.

Səhnədəki işıq effekləri, alovlar hər zamankı kimi əsl şounun olacağından xəbər verirdi. Bakının Novxanı kəndində yerləşən "Aqua-Park" istirahət mərkəzində - açıq havada baş tutan "Aygünlü gecə"nin aparıcılığı "Space TV"nin tanınmış simalarından biri Lətafət Ələkbərovaya həvalə olunmuşdu. Bu tədbiri yay mövsümü ilə əlaqədar yayımı dayandırılan "Extreme" realiti-şousunun iştirakçılarının növbəti yığıncağı kimi də qiymətləndirmək olardı. Başda layihənin aparıcısı Emin Əhmədov olmaqla şounun iştirakçıları reper ABD Maliklə eyni səhnəni bölüşəcək Aygün xanıma dəstək məqsədilə konsertə təşrif buyurmuşdular. Əsas təşkilatçılıq isə "Endemol Azərbaycan production" - şəxsən prodakşının rəhbəri Sənan Abdullayev və tanınmış türkiyəli prodüser Kemal Cenk İçten tərəfindən reallaşdırılmışdı.

Saat 21:00-da səhnəyə çıxacağı gözlənilən Kazımova iki saat yarımdan sonra meydanda göründü. O vaxta qədər isə öncə dj ED, ardından isə ABD Malik fərqli səhnə performansı nümayiş etdirdilər. Türkiyədə yaşayan modelyer dostu Ramazzo, meneceri Ülvi Hadıyev (Şyaba) və stilist Anar Ağakişiyevin müşayiəti ilə səhnəyə doğru addımlayan pop-divanın həqiqətən yeniləşən imicinin şahidi oluruq. Uzun saçları, gözqamaşdıran yaşıl rəngli paltarı ilə diqqətləri üzərinə çəkən müğənni bir saat boyunca səhnədə əsl şou göstərdi. Repertuarındakı mahnılarını əzbərdən oxuyan fanatları ilə xoş dəqiqələr keçirən xalq artisti elə şən atmosfer yaratdı ki, tamaşaçılar onun səhnəyə gec çıxmasının fərqinə belə varmadılar. Müqayisə etsək, yanılmarıq: səhnədəki sanki dünyaca məşhur pop-ulduz Beyonce idi. Bu fikrimizin yeganə təsdiqi təqdim etdiyimiz fotolardır. Baxmayaraq ki, "Milli Beyonce" yaşca əcnəbi ulduzdan bir az böyükdür, amma gözəlliyi ilə onu kölgədə qoymağın öhdəsindən artıqlamasıyla gəldi.



Geri dön

HaYaliM

  • 11 avqust 2011 20:23
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

selfish

  • 3 avqust 2011 14:30
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
aygun xanim superdi)))twkler)))

--------------------
selfish

Sirli Melek

  • 2 avqust 2011 11:57
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
SON İLLƏRDİ AYGÜNDƏN XOŞUM GƏLMİR. ARTIQ ONUN VAXTI KEÇİR. ÖZÜNÜ YAŞINA UYĞUN APARMIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

music_angel

  • 1 avqust 2011 20:46
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tewekkurler.....

--------------------

jalicka

  • 1 avqust 2011 20:34
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
hmmmm saq ol xebere gore

R.M_FaNaTka

  • 1 avqust 2011 19:00
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

ZEHRA

  • 1 avqust 2011 18:56
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
tewekkurlerr

aga482

  • 1 avqust 2011 18:56
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
ya bu aygun ne zamandan adam olubki onun xeberleinide verirsiz ama eziyyete gore tesekkur

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 54
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}