On bir ayın Sultanı-"Ramazan"

 
On bir ayın Sultanı-"Ramazan"

On bir ayın Sultanı-"Ramazan"
Xoş gəldin Ramazan. Xoş gəldin 11 ayın sultanı müqəddəs bərəkətli ay. Bu ayın Allah yanında məqamı çox böyükdür. Bu ayda, Cənnət qapıları açılar. Şeytanlar, zəncirlərə bağlanar. Cəhənnəm qapıları bağlanar. Bu ayda edilən dualar qılınan namazlar inşəAllah ki tez qəbul olunar. Bu ayda fürsət olaraq çoxlu dualar etmək Allahdan bağışlanma dilənək lazımdır. Hədislərdə də varki Allah bu ayı oruc tutmağı özü bizdən istəyir. Namaz qılmayanın da, oruc tutması və haramlardan qaçınması lazımdır. Gözümüz, qulağımızda və bütün ruhumuz oruc olmalıdır.Mümkün qədər xoş olmayan, günaha aparan işlərdən uzaq olmaq lazımdır.

Ramazan ayında oruc tutmaq haqqındakı hədisi şəriflərdə buyurulur ki: Bu ayda oruc tutub, gecələrini də ibadətlə keçirənin günahları bağışlanar. Ramazan orucunu tutub ölən mömin, Cənnətə girər. Ramazan bərəkət ayıdır. Allah bu ayda, günahları bağışlayar, duaları qəbul edər. Bu ayın haqqını güdün! Ancaq Cəhənnəmə gedəcək olan, bu ayda rəhmətdən məhrum qalar. Ramazan ayında ailənizin sədəqəsini geniş tutun! Bu ayda edilən xərcləmə, Allah yolunda edilən xərcləmə kimi savabdır. Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul, əməli də çox savabdır. Oruclu ikən çirkin danışmayın! Biri sizə sataşsa, Mən orucluyam dəyin!

Ramazanı şərifdə, oruc tutmaq çox savabdır. Üzrsüz oruc tutmamaq böyük günahdır. Hədisi şərifdə, (Üzrsüz, Ramazanda bir gün oruc tutmayan, bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o bir günkü savaba qovuşa bilməz) buyuruldu.

Ramazan Ayının Fəziləti
Peyğəmbərimiz (s.a.s.), Ramazan ayının fəziləti haqqında buyurur ki: Ramazan ayı mübarək bir aydır. Allahu təala, sizə Ramazan orucunu fərz etdi. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin [Qədr gecəsinin] xeyrindən məhrum qalan, hər xeyrdən məhrum qalmış sayılar. Ramazan ayı gəlincə, Xeyr əhli, xeyirə qaç, şər əhli, pisliklərdən əl çək deyilir. Ramazan bərəkət ayıdır. Allah bu ayda, günahları bağışlayar, duaları qəbul edər. Ramazan gəlincə, Allahu təala mələklərə, möminlərə istiğfar etmələrini əmr edər. Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsi, ancaq oruclular üçündür. Qurani Kərim Ramazanda endi. Qədr gecəsi bu aydadır.
1. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.»
2. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.»
3. Allahın Peyğəmbəri (s.a.a.): «Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.»
4. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.»
5. İmam Əli (a.s.): «Bir gün Allahın Rəsulu (s.a.a.) bizə xütbə söyləyən zaman buyurdu: «Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim: «Bu ayda ən yaxşı əməl nədir?» Allahın Peyğəmbəri (s.a.a.) buyurdu: «Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»
6. İmam Baqir (a.s.): «Allahın Rəsulu (s.a.a.) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s.a.a.) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı: «Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»
Bir sıra məsləhətlər.

Səhərlər mütləq imsaka durmaq lazımdır.Bəziləri düşünür ki imsak etmədən orucun savabı daha çoxdur. Əsla belə deyil. İslami qaynaqlara əsaslanaraq demək olar ki, obaşdanlıq yemək dinimizdə olduqca bəyənilən əməldir və insanın Ramazan ayında bəhrə götürəcəyi fürsətlərdən biridir. Rəvayət olunmuşdur ki, Allah-təala və mələklər səhər vaxtı istiğfar edib, obaşdan yeyənlərə salavat göndərirlər. Başqa bir İslami mənbədə Hz. Peyğəmbərimizə (s) istinadən verilən hədisdə deyilir: “Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır”.

Mütəxəssislər də bu fikirdədir ki, obaşdanlıq yemək vacibdir. Onlar xüsusən qeyd edirlər ki, mədənin boşalma müddətini bir müddət təxirə salan qidaların qəbul edilməsi zəruridir. Bunların sırasında yumurta, süd, pendir, noxud, mərcimək və s bu kimi qidaların qəbulu məqsədə uyğundur. Səhərləri süd yumurta yemək cox faydalıdır. Demək olarki gün ərzində toxumluluq yarada bilir. Şirniyyat yemək düzgün deyil. Həmçinin bolluca qarpız yeməkdə cox yaxşıdır.Susuzluğu aradan aparir. İftar vaxtı çox və ağır yeməklər düzgün deyil. Hər bir saatda 2, 3 stekan su içmək mədsədəuyğundur.
İftarı tələsik etmək və imsakı gecikdirmək düzgün deyil. Ehtiyata görədə iftarı vaxtından 2, 3 dəqiqə gec imsakı isə vaxtından 2, 3 dəqiqə tez yemək yaxşıdır. İftarı açmamışdan əvvəl bu duanı oxuyub daha sonra isə xurma və su ilə açmaq müstəhəbdir. Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli. (İlahi Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib yalnız Sənə təvəkkül edirəm.)
Oruc tutmaq barədə 7 yanlış stereotip.
Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.

Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.

Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.

Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.

Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.

Oruc tutmayanın 7 bəhanəsi.
Bəhanə: Mən hesab edirəm ki, ən başlıcası – insanın qəlbinin təmiz olmasıdır. Oruc tutmaq isə o qədər də vacib deyil.

Cavab: Mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Amma məhz elə oruc həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir.

Bəhanə: Mən Allaha inanıram və məncə bu kifayətdir. Oruc tutmağa isə ehtiyac görmürəm.

Cavab: Çox gözəl. Amma iş burasındadır ki, sənin inandığın o Uca Allah oruc tutmağı sənə vacib bilir. “Ey, iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə oruc yazıldı və qərara alındı ki, bəlkə təqvalı olasınız” (Qurani-Kərim, 2:183-184).

Bəhanə: Yayda oruc tutmaq mümkün deyil.

Cavab: Bəs onda, orucluğun yay aylarına təsadüf etdiyi saysız-hesabsız hallar necə olsun? Bəs, isti iqlimi olan ölkələrdə oruc tutanlar necə? Sözsüz ki, milyardlarla oruc tutan insanın nümunəsi dediyinizin əksini sübut edir.

Bəhanə: Mən qorxuram ki, zəifləyərəm, dözə bilmərəm. Mənim üçün çətin olar.

Cavab: Qətiyyən qorxmayın! Sizdən qat-qat zəif olan insanlar da oruc tutur və bundan yalnız fayda aparır. Yeri gəlmişkən, əgər Siz xəstəsinizsə və oruc tutmağın Sizə ziyanlığı barədə əsaslı həkim rəyi varsa, bu halda Siz oruc tutmamalısınız.

Bəhanə: O qədər namaz qılıb, oruc tutan tanıyıram ki, özlərini layiqli aparmırlar.

Cavab: Bəs belə isə, Siz o kəslərdən olun ki, namaz qılıb, oruc tutur və öz ləyaqətlərini qoruyurlar.

Bəhanə: Mən niyyət etdim ki, filan arzum yerinə yetsin, amma…

Cavab: Biz öz Yaradanımıza şərtmi qoyuruq? Özü də ki, biz haradan bilə bilərik ki, xeyrimiz haradadır, ziyanımız harada… Məsələn, ola bilər ki, avtomobil barədə olan yerinə yetməmiş arzumuz bizi ağır bir qəzaya gətirəcəkdi…

Bəhanə: Ramazan ayının bir və ya üç günü oruc tutmaq yetər…

Cavab: Təbii, üç gün də, lap elə bir gün də oruc tutmaq olardı. Amma iş burasındadır ki, Allahımız bizə bir ay boyunca oruc tutmağı buyurub. Onun bizim xeyir və ziyanlarımızı hər kəsdən yaxşı bildiyi halda, Onun buyuruqlarına dəqiq əməl etməmək hansı məntiqə sığardı?!

Mən nə üçün oruc tutmalıyam? 7 səbəb
1 - Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.

2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.

3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.

4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.

5 - Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram – o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.

6 - Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.

7 - Çünki, oruc məni başlıca məramıma – kamil insan olmaq məqamına yaxınlaşdırır. Zira, oruc – vücudi intibahın ən mühüm elementlərindəndir.

Allah hər kəsin tutduğu orucu qəbul etsin.Qaranlıq qalan yerləri şərhlərdə suallar ilə verə bilərsiniz. Aşağıdakı təqvimə əsasəndı imsak və iftarın vaxtlarını müəyyən edərsiniz. Allaha emanet olun.


Geri dön

Elnen

  • 18 avqust 2011 18:54
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
ALLAH RAZI OLSUN...

.angela

  • 3 avqust 2011 19:09
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk

R.M_FaNaTka

  • 2 avqust 2011 19:33
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

NİKİ

  • 2 avqust 2011 16:14
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

asude

  • 2 avqust 2011 16:13
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
dəyərli məlumata göre cooooooooooooox sagolun

KaRola_16

  • 2 avqust 2011 16:06
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
COX SAGOLUN DEYERLI MALUMATLARDIR... ALLAH RAZI OLSUN...

--------------------

seviyorum seni

  • 2 avqust 2011 15:43
  • Məqalə: 0
  • Şərh: 80
  • Bal:
{awards}
Allah hamini orucunu qabul etsin manikida ham cin twk

--------------------
PUP+MAY

Musique Sage

  • 2 avqust 2011 15:36
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN

Aftoş Qaqaş

  • 2 avqust 2011 15:18
  • Məqalə: 0
  • Şərh: 125
  • Bal:
{awards}
xebere gore twk......

music_angel

  • 2 avqust 2011 15:18
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun..Allah haminin orucunu qebul etsin ici men qarisiq

--------------------

Sirli Melek

  • 2 avqust 2011 15:04
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Miss Lady

  • 2 avqust 2011 15:02
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
solitary_girl,
cox sagol.mende hamini tebrik edirem.xebere gore twk


Narka E-ZaDe

  • 2 avqust 2011 14:58
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

ALLAH her kesin tutdugu orucu qebul etsin AMIN!!!!
SUPER XEBERDI...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}