Əhd

 
Əhd

Əhd

Bismillahir-rəhmanir-rəhim

1370. Əhdinə vəfalı olmağa həvəsləndirmək.

Quran:
« …əhd edəndə ona sadiq olanlardır.» (Bəqərə, ayə 177)

Hədis:
4649. Allahın Peyğəmbəri (s): «Müsəlmanlar halalın şərtlərinə və öz əhdlərinə sadiqlərdir.» (Kənzul-Ummal, hədis 10919)

4650. Allahın Peyğəmbəri (s): «Bilin ki, kimsə öz əhdlisinə (əhli zimmədən olan) zülm etsə, ya haqqını az versə və ya gücündən çox boynuna vəzifə qoysa, yaxud da razılığı olmadan ondan nəsə alsa, qiyamət günü mən onunla düşmən və iddiaçı tərəf olaram.» (Kənzul-Ummal, hədis 10924)

4651. Allahın Peyğəmbəri (s): «Nə vaxt (ümmət) əhdinə xilaf çıxarlarsa, Allah-taala düşmənlərini onlar üzərində hakim edər.» (Biharul-Ənvar, c. 100, səh. 46, hədis 3)

4652. Allahın Peyğəmbəri (s): «Əhdinə xilaf çıxanın dini yoxdur.» (Nəvadir əl-Ravəndi, səh. 5)

4653. İmam Əli (ə): «Əhdlər qiyamət gününə qədər boyunlardan asılacaq xaltadır. Onlara riayət edənə Allah-taala yaxşılıq edər. Kim onlara xilaf çıxarsa, Allah ona yardımlarını əsirgəyər. Hər kim əhdini yüngül sansa, əhdi ondan əhdə sadiqliyə təkid edən və öz yaratdıqlarından, onları qorumağı istəyən kəsə şikayət edəcək.» (Ğurərul-hikəm, hədis 3650)

4654. İmam Əli (ə) (Malik Əştəri hakim təyin etdiyi fərmanından): «Allahın vacib işlərindən heç biri əhdə vəfa etmək kimi deyildir. İnsanların istəkləri rəngarəng, fikirləri müxtəlif olsa da ona hörmət məsələsində həmrəydirlər.» (Nəhcül-Bəlağə, məktub 53)

4655. İmam Əli (ə): «Sözündə düz olmaq (verdiyi əhdə sadiq qalmaq) imandandır.» (Ğurərul-hikəm, hədis 3379)

4656. İmam Əli (ə): «Öz əhd-peymanına sadiq olmayanın Allaha inamı yoxdur.» (Ğurərul-hikəm, hədis 9577)

4657. İmam Baqir (ə): «Allah-taala heç kimə üç şeyin əleyhinə getməyə icazə verməmişdir: …, yaxşı və pis əməl sahibinə verilən əhdə riayət etmək.» (əl-Kafi, c. 2, səh. 162, hədis 15)

4658. İmam Baqir (ə) («Öz ipliyini pambıq edən qadın kimi olmayın…»
ayəsi ilə əlaqədar buyurduqlarından): «Öz ipliyini əyirən qadın bəni Təmimdən olan ibn Mərrənin arvadı, Kəb bin Sədin Rabtə (Reyrə) adlı qızı idi. O, axmaq bir qadın idi və yun əyirər, əyirdiklərindən pambıq hazırlayar və onu yenidən əyirərdi.

Buna görə də Allah-taala buyurmuşdur: «Öz ipliyini pambıq edən qadın kimi…» Allah-taala vəfalı olmağı əmr etmiş və əhdə vəfasızlıqdan çəkindirmişdir. Bu misalı da ona görə çəkmişdir.» (Qummi təfsiri, c.1, səh. 189)

4659. İmam Sadiq (ə) («Ey iman gətirənlər! Verdiyiniz qərarlarda vəfalı olun.» ayəsinə aid suala cavabından): «Burada, verilən əhdlər nəzərdə tutulur.» (Əyyaşi təfsiri, c.1, səh. 289)

Əhd


Geri dön

music_angel

  • 1 avqust 2011 20:44
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun tewekkurler.....

--------------------

SABiNA

  • 1 avqust 2011 19:27
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
XEBERE GORE SAGOL

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

R.M_FaNaTka

  • 1 avqust 2011 19:01
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

aid_fanatka

  • 1 avqust 2011 18:47
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
tqwk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

qonce

  • 1 avqust 2011 18:17
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur.ALlah her zaman sizinle olsun!

Sirli Melek

  • 1 avqust 2011 17:04
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
4652. Allahın Peyğəmbəri (s): «Əhdinə xilaf çıxanın dini yoxdur.» (Nəvadir əl-Ravəndi, səh. 5)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

NİKİ

  • 1 avqust 2011 17:01
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

KaRola_16

  • 1 avqust 2011 17:00
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI XEBERDIR ALLAH RAZI OLSUN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}