Əl və ya baş ilə işarə etməklə suala cavab vermək

 
Əl və ya baş ilə işarə etməklə suala cavab vermək

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər ( s.ə.s.) “Qiyamətə yaxın elm aradan qaldırılacaq, cəhalət və fitnələr üzə çıxacaq və hərc çoxalacaq”– dedi. Ondan: “Hərc nədir, ya Rəsulullah?”– deyə soruşdular. O, əlini çəpəki vəziyyətdə yuxarıdan aşağı endirib: “Bax belə”– deyə buyurdu, sanki qətl törədiləcəyini qəsd edirdi. (əl-Buxari, 85)
Əsma bint Əbu Bəkr (r.a) rəvayət edir ki, günəş tutulduğu vaxt mən Aişənin yanına gəldim, o vaxt o namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, günəşin tutulduğunu bildirmək üçün əli ilə göyə işarə etdi. Mən məscidə tərəf boylanıb gördüm ki, camaat namaz qılır. Aişə: “Allah pak və müqəddəsdir!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazdan sonra Peyğəmbər (s.ə.s) qüdrətli və əzəmətli Allaha həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta, Cənnət və Cəhənnəmi gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsihi-dəccalın imtahanına bənzər və ya buna yaxın bir imtahana çəkiləcəksiniz. Dünyasını dəyişmiş kimsədən: “Bu adam haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin yaxud yəqinliklə inanan bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O, bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də onun dəvətini qəbul edib onun ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. O bunu üç dəfə təkrar edəcək. Bundan sonra mələklər ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq və ya qəlbində şübhə olan adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək. (əl-Buxari, 86)
Qeyd: "Hərc” sözünün hərfi tərcüməsi, əmin-amanlıq və qayda-qanunun olmadığı vəziyyət, qarışıqlıq, nizamsızlıq, çaxnaşma, araqarışma, vəlvələ, mərəkə, hərc-mərclik deməkdir.
Burada "bu adam" deyildikdə, Muhəmməd Peyğəmbər( s.ə.s) qəsd edilir.


Geri dön

Narka E-ZaDe

  • 2 avqust 2011 23:54
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 2 avqust 2011 19:25
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

Sirli Melek

  • 2 avqust 2011 16:34
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

NİKİ

  • 2 avqust 2011 16:29
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}