Orucluğa səbr et!

 
Orucluğa səbr et!

Orucluğa səbr et!

Orucluğa səbr et!

Orucluğa səbr et!

Ramazan ayı isti yay günlərinə təsadüf edir. Təbii ki, belə günlərdə Allahın ibadəti üçün səbr etmək daha dəyərlidir. İsnan həyatının bütün sahələrində çətinliklərə rastlaşa bilər.
Odur ki, səbrin onun həyatında oynadığı rolun əhəmiyyəti daha da aydın olur. Əziz oxuculara məhz bu münasibətlə səbr haqqında hədisləri təqdim edir və ümid edirik burada deyilən mənalar onların oruclarını daha da yüngül edəcək:


Orucluğa səbr et!

Səbrin fəziləti

Quran:
«Çox peyğəmbərlər olub ki, Allaha sitayiş edənlər onlarla birgə düşmənlərə qarşı vuruşmuş və bu yolda onların başına gələn müsibətlərdən zəifləməmiş və aciz qalmamış, düşmənə də təslim olmamışlar. Allah səbr edənləri sevəndir.»

«Allaha və Onun Rəsuluna itaət edin. Zəifləyib, əzəmət-qüdrətiniz aradan getməsin və bir-birinizlə çəkişməyin. Səbr edin ki, Allah səbr edənlərlədir.»

Hədis:
Məsih(ə):«Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız.»

Allahın Peyğəmbəri (s) («İman nədir?» deyə soruşulduqda buyurdu): «Səbr.»

İmam Əli (ə) :«Səbr çətin müsibəti asan edər.»

İmam Əli (ə):«Çətinliklərə səbr etmək rifah içində can rahatlığından yaxşıdır.»

İmam Sadiq (ə):«Möminin xəmiri çətinliklərə səbr etməklə yoğrulmuşdur.»

İmam Cavad (ə):«Müsibətə səbr etmək, başqalarının müsibətinə sevinən üçün bir müsibətdir.»

Orucluğa səbr et!


Səbr və ali məqamlara çatmaq

Quran:
«İsrail övladları səbr etdiklərinə görə, sənin Rəbbinin onlara verdiyi yaxşı vəd həyata keçdi.»

«Səbr etdiklərinə və nişanələrimizə əmin olduqlarına görə, onların
arasından bizim əmrimizlə hidayət edən imamlar təyin etdik.»

Hədis:
İmam Əli (ə):«Səbrlə ali məqamlara çatmaq olar.»

İmam Əli (ə):«Kim Allaha (qovuşmağa) xatir səbr edərsə, öz məqsədinə çatar.»

İmam Sadiq (ə):«Səbr imanın başıdır»

Orucluğa səbr et!

Səbr və qələbə

Quran:
«Nə çox olub ki, azsaylı bir dəstə Allahın izni ilə sayları çox olan dəstəyə qalib gəlsin. Allah səbr edənlərlədir.»

«Əgər səbr edib, təqvalı olsanız və onlar da coşub hay-küy salmaqla üstünüzə hücum etsələr, Rəbbiniz beş min nişan qoyulmuş mələklə sizə kömək edər.»

Hədis:
Allahın Peyğəmbəri(s):«Həqiqətən, qələbə səbrlə və işin uğurlu sonluğu çətinliklə müşayət olunur. Həqiqətən, hər çətinliklə yanaşı bir asanlıq da var.»

Allahın Peyğəmbəri(s):«Səbrlə zəfəri gözləmək olar. Kim daim bir qapını döyərsə, axırda o qapı üzünə açılar.»


Orucluğa səbr et!

Səbrli insanın savabı

Quran:
«Şübhəsiz, sizi qorxu, aclıq, malın azlığı, canlarınız və məhsullarınızla imtahan edəcəyik. Səbrlilərə müjdə ver. Başlarına bir müsibət gələndə «biz Allah üçünük və Ona doğru qayıdarıq» deyənlərə Rəbblərinin salam və rəhməti olsun. Hidayət tapanlar da onlardır.»

