Cənnəti necə təsəvvür edirsiz?

 
Cənnəti necə təsəvvür edirsiz?

Dünyanın ən gözəl məkanları arasında saraylar, köşklər həmişə ilk sıralarda iştirak edir. Bu məkanların dəbdəbəli gözəllikləri təsvir edilərkən də həmişə gözəl bir mənzərəyə sahib olmalarından, əşyalarının çox qiymətli olmasından, dekorunun gözəlliyindən, sütunların, qızıl zərli taxtların, mebellərin ehtişamından bəhs edilər.

Allahın Quranda bildirdiyi cənnətlə əlaqədar ayələrdə də insanların xoşlarına gedən məkanlardan -köşklərdən, saraylardan, bağçalardan, otaqlardan- tez-tez bəhs edilməkdədir. Dünyada məhdud ədəddə olan bu məkanlar, cənnətdə qüsursuz və ən görkəmli hallarıyla Allahın sevdiyi qullarının yaşadığı məkanlar olaraq sonsuza qədər var olacaqlar.
Cənnət məkanlarındakı zənginlik və bolluğun təsvir edildiyi hədislərdən bir neçəsi belədir:

Cənnəti necə təsəvvür edirsiz?

Bir kərpici gümüş, bir kərpici qızıl, tərkibi iti qoxulu müşk, döşəməsi inci və yaqut, torpağı isə zəfərann olub, oraya girən xoşbəxt olar, ümidsiz olmaz, əbədi olar, ölməz...

Cənnətdə elə köşklər vardır ki, içindəki xaricindəkini, xaricindəki içindəkini görər...

Bir gün Rəsulullah, "Cənnətdə elə köşklər vardır ki, nə özünü yuxarıya bağlayacaq çəngəlləri və nə də altında dirəkləri vardır" buyurdu. Bunu dinləyən Səhabələr, "Ey Allahın Elçisi, o köşklərin əhli oraya necə girəcək?" deyə soruşdu. Rəsulullah (ə.s.ə.), "Onlar quşlar kimi uçaraq girəcəklər" buyurdu.

Cənnətdə yemək ehtiyacdan deyil, Allahdan bir nemət və ikram olaraq zövq üçün yeyilməkdədir. Orada iman edənlər acma, susama kimi dünyaya dair acizliklərdən təmizlənilmişlər.
. Ölümlə hər an son tapa biləcək olan dünya həyatı, axirətdəki sonsuz həyatın başlanğıcıdır. Bu səbəbdən hər an hər saniyə axirətə keçilə biləcəyini unutmamaq, cəhənnəmə getmə ehtimalından qorxmaq və bu səbəblə cənnətdəki sonsuz nemətə qovuşmaq üçün hazırlıq içində olmaq hər kəs üçün çox əhəmiyyətlidir.

Cənnəti necə təsəvvür edirsiz?

Lakin şeytan, insana, Allahın cənnətdə vəd etdiyi gözəllikləri, sonsuz həyatı unutdurmaq, düşündürməmək istər. Əksinə qüsur və əskikliklərlə dolu olan dünya nemətlərinə razı olmağı, bunlarla bir neçə il yaşamağı yaxın bir fayda olaraq göstərər. Halbuki şeytana qarşı tam əksinə bir rəftarla cənnətin çox yaxın olduğu gerçəyini xatirdə tutaraq səmimi bir səy içində olmaq lazımdır.

Bütün səmimi Müsəlmanlar sonsuz mərhəmət, sonsuz rəhmət, sonsuz ağıl və güc sahibi olan, qullarını sevən, onları qoruyub gözləyən, dünyada və axirətdə onların yaxşılığını istəyən, onlara dünyada gözəl və şərəfli bir həyat, axirətdə də cənnəti istəyən Allahın zəmanətindədirlər. Bu səbəbdən bu sevinc dolu neməti Müsəlmanlar heç bir zaman unutmamalı və bir-birlərinə bu yaxın nemətin müjdəçisi olmalıdırlar. Necə ki Allah Quranda möminlərin bu mövzuda müjdələşmələrini buyurmaqdadır:

Heç şübhəsiz Allah, möminlərdən -qarşılığında onlara mütləq cənnəti vermək üzrə- canlarını və mallarını satın almışdır... (bu,) Tövratda, İncildə və Quranda ONun üzərinə gerçək olan bir vəddir. Allahdan daha çox əhdinə vəfa göstərəcək olan kimdir? Bu halda etdiyiniz bu alverdən ötəri sevinib-müjdələşin.'Böyük qurtuluş və xoşbəxtlik' budur. (Tövbə Surəsi, 111)

Bəs sizlər Cənnəti necə təsəvvür edirsiniz?Bəzən yuxumuzda Cənnətə bənzəyən yer gördük deyirik.Aranızda varmı belə yuxular görən?Necə yerlərdi təsvir edə bilərsiniz


Geri dön

.angela

  • 3 avqust 2011 19:07
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
twk

Narka E-ZaDe

  • 2 avqust 2011 23:37
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 2 avqust 2011 19:30
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

aga482

  • 2 avqust 2011 18:03
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
ALLAH HAMİYA CENNET QİSMET ELESİN İNSALLAH BİZDE ONUN İCİNDE AMİN TESEKKUR

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

lema

  • 2 avqust 2011 17:02
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
haminin arzusudur cennet...axi kim istemezki ora getmesin.hami isteyir.men yuxumda cenneti yox amma dunyanin nece dagildigini gormuwem.hec kimede demirem cunku desem inanmazlar.neise...mence cennet her bir insanin gormek istediyi kimidi.fantastik,geyri adi,gozel,nurlu....ne bilim.esas odu gozel yerdi.ondanda esas oduki ora laiq ola bilek....(inwallah)

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sirli Melek

  • 2 avqust 2011 16:17
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
BİR DƏFƏ ÇOXDAN GÖRMÜŞDÜM BƏLKƏDƏ CƏNNƏT DEYİLDİ.
HƏR YAN AĞIMTIL RƏNG İDİ. ŞƏLALƏ, ÇAY AXIRDI. QUŞLAR CƏH CƏH VURUDU. İNSANIN ÜRƏYİ AÇILIRDI

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Just For Legend

  • 2 avqust 2011 16:16
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Men tesevvur etmeye calsimiram da hec,cunki gunahdi,sehv ede bilerem

--------------------

KaRola_16

  • 2 avqust 2011 16:14
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MEN BELE YUXU GORMEMISEM...

--------------------

NİKİ

  • 2 avqust 2011 16:11
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}