Bu gün Azərbaycan əlifbası və dili günüdür

 
Bu gün Azərbaycan əlifbası və dili günüdür

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, 2001-ci il avqustun 1-də ölkəmizdə kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi ilə bağlı hər il bu tarixi gün əlamətdar hadisə kimi qeyd edilir.

Hamıya bəlli olan belə bir məşhur deyim var: “Bir milləti məhv edib tarix səhnəsindən silmək üçün onun dilini və əlifbasını əlindən almaq kifayət edər”. Şərqlə Qərbi birləşdirən mühüm strateji məkanda yerləşən və bu səbəbdən də təkcə Cənubi Qafqaz regionu deyil, bütövlükdə Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb edən Azərbaycanımızın bədxahları əsrlər boyu xalqımıza qarşı məhz bu çirkin siyasətdən istifadə edib, dilimizi, əlifbamızı, milli-mənəvi dəyərlərimizi əlimizdən almaq kimi məkrli niyyətlərinə çatmaqda ən alçaq üsullara belə əl atıblar.

Buna istənilən sayda nümunələr göstərmək olar. Məsələn, uzaq tariximizə nəzər salsaq görərik ki, eramızın VIII əsrində ərəblər Azərbaycanı və başqa türkdilli ölkələri istila etdikdən sonra bu ərazilərdə İslam dini ilə yanaşı, ərəb əlifbasını da qəbul etdiriblər. Həmin vaxtdan başlayaraq 1920-ci ilədək ərəb əlifbası Azərbaycan yazı mədəniyyətinin başında durub.
Lakin əsrlər boyu müxtəlif Şərq xalqları arasında mədəni əlaqələrin inkişafında əhəmiyyətli rol oynamış ərəb qrafikası, başqa cür ifadə etməli olsaq, əski əlifba zaman keçdikcə Azərbaycan dilinin zəngin potensialını bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı.

Bütün bunlar XIX əsrin ortalarında - Azərbaycanda maarifçilik ideyalarının çiçəkləndiyi bir vaxtda o dövrün mütərəqqi ziyalılarını ciddi narahat etməyə bilməzdi. Tarixin həmin dönəmində əksər maarifçi ziyalılarımız əski əlifbanın latın qrafikalı Azərbaycan əlifbası ilə əvəz olunmasında israr edirdilər.

Bu insanlardan biri də Mirzə Fətəli Axundzadə idi. Axundzadə teatr və dram əsərləri yazmasına baxmayaraq onun əlifba düzəlişinə böyük təsiri olmuşdur. O, əlifba düzəlişi işinə 1850-ci ildən başlamışdır. Onun ilk cəhdi Ərəb yazısının dəyişdirilməsi üzərində cəmlənmişdir, buda ki, Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun olacaqdı. İlk əvvəl Axundov hər bir səsin ayrı hərf tərəfindən ifadə (ikiləşdirmə və məhəl qoymama olamaması şərti ilə) olunması fikri üzərində dayandı. Beləki, Ərəb əlifbasında 3 sait səs olduğu halda Azərbaycan əlifbasında 9 sait səs olmalı idi.Daha sonra Axundov yazını, onun sürətinin aşağı salan nöqtələrdən və ilmələrdən azad eləmək istəyirdi. Üçüncü əgər yazı davamlı olaraq hərflər qırılmadan yazılsa yazı yazmaq asanlaşar. Bu oxuculara sözün harada başlanıb harada bitməsini tapmağı asanlaşdırar.

1863-cü ildə Axundov İtanbul Osmanlı Elm Cəmiyyətində öz fikrini irəli sürmüşdür. Onun təklifi türk mətbuatında yeni mübahisələrə səbəb oldu. Türk mətbuatı və alimləri bu islahatın əleyhinə oldu. Lakin türk yazıçısı Namiq Kamal bu islahatın leyhinə oldu.

Türk dilini saflaşdırmaq və Türk leksikonundan ərəb, fars sözlərini təmizləmək istəyənlər mübahisələri qızışdırırdılar. Ən böyük müqavimət isə müqəddəs Quranın ərəb dilinidə yazıldlğı üçün ərəb dilini müqəddəs hesab edənlər tərəfindən oldu. Sonda Axundov başa düşdü ki, Ərəb əlifbasında hətta cüzi dəyişikliklər eləmək mümkünsüzdür. Arxiv materialları göstərir ki, İran bu layihənin qəti əleyhinə olmuşdur.
1878-ci ildən Axundov Ərəb yazısını dəyişmək cəhdindən əl çəkdi və diqqətini bir neçə Kiril əlifbası ilə dəyişilmiş Latın əlifbasının üzərində mərkəzləşdirdi. Axundov deyirdi: "Kim istəyirsə ənənəvi Ərəb yazısından istifadə edə bilər, qalanları yeni əlifbadan istifadə edə bilər". Bununla belə, təklif olunmuş yazıya bir neçə Kiril hərfləri daxil edilməsinə baxmayaraq Rusiya hökuməri onun cəhdinə icazə vermədi. Yenə də layihə rədd edildi.

Azərbaycanda əlifba islahatının reallaşdırılması məmləkətimizdə Sovet hakimiyyəti qurulduqdan sonrakı dövrə təsadüf edib. 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında yaradılan Yeni Türk Əlifbası Komitəsinin təklifi ilə 1923-cü il oktyabrın 20-də Azərbaycanda ilk dəfə olaraq latın qrafikasına əsaslanan türk əlifbasına hökumət əlifbası statusunun verilməsi haqqında Xalq Komissarları Sovetinin (XKS) və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinın (MİK) dekreti mətbuatda dərc edilir. Dekretdə deyilirdi ki, hazırda işlədilən ərəb əlifbası ilə yanaşı, yeni türk əlifbası da vacib hökumət əlifbası hesab olunmalıdır.

