Dünyanın ən önəmli 10 dini mirası

 
Dünyanın ən önəmli 10 dini mirası

Torino kəfəni


Saxta ya da gerçək, Hz. İsanın basdırılarkən sarıldığı kəfən olduğuna inanılan, 4.3 metr uzunluğundakı saralmış kətan çarşaf hər il milyonlarla insanı İtalyanın Torino şəhərinə çəkir. Hər nə qədər kəfən Hz. İsa kimi çarmıxa gərilmiş bir insanın yaralarının buraxdığı izləri daşısa da, karbon testi parçanın 1260 ilə 1390 illəri arasına, yəni Hz. İsanın yaşamadığı bir dövrə aid olduğunu ortaya çıxardı. Ancaq bu məlumat, sərgilənməyə başladığı 2000-ci ildən bu yana hacıların kəfənə göstərdiyi marağı azaltmadı. Hətta testlərin səhvli olduğunu və yenidən edilməsi lazım olduğunu müdafiə edənlər də var.

San Gennaronun qanı


Hər il İtalyanın Neapol şəhərində yaşayan insanlar qoruyucu əzizləri San Gennaronun şəhid meydana gəlinin ildönümündə bir möcüzəyə şahid olmaq üçün bir araya gəlir: Əzizin laxtalanmış qanının mayeləşməsi. Bu möcüzə sanki saatla nizamlanmış kimi hər 18 ildə bir 19 Sentyabr tarixində yaşanır. Bu hadisə elm insanlarının başında böyük sual işarələri doğurmasına qarşı, insanların xatırlama mərasimlərinə qatılmalarına mane olmur. Neapol xalqı qanın özlərini bir çox pislikdən, xüsusilə yaxınlarında olan Vezuvi Yanardağından qoruduğuna inanır. Bu inanış xüsusilə, qanın mayeləşmədiyi və pis hadisələrin yaşandığı zamanlarda gücləndi. Məsələn 1527-ci ildəki epidemiya və 1980 zəlzələsinin yanında, Neapol futbol komandasını uduzmaları kimi.


Dünyanın ən önəmli 10 dini mirası

Saqqalı Şərif


Hz. Məhəmmədin vəfatından sonra, ən sevdiyi bərbəri tərəfindən kəsildiyinə inanılan saqqalı, bu gün Topkapı Sarayında sərgilənir. Osmanlı padşahı Yavuz Sultan Səlimin 1517-ci ildəki Misir səfərindən sonra İstanbula gətirilən Müqəddəs Əmanətlərdən biri olan Saqqalı Şərif, hər il milyonlarla ziyarətçinin axınına uğrayır.

Hz. Məryəmin müqəddəs kəməri


Hz. Məryəmin, cənnətə yüksəlmədən dərhal əvvəl, dəvə tükündən əldə toxunmuş kəmərini, Hz. İsanın 12 həvarisindən biri olan Tomasa verdiyinə inanılır. Kəmər 14ünçü əsrdə İtalyanın Prato şəhərinə çatdığında, onu mühafizə etməsi üçün xüsusi bir şapel tikildi. Bu gün "Sacra Cintola" olaraq adlandırılan kəmər, hər il yalnız beş gün nümayişimə təqdim edilir.


Dünyanın ən önəmli 10 dini mirası

Yəhya Peyğəmbərin başı


Yəhya Peyğəmbərin başının hara basdırıldığı məlumatı, daha cox hansı dinə mənsub olduğunuza bağlıdır. Müsəlmanlar Yəhya Peyğəmbərin başının Suriyanın paytaxtı Şamda olan Əməvi Məscidində olduğuna inanır. Xristianlar isə, Vəftizciçi Yəhya olaraq da bildikləri Yəhya Peyğəmbərin başının Capitedəki San Silvestro Kilsəsində olduğunu qəbul edir. Bəziləri isə başın Türkiyə ya da Fransanın cənubunda bir yerlərdə basdırılmış olduğunu qarşıya qoyur.


