MİNNƏTDARAM.
Sevgim mənim!
Həyatıma xoş gəlmisən!
Gəlişinçün minnətdaram Tanrıma mən!
Bir qış günü ürəyimin Günəş nurlu yazı oldun...
Qismətimdə, taleyimdə ən mənalı yazı oldun...
Bir gün dönüb getsən belə, sevəcəyəm,
səni xəyal bilə-bilə sevəcəyəm.
Sağ ol, canım!
Ey məhəbbət xanımanım!
Yalnız mənə bəxş etdiyin bu an üçün,
Səninlə bir keçirdiyim zaman üçün!
Sevgi dolu
sətir-sətir sözlər üçün.
Şəfqət dolu
od baxışlı gözlər üçün.
Sən olduqca ürəyimdə mən də varam!
Varlığınçün
bir özünə,
bir də səni Yaradana minnətdaram!
Afaq Shıxlı.
Sevgim mənim!
Həyatıma xoş gəlmisən!
Gəlişinçün minnətdaram Tanrıma mən!
Bir qış günü ürəyimin Günəş nurlu yazı oldun...
Qismətimdə, taleyimdə ən mənalı yazı oldun...
Bir gün dönüb getsən belə, sevəcəyəm,
səni xəyal bilə-bilə sevəcəyəm.
Sağ ol, canım!
Ey məhəbbət xanımanım!
Yalnız mənə bəxş etdiyin bu an üçün,
Səninlə bir keçirdiyim zaman üçün!
Sevgi dolu
sətir-sətir sözlər üçün.
Şəfqət dolu
od baxışlı gözlər üçün.
Sən olduqca ürəyimdə mən də varam!
Varlığınçün
bir özünə,
bir də səni Yaradana minnətdaram!
Afaq Shıxlı.