Beləliklə, Azərbaycan MİK və XKS-nin 20 oktyabr 1923-cü il tarixli dekreti ilə respublikamızda yeni türk əlifbası dövlət əlifbası kimi qəbul edilir. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının "Yeni türk əlifbasına keçidin vacibliyi haqqında" 1928-ci il 21iyul tarixli qərarına əsasən isə 1929-cü il yanvarın 1-dən etibarən Azərbaycan tamamilə yeni əlifbaya keçir.
Bütün Azərbaycan xalqı tərəfindən sonsuz sevinclə qarşılanan yeni milli əlifbamızın ömrü təəssüf ki, çox qısa - cəmi 10 il oldu.

Yeni əlifbanın tətbiqi ilə bağlı qərarın, necə deyərlər, heç mürəkkəbi qurumamış Azərbaycanın o zamankı kommunist rəhbərliyi Kremldəki ağalarının göstərişi ilə özünün 10 il əvvəl qəbul etdiyi qərarın əleyhinə gedərək 1939-cu il iyulun 11-də Azərbaycan yazısını latın əlifbasından rus əlifbasına (kiril) keçirmək haqqında qərar qəbul etdi.
Qərarda göstərilirdi ki, Azərbaycan yazısı 1940-cı il yanvarın 1-dən başlayaraq latın əlifbasından rus əlifbasına keçirilsin. Qərarda, həmçinin 1940-cı il sentyabrın 1-dən kütləvi məktəblərdə, birinci növbədə aşağı siniflərdə dərslərin yeni əlifba ilə keçilməsi nəzərdə tutulurdu.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi. 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Qanun qəbul olundu. Bununla da tarixi ədalət bərpa edildi və həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.

Tarixi ədalətin bərpa edilməsi haqqında qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır.

Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanında on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasını keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq hər il avqust ayının 1-nin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınıb.

Azərbaycan xalqının milli varlığının əsası olan ana dilimiz də zaman-zaman əlifbamızın yaşadığı taleyi yaşayıb. Yadelli işğalçılar dilimizi məhv edib sıradan çıxarmaq, onu gah ərəbləşdirmək, gah farslaşdırmaq, gah da ruslaşdırmaq üçün dəridən-qabıqdan çıxıblar.

Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol tapması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Totalitar sovet rejiminin sərt qadağalarına baxmayaraq ümummilli liderimizin ana dilimimizin keşiyində alınmaz qala kimi durmasına aşağıdakı tarixi fakt ən gözəl nümunədir. 1978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilib.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi.

Bundan sonrakı illərdə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.

İndi isə doğma dilimizi, əlifbamızı qorumaq ilk növbədə gənc nəslin əlindədir.
Gəlin dilimizin qədrini bilək. Onu sevək.
Azərbaycan Dili və Əlifbası günümüz mübarək!


Geri dön

_favorit_arkadas

  • 4 yanvar 2012 16:46
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
Tewekkurler...

--------------------

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 19:57
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
{awards}
tesekkurler xebere gore

B.E.H.R.U.Z

  • 16 oktyabr 2011 20:04
  • Məqalə: 9
  • Şərh: 159
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Smack
Down Is My Life...Rey Mysterio Boyakaaaaa

meaningles_life

  • 9 oktyabr 2011 16:38
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
dsaasdasdasd

Zehra MeLeK

  • 2 sentyabr 2011 16:06
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
{awards}
Twk^^^^^^^^^^^^^^^^^^^^^^^

GoLdEn GiRl

  • 16 avqust 2011 04:28
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
xebere gore twk

--------------------
GoLdEn GiRl

Avtos Bakinec

  • 4 avqust 2011 12:32
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Twk^^^^^^^^^^^^^^^^^^^^^^^

--------------------
Zolotoy Bakinec

jalicka

  • 2 avqust 2011 11:22
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
tebrik edirem

Sirli Melek

  • 2 avqust 2011 10:09
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
BU HAQDA XƏBƏRLƏRDƏ EŞİTDİM.
DİLİMİZİ ÇOX SEVİRƏM !
DİLİMİZİ QORUYAQ. RUS , TÜRK SÖZLƏRDƏN QORUYAQ.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Narka E-ZaDe

  • 2 avqust 2011 00:14
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
tewekkurler....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

KaRola_16

  • 1 avqust 2011 21:43
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI XEBERDIR TEWEKKURLER...

--------------------

MiLeyla

  • 1 avqust 2011 21:35
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
YAWASIN AZERBAYCAN smile ,YANSIN ermenistan lol

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

AliNikA

  • 1 avqust 2011 21:25
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

music_angel

  • 1 avqust 2011 21:02
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler....

--------------------

OK

  • 1 avqust 2011 21:01
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}

--------------------

Ay Üzlü

  • 1 avqust 2011 21:00
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

nazz

  • 1 avqust 2011 20:56
  • Məqalə: 1
  • Şərh: 451
  • Bal:
{awards}
bele deyerli melumtlara gore teshekkurler...

--------------------
♥ dünyanın 7 möcüzəsi varmış. yəni indi məndən 6 dənə də var? İnanmaram! :)♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}