Tənha çinar

 
Tənha çinar

Geniş düzənlikdə qoca bir çinarla rastlaşdım bu gün. Çox qürurla, vüqarla durmuşdu açıq düzənlikdə. Tənha çinarın bu görüntüsündən təsirlənməmək olmurdu. İndi bildim ki, əksər şairlərin şerlərində tənha çinar niyə mövzu obyekti olmuşdu. Şairlər bu şerlərdə qoca çinarı illərin, bu illərdə olub keçmiş gizli, sirli hadisələrin şahidi kimi təsvir etmişlər.

Hə, qoca çinar, çox şairlərimizi vəcdə gətirmisən. Çoxları sənin bu qürurun qarşısında əyilib. Səni öz həyatlarının ən ülvi, müqəddəs anlarının şahidi bilib, sənə şerlər, nəğmələr yazıblar. Elə mən də bu gün çox təsirləndim. Amma yox, mən sənin bu vüqarına aşağıdan yuxarı baxmayacağam. Çünki, sən biz insanlar haqqında ancaq gördüklərini bilirsən. Mən isə gördüklərinə əsaslanıb görmədikləri sirləri aça bilmək bacarığı olan insanam. Mən istəsəm, sənin bütün sirlərini açaram.

Tənha çinar

Hə, çinar, de görək bəs sənin sirrin nədir? Sən niyə təksən? Həmcinslərin meşədə bir-birinə söykənərək, dayaq olaraq yaşadıqları halda, sənin belə tənha həyat sürmənin səbəbi nədir? Sirrini açmağı qüruruna sığışdırmırsan. Susursan. Bəlkə elə bu tənhalığının səbəbi özünsən? Yox, ola bilməz. Çünki, belə bir vəziyyət ancaq biz insanların başına gələ bilər. Sənin isə iradən yoxdur. Sən öz ixtiyarınla həyatında dəyişiklik edə, və ya əməlinə görə cəzalana bilməzsən.

Bəs onda nədir səbəb? Qoy sənə bir yaxşı-yaxşı baxım. Sən meşədəki digər çinarlardan nə ilə fərqlənirsən? Bəlkə bu fərq nəticə çıxarmağa mənə kömək etdi. Bəli, sənin deyəsən digərlərindən fərqin var. Heç çayda özünə baxmısan? Bax, sən başqalarından daha kobud, daha sərtsən. Meşədəki çinarlar isə hamısı bir-birinə bənzəyir.

Onların gövdələri nazik, hamardır. Onlar daha yaşıl, daha canlıdır. Onlar bir-birini gözəlləşdirir, küləkdə, yağışda, seldə bir-birinə kömək, dayaq olurlar. Sən isə tək-tənha qalmısan bu düzənlikdə. Xətrinə dəyməsin, bu həqiqətən belədir. Sənin adın digərləri kimi çinar olsa da, sən, ingilislər demişkən, “different” bir varlıqsan. Fərqliliyin göz qabağındadır.

Tənha çinar

İndi isə gəl gördüklərimizə əsaslanıb görmədiklərimizi üzə çıxaraq. Bilirsən, ay çinar, mən də sənin gecə-gündüz təsbih dediyin Böyük Yaradanın varlığına inanıram. Onun Qüdrətinə, Hikmətinə inanıram. Və ona da inanıram ki, sənin bu tənha yaranışın Onun hikməti ilədir. Sənin fərqliliyinlə tənhalığın arasında da hikmətli bir bağlantı var. Bəlkə hikmətli Yaradan sənin bu sərt, möhkəm keyfiyyətlərinlə tənha həyata dözə biləcəyini nəzərə alaraq, səni digərlərindən ayrı yaratmışdır? Bəlkə də sənin bu sərtliyin tənha həyatının nəticəsidir? Danış, qoca çinar, bölüş dərdlərini mənimlə. Görürsən ki, sən desən də, deməsən də mən sənin sirlərini, dərdlərini bir-bir açıram. Hətta bu gününə baxıb gələcəyin haqqında da sənə nələrisə deyə bilərəm. Bax, əgər sən təkəbbür edib özünə qapansan, tənhalığının sənə bir dərd olduğunu kiminləsə bölüşməsən, bu dərdi içində saxlasan, o səni içindən yeyib bitirəcək. Yavaş-yavaş sənin bu əzəmətli gövdənin içində boşluqlar əmələ gələcək və bu boşluqlar o qədər artacaq ki, sənin əzəmətinin yalnız yalançı bir görüntüsü, içi çürümüş gövdənin yalnız boş qutusu, qabığı qalacaq. İllərin tufanına, selinə sinə gərib dözən cismin bəlkə bir zəif mehdən, bəlkə də elə durduğun yerdə birdən-birə aşıb çökəcək. Bu, sənin kədərli sonun olacaq.

Tənha çinar

Amma bu kədərli sonluq da sənin yaranışınin hikməti ola bilməz. Bununla hər şey bitə bilməz. Sənin çətin həyatının mütləq gözəl bir nəticəsi olmalıdır. Hə, deyəsən tapmışam. Bax, köklərinin üzərində körpə pöhrələr bitib. Körpə, yaşıl pöhrələr. İllər keçəcək, həmin pöhrələr böyüyəcəklər, sənin kimi uca çinara çevriləcəklər. Artıb çoxalacaqlar. Sənin tənha yaşadığın bu düzənliyi meşəyə çevirəcəklər. Sən isə bu meşədə olmayacaqsan. Amma tənha çinarın nağılı həmişə yaddaşlarda yaşayacaq. Biri var idi, biri yox idi. Geniş düzənlikdə qoca bir çinar var idi. Tənha çinar...


Geri dön

Doctor lady

  • 2 avqust 2011 22:38
  • Məqalə: 0
  • Şərh: 64
  • Bal:
teşekkür.cinar kederli qürurlu ve tenhadır.en esasi ise her kese xeyri var

--------------------
...

R.M_FaNaTka

  • 2 avqust 2011 19:38
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

NİKİ

  • 2 avqust 2011 16:21
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

music_angel

  • 2 avqust 2011 15:01
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
cox maraqlidi oxumaga deyer sagolun

--------------------

Musique Sage

  • 2 avqust 2011 14:23
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
tesekkurler

Narka E-ZaDe

  • 2 avqust 2011 14:17
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

jalicka

  • 2 avqust 2011 13:24
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
maraqlidir cox saq ol

MiLeyla

  • 2 avqust 2011 13:15
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
maraqliydi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Sirli Melek

  • 2 avqust 2011 12:58
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ÇİNAR AĞACINI XOŞLAYIRAM. YARPAQLARI GÖZƏL OLUR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

★Azerbaijan girl★

  • 2 avqust 2011 12:50
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
xebere gore tesekkuler

xebere gore tesekkuler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 34

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}