Çətinlikdə ən böyük sığınacaq

 
Çətinlikdə ən böyük sığınacaq

Həyat kiçik və böyük eniş və yoxuşlarla doludur, insanın narahat olmasına və qəmlənməsinə gətirib çıxarır. İnsanların bir çoxu həyatın çətinlikləri qarşısında təslim olurlar. Özlərinə inamlarını itirirlər. Bəzən ağıl və dindən uzaq işlərə əl atırlar ki, bu işlərin özü onlara çox sayda peşmançılıq gətirər.

Qəlbləri Allaha mərifətlə dolub-daşan dahi insanlar, insanlarla müxtəlif cür rəftar edirlər. Onlar öz ruhiyyələrini hifz edərək, müsibətin tufanlarından asanlıqla keçərək, məqsədlərinə nail olurlar. Əhli-Beytin (ə) böyük İmamları həmin müvəffəq insanlar idilər. Onlar da başqa insanlar kimi kiçikli-0böyüklü bəlalarla rastlaşardılar. Ali mərifətə malik olduqları üçün, özlərinə hakim idilər.

Həzrət Zeynəlabidin (ə) duaların birində İmamların (ə) bu böhranlarda müvəffəqiyyət qazanmaqlarının sirrini açmışdır. Hamını bu mərifətə çağırır: “Allahım! Əgər qəmgin olsam, mənim pənahım Sənsən. Əgər məhrum olsam, dayağım Sənsən. Müşəqqətə düşdüyüm zaman Səndən yardım gözləyirəm”.

Yuxarıda deyilənlərdən aydın başa düşmək olur ki, əgər insan Allahın qüdrət və rəhmətinə görə kamil və düzgün elmə malik olarsa, həyatının ən böhranlı zamanlarında belə məyus olmur. Allaha əlaqəsinə və Onun qüdrətinə söykənərək, ruhiyyəsini itirmir. Çünki çox yaxşı bilir ki, Allah Təala bəndələrinin hallarından agahdır, dularını eşidir və çətinliklərini aradan qaldırmağa qadirdir.

Qətibə adlı bir nəfər deyir: “İmam Sadiqin (ə) yanına gəldim ki, xəstə övladını ziyarət edim. Onu qəm və qüssə içində evin qapısında gördüm. Ərz etdim: “Qurban olum, uşağın vəziyyəti necədir?” O, buyurdu: “Əvvəlki kimidir”. Sonra evə getdi və bir qədər ləngidi, sonra mənzildən çıxdı. Üzündəki narahatlıq və qəm aradan getmişdi. Fikirləşdim ki, uşağın vəziyyəti yaxşı olmuşdur. Ona görə dedim: “Qurban olum, uşağın vəziyyəti necə oldu?”. İmam (ə) buyurdu: “Dünyadan getdi”. Ərz etdim: “Sağ olan zaman qəmgin və narahat idin, ancaq indi ki, ölübdür, halınız qəmli halınızdan fərqlidir. Bu nə üçündür?”. Həzrət buyurdu: “Biz Əhli-Beytik. Müsibət gələnə qədər hövsələsizlik edirik. Ancaq o zaman ki, Allahın əmri həyata keçir, Allahın əmrinə təslim və razı oluruq”.

Bəli, İmamların (ə) mübarək vücudları Haqq elmi ilə yoğrulmuşdu. Hər vasitə ilə Ona daha çox yaxınlaşmaqdan bəhrələnərdilər. Sümükləri sızladan müsibətləri canları bahasına qəbul edir və rahatlıq tapardılar. Buna bariz nümunə - Kərbəladır. Ondan sonrakı müsibətlər hər bir qəlbi sızladırdı. Həzrət Zeynəbdən (ə) soruşanda ki, Kərbəlada nə gördün, cavab verirdi: “Ancaq gözəllik gördüm”. Bu Məsum İmamların (ə) mübtəla olduqları bəlalarda Haqqı görmək qabiliyyəti idi ki, nəticəsi ancaq onların başucalığı idi.

İnsanın qəlbinə yol tapan bu elmlərdən biri əgər insan qəlbində qərar tutarsa, insan ruhunda və maddi həyatında çox sayda təsir qoyacaqdır. İnsan Allaha imanla çətinliklərini aradan qaldırmağa çalışır və Allahın aləmlərin hakimi olduğunu qəbul edir. Necə ki, İmam Səccad (ə) “Məkarim Əxlaq” duasında bu inancı dilə gətirir və Allahı, əldən getdiklərini yerinə qoyan və fasid olanları islah edən, pislikləri yaxşılıqlara çevirən bir güc kimi tanıdır.

Bəli, İslamın və Quranın tərbiyəsini almışlar bu ayəyə inanır: “Mədən və mənbəyi yanımızda olan mövcuddan başqa bir mövcud yoxdur”. Əlbəttə bu məsələdə qəflət etmək lazım deyildir ki, Allah hər bir mümkün işlərə qadir olmağına baxmayaraq, Allahın qüdrəti, Onun hikmətinə əsasən varlıq aləmində cərəyan edir. Misal üçün Rəhim Allah bütün insanları hətta icbari olaraq, hidayət və kamala çatdırmağa qadirdir. Ancaq Allahın hikməti insan səadətini öz ixtiyarına verməyi zəruri edir. İnsanlar Onun hidayət nemətindən bəhrələnirlər. Budur həmin bu ayənin təfsiri: “Əgər sənin Pərvərdigarın istəsə, yer üzərində olan hər kəsi imana gətirər”.

İnsanların hidayət tofiqi

İnsanların ən böyük səadətlərindən biri insanların Allah bəndəliyinə tərəf hidayət olunmasıdır. Allah Quranda buyurur: “Hansı insan Allaha dəvət edən, layiqli işlər görən və deyən ki, mən həqiqətən təslim olanlardanam, xoş danışandır”.

Baxmayaraq ki, dil düzgün istifadə edilərsə, insanların bir çox ehtiyaclarını aradan qaldırar, ancaq əgər kimsə başqalarını hidayət etmək üçün nitq və dilindən istifadə edərsə, dilin nemətindən kamil şəkildə bəhrələnmiş deməkdir. İmam Səccaddan (ə) dilin fəziləti və ya sükut haqqında sual olunur. Buyurur: “Hər ikisinin iki ziyanı vardır. Ancaq o halda ki, hər ikisi sağlam olarsa, danışmaq sükut etməkdən fəzilətlidir”. Deyirlər: “Ya ibni Rəsullah (s