Budanının dişi


Bir Sri Lanka əfsanəsinə görə, Budanının yandırılmasından geriyə yalnız bir dişi qaldı. Budanının azı dişi o qədər əhəmiyyətli bir varlıq halına gəldi ki, ona sahib olan adama Tanrının hökmdarlıq haqqı verdiyinə inanıldı. Təbii olaraq dişi ələ keçərmək üçün bir çox böyük döyüş yaşandı. Bu günsə Sri Lankanın Kandy şəhərindəki Diş Məbədində sərgilənir.

Dünyanın ən önəmli 10 dini mirası

Müqəddəs Bakirənin köynəyi


Fransada olan Chartres Katedralinin hər il hacıların axınına uğramasının tək səbəbi gotik arxitekturanın ən yaxşı nümunələrindən biri olması deyil. Katedral eyni zamanda Hz. İsanın doğumu əsnasında Bakirə Məryəmin geydiyinə inanılan köynəyin sərgiləndiyi yerdir. Digər adı Sancta Məscidiyə olan köynək 876-cı ildə kilsəyə bağışlandı və 1194-cü ildə çıxan bir yanğında yox olduğu düşünüldü. Ancaq üç gün sonra köynək, möcüzə əsəri heç zərər görməmiş halda tapıldı. Katedralin yepiskopu, möcüzəni köynəyin aid olduğu yerdə tutulması lazım olduğunun işarəsi olaraq şərh etdi və katedral yenidən tikildi.


Əziz Ninonun xaçı


Əfsanəyə görə, dördüncü əsrdə Hz. Məryəm, Xristianlığın təlimlərini Gürcüstanda yaymağa çalışan Kapadokyalı qadın Əziz Ninoya, əyik qolları olan Grapevine-Aziz Nino Xaçını verdi. Xaç bu gün Gürcüstan Ortodoks Kilsəsinin ən böyük simvollarından biridir. Əziz Nino Xaçı, Gürcüstanın paytaxtı Tiflisdəki Sioni Katedralinə çatana qədər bir çox ölkə gəzdi.

Dünyanın ən önəmli 10 dini mirası

Hz. Məhəmmədin ayaq izi


Müsəlmanlar, Hz. Məhəmmədin getdiyi hər yerdə sol ayağının qalıcı bir iz buraxdığına inanır. Bu izlər, Orta şərqdəki dini bölgələrdən toplanmış və bu gün bölgədəki məscidlərdə, muzeylərdə və digər tarixi yerlərdə göstərilməkdədir. Digər müqəddəs əmanətlərlə birlikdə İstanbula gətirilən bu izlərdən bir dənəsi, bu gün Topkapı Muzeyində sərgilənir..

Əziz Peterin zəncirləri


Hz. İsanın 12 həvarisindən biri olan Peter, Qüdsdə Hz. İsanın təlimlərini yaydığı üçün həbsə atıldığında zəncirə vurulduğuna və mühakimə olunacağı gündən əvvəlki gecə, Peterin bir mələk tərəfindən zəncirlərindən qurtarıldığı və həbsxanadan qaçdığına inanılar. Bu gün Peterin vurulduğu zəncirlər Romadakı San Pietro bazilikasındaki sunağın altında iştirak edən müqəddəs əmanət sandığında tutulmaqdadır. Bizans İmparatorui Euxodia zəncirləri Papa Birinci Leoya verdiyi zaman, Papa zəncirləri Peterin ilk tutulduğu Romadakı Mamertime Həbsxanasındakı zəncirləriylə yan-yana gətirdi və möcüzə əsəri iki zəncir qaynaşdı.


Geri dön

_RONALDO_

  • 10 mart 2011 18:07
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tewekkur edirem coooox sagolun

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

Dj_Tural

  • 8 sentyabr 2010 19:57
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
maraqli xebere gore tewekkurler

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Mr_Unlimited

  • 8 sentyabr 2010 17:03
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
maraqli melumata gore minetdaram

wirinqiz-1988

  • 8 sentyabr 2010 13:51
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
xebere gore twk edirem....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}