Məsumlardan dəyərli hədislər

 
Məsumlardan dəyərli hədislər


Atəş üç nəfərin bədənini yandırmaz; ərinə itaət edən qadının, ərinin çətinlikdə və yoxsul olan vaxtında səbr edən qadının və valideynlərinə yaxşılıq edən kəsin.Həzrəti Məhəmməd s.a.s

Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir. Yəni, kibr, qorxu və simiclik. Bu xüsusiyyətlər qadında olarsa onun öz iffətini və ərinin malını qorumasına, kişidə olarsa onun bədbəxtliyinə və geridə qalmışlığına səbəb olar.

Məsumlardan dəyərli hədislər

Əhməd ibn Hənbəl deyir ki, İmam Sadiqdən (ə) soruşdum: “İnsan üçün ən üstün xüsusiyyət nədir?” Buyurdu: “Heç bir qorxunun əmələ gəlməsinə yol verməyən vüqar və böyüklük, əvəzinin intizarı olunmayan səxavət və bəxşiş və qeyri-dünyəvi işləri yerinə yetirmək üçün çalışmaq. (Yəni, insanın əsas məqsədi, hətta dünya işlərində də o biri aləmin xoşbəxtliyini təmin etmək olmalıdır.)

İmam Məhəmməd Baqir (ə) buyurub: “Bəndə həmişə üç şeyin arasındadır; bəla, qəza və qədər və nemətin. Allah tərəfindən gələn bəla müqabilində səbr etmək, qəza və qədər müqabilində təslim olmaq və nemət qarşısında isə şükr etmək vacibdir.”

Məsumlardan dəyərli hədislər

Həzrət Riza (ə) buyurub: “İnsan üçün onun həyatının üç ən qorxulu anı var. Biri doğulan vaxt gözünü dünyaya açdığı zaman, digəri ölən vaxt o biri aləmin varlıqlarını görən zaman, üçüncüsü isə Qiyamət günü qəbirdən qalxıb yeni səhnələr müşahidə etdiyi zaman. Allah-təala Yəhya peyğəmbərə (ə) bu üç vaxtda salam göndərib buyurub: “Salam olsun ona doğulduğu gün, ölüm zamanı və (Qiyamət günü yenidən) diriləcəyi zaman.” Eyni zamanda bu üç mərhələdə İsa Məsih də (ə) özünə salam göndərərək həmin dəhşətli anlardan ötrü özünə təskinlik vermişdir: “Salam olsun mənə doğulduğum gün və öləcəyim vaxtda və bir də dirilib ayağa qalxacağım gün.”

Əbu Malik deyir: “Bir gün həzrət Səccada (ə) ərz edib dedim: “ Dinin bütün proqramlarını bəyan edin!” Buyurdu: “Haq söz danışmaq, ədalətli hökm vermək, əhd-peymana vəfa etmək dinin bütün proqramlarının əvvəlidir.”

Məsumlardan dəyərli hədislər

Peyğəmbər (s) buyurub: “Hər kəsə üç şey verilibsə ona hər iki dünyanın xeyri verilib; Allahın qəza və qədərinə razı olmaq, bəla zamanı səbirli olmaq və rifah zamanı dua etmək.”

Şafeiyə (dörd sünni məzhəbindən birinin imamı) dedilər: “Əli (ə) barəsində nə deyə bilərsən?” Cavab verdi: “Nə deyim o kəsin barəsində ki, üç sifət üç xüsusiyyətlə birgə onun vücudunda cəm olub və heç kəsdə belə bir şey yoxdur; fəqirlik səxavətlə, şücaət əqllə, elm əməllə.”

Qadınlar dörd dəstədir: 1. Xeyir-bərəkətlə dolu və üzüçörəkli; 2. Qucağında və qarnında uşağı olan; 3. Ərinə qarşı bədxasiyyət; 4. Əziyyətcil.Həzrəti Məhəmməd s.a.s

Məsumlardan dəyərli hədislər

Başın qabaq hissəsində ağ tük olması mübarək bir şeydir. Sağ və sol tərəflərdə olması səxavət nişanəsidir. Alının iki tərəfində olması şücaət əlamətidir. Başın dalında olması isə namübarək bir şeydir.Həzrəti Məhəmməd s.a.s

Dörd şey peyğəmbərlərin sünnə və rəftarlarındandır: Ətirlənmək, evlənmək, misvak (dişləri təmizləmək) və həna qoymaq.Həzrəti Məhəmməd s.a.s

Dörd şey səbəb olar ki, insan Qiyamət gününün dəhşətli qorxusundan amanda qalar: Nemət vaxtı şükür etmək, günahdan istiğfar etmək, müsibət və bəla zamanı “inna lillah və inna iləyhi raciun” (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik), ehtiyac və qorxu anlarında Allaha üz tutmaq.Həzrəti Məhəmməd s.a.s

Məsumlardan dəyərli hədislər

Şafeidən (əhli-sünnənin dörd məzhəbindən birinin imamı) nəql edirlər ki, deyib: “Əli ibn Əbitalibin vücudunda elə fəzilətlər və üstün xüsusiyyətlər cəm olub ki, belə xüsusiyyətlər yalnız barmaqla sayıla biləcək kəslərdə müşahidə olunur. Onun vücudunda elm və əməl öz kamal həddində birləşib. Çox az alim var ki, elmi miqdarında əməli olsun. Həm fəqir həm də kamil səxavətə malik idi. Şücaət və incə qəlbli, zahid və xoş əxlaqlı, iftixarlı və təvazökar idi. Yüksək əsil-nəcabətə malik olub. Bu sifətlər çox nadir insanlarda bir araya gəlib.

İmam Məhəmməd Baqir (ə) oğluna buyurur: “Halsız və biqərar olmaqdan çəkin. Çünki bu iki şey bütün şərlərin açarıdır. Halsızlıq və tənbəlliklə yaxşı və haqq işlər görməyi bacarmazsan. Biqərarlıq və iztirablı halda isə öz vəzifələrini rahatlıq və hövsələ ilə yerinə yetirə bilməzsən.”

“Pеyğәmbәr (s) mәnә buyurdu: Еy Fаtimә! Hәr kim sәnә sаlаvаt göndәrsә, Аllаh оnu bаğışlаyаr. Mәn cәnnәtin hаnsı yеrindә оlsаm, оnu mәnә qоvuşdurаr.”Xanım Fatimeyi Zəhra (s.ə)


Geri dön

Narka E-ZaDe

  • 2 avqust 2011 23:56
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 2 avqust 2011 19:25
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

NELLY19

  • 2 avqust 2011 18:46
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

qonce

  • 2 avqust 2011 18:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,oxudum....

lema

  • 2 avqust 2011 17:48
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
xeber cox maraqli idi.dizayn ve en yuxarida ki mescidin icinden olan wekilde cox gozeldi.Allah razi olsun.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sirli Melek

  • 2 avqust 2011 16:35
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ÇOOOX MARAQLI İDİ.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

NİKİ

  • 2 avqust 2011 16:30
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}