Yalan hekayem

 
Yalan hekayem

Hamı hər gün ən az bir yalan danışır mənə səndən. Elə sən də mənə yalan danışırsan.
Mən tapa bilmirəm doğruları. Bilmirəm kimə inanım.
Dostlarıma, anama, sinif yoldaşıma.. yada içində itdiyim gözlərinə..
Hər gün hər şeyin yalan olduğunu öyrənirəm. Gündə bir yalan daha.
Hər gün bir doğrunun yeni yalan doğduğunu görürəm.
Mənim həyatıma, mənim hisslərimə doğulur o yalanlar.

Yalan hekayem

Anlamaq istəmirəm, qəbul eləmirəm, hətta elə bu yalanla da yaşamaq və hətta ölmək istiyirəm.
Amma hər kəs. Gördüyüm hər kəs mənə sənin yalan olduğunu yeridir. Başa düşürsən..
Hər gün sənin yalan olduğunu deyirlər mənə. Hər gün sənin bir yeni yalanına vuruluram.
Hər gün yalançı gözlərinə baxıram. Hər gün yalançı dodaqlarına toxunuram.
Hər öpüşdə bu tilsimin şeytanın ya mələyin oyunu olduğunu hiss etməyə çalışıram.
Ehtirasdan gözlərim yumulur,amma mən çalışıram özümü saxlıyım, gözlərimi yummuyum..
Görüm bu pıçıltı şeytanındı,ya mələklərin.. Sənin yalan olub olmadığını anlamaqçün heç
səni necə öpdüyümü belə anlamıram. Sonda isə görürəm ki,dodaqlarını qanatmışam..


Yalan hekayem

İncidir səni. Amma mən heç mərhəmət hissi keçirmirəm. Heç səni sığallıyıb, ’cann..’da
demirəm. Çünki, başa düşürəm. Sən yalansan! Sən deyilsən bu! Bu sənin hisslərin deyil!
Dodaqlarını silib yenidən öpəndə məni.. Mələkləri, şeytanı, pıçıltını,yalanı unuduram bir anlıq..
Bu tilsim, bu ehtiras zamanı dondurur. Tək zamanı deyil, hisslərimi, sözlərimi..
Hər şey ani vaxt ərzində yox olur.Yox! Yalan deyil heçnə!Yalan heçnə yoxdu!
Bunu anlamaq çətin olmur. Sadəcə heçnəyi fikirləşməməlisən,ancaq anın sehrinə
buraxmalısan özünü.Həmin an bütün yalanlar təslim olur.
Məni qucaqlayanda isə, necə sevdiyini anlayıram.. və artıq mələklərin rəqsi başlayır

Yalan hekayem

Hər kəs yalan imiş. Tək doğru bizim hisslərimiz imiş. Yadaki, sən mənim ən sevdiyim,
vərdiş elədiyim yalanımsan. Səni hər gün danışıram. Hər gün bir dəfə də olsa yalan
danışıram səni. Hər gün bir azda inandırıcı gəlir bu yalan.. Hər gün daha da
peşəkarcasına danışıram səni. Hamı da inanır. Çünki yalan da olsan, mən özüm də
inanmışam sənə. Zərərsiz yalanım.. Sevgi dolu yalan hekayəm mənim..
Çox şirin bir ev kimi.. Qanadlarımızın olacağı kimi şirin nağılım.. Yalanım..


Yalan hekayem

Dünyanı bəzəyən, onu daha rəngli edən yalanım... sevdiyim,danışdığım, hər gün də
danışacağım yalanım və günahım.. Cənnətə məni buraxmayacaq tək günahım..
Razıyam.. yalan ol, hər gün yalan danış mənə.. Heç xəyanət eləmədiyini de,məni necə
sevdiyini de. Yalandan da olsa darıxdığını de.Mənsiz yaşaya bilmədiyini de.
Zənglərimə cavab vermə, yalandan görmədiyini de. Amma nə olar, getmə..

Yalan hekayem

Mən səni bir gün çıxaracam bu yalan kəfənindən. Basdırdığın doğrularını qazıb tapacam.
Yenə qayıdacaqsan.Yenə hisslərin olacaq, sevəcəksən.. Daha yalan danışa bilməyəcəksən.
Gözlərin səni hər yalan demək istədiyin cümlənin ilk sözündə satacaq.
Amma mənə vaxt ver, nə olar.. Bütün bunları etməyimçün bir az gözlə.
Yenə qayıdacam.. Qayıdacam ki, səni qaytarım.


Geri dön

R.M_FaNaTka

  • 2 avqust 2011 19:40
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

MiLeyla

  • 2 avqust 2011 14:06
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
mence sevgide yalani gormemek,qebul etmek olmaz

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

★Azerbaijan girl★

  • 2 avqust 2011 13:20
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
kovreldim tsklerrr

aid_fanatka

  • 2 avqust 2011 12:50
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

ulka17

  • 2 avqust 2011 12:24
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
tesekkurler

Sirli Melek

  • 2 avqust 2011 12:06
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
YALANSIZ HƏYAT HƏYAT DEYİL.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

music_angel

  • 2 avqust 2011 12:02
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
superdi ellerinize saglik

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}