İmam Əli (ə) (təqvalıların vəsfində): «Bir neçə gün səbr etdilər və uzun müddətli rahatlıq tapdılar.»

İmam Sadiq (ə):«Şiələrimizdən kim çətinliyə düşəndə səbr edərsə, min şəhidin mükafatını qazanar.»

İmam Sadiq (ə):
«Dərdə düçar olan şəxs əgər səbr edib bunun Allah yolunda olduğunu hesab edərsə, Allah-taala ona min şəhidin mükafatını yazar.»

Orucluğa səbr et!

Səbrin mənası

Allahın Peyğəmbəri (s.):«Səbr razılıqdır.»

İmam Əli (ə):«Səbr, insanın bir çətinlik və müsibətlə qarşılaşanda dözümlülük göstərib öz qəzəbini udmasıdır.»

İmam Əli (ə):«Səbr iki növdür: sənin xoşuna gəlməyən şeylərə səbr etmək və sevdiyin şeylərin müqabilində səbr edib, özünü saxlamaq (məsələn, haram ləzzətlərdən).»

İmam Əli (ə):«Səbr, ya müsibət qarşısında, ya itaət etməkdə, ya da günahı tərk etmədə səbrdir. Üçüncü növ əvvəlki iki növdən üstündür.»

İmam Baqir (ə) (gözəl səbr barədə suala cavabından): «O, insanlara giley və şikayət olunmayan bir səbrdir.

Orucluğa səbr et!

Əhli-Beyt şiələrinin səbri

İmam Sadiq (ə) (öz səhabələrindən birinə xitabən): «Biz səbrliyik, amma bizim şiələr bizdən də səbrlidirlər.»

Ərz etdim:«Sənə fəda olum. Necə olur ki, sizin şiələr sizdən səbrli olur?» Buyurdu:«Biz bildiklərimiz şeyə, şiələrimiz isə bilmədikləri şeyə səbr edərlər.»

Orucluğa səbr et!

Səbrsizliyin nəticələri

İmam Əli(ə):
«Əgər səbrli olsan, ilahi müqəddərat sənin barəndə icra olunar və sən mükafat alarsan. Səbrsizlik etsən də, ilahi müqəddərat sənin barəndə icra olunacaq, lakin sən günahkar olacaqsan.»

İmam Əli(ə):«Əgər böyüklər kimi səbr etsən çox yaxşı. Əks halda, minik heyvanları kimi əziyyəti unudacaqsan.»

İmam Əli(ə):«Kim iş və qazancın əziyyətinə səbr etməsə, yoxsulluğun əziyyətinə səbr etməlidir.»

İmam Əli(ə):«Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər.»

Orucluğa səbr et!

Səbr yaradan amillər

Allahın Peyğəmbəri(s):«Kim özünü səbr etməyə vadar etsə, Allah- taala onu çox səbrli edər. Kim paklıq istəsə, Allah onu pak edər. Kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər. Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.»

İmam Əli(ə):«Səbrin kökü, Allaha həqiqi əminliyin olmasıdır.»

İmam Əli (ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar et. Necə də gözəl xasiyyətdir, haqqa xatir özünü səbrə vadar etmək.»

İmam Əli(ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər.»

Orucluğa səbr et!


Geri dön

R.M_FaNaTka

  • 2 avqust 2011 19:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

NİKİ

  • 2 avqust 2011 16:20
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Aftoş Qaqaş

  • 2 avqust 2011 15:27
  • Məqalə: 0
  • Şərh: 125
  • Bal:
{awards}
xebere gore twk......

music_angel

  • 2 avqust 2011 15:04
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

.angela

  • 2 avqust 2011 14:49
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk.................

Narka E-ZaDe

  • 2 avqust 2011 14:10
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 2 avqust 2011 14:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ÇOOOX SƏBİRSİZ BİRİYƏM(((

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

MiLeyla

  • 2 avqust 2011 14:02
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
allah bu isti gunlerde oruc tutanlar,hemcinin menede sebr versin.amin inwallah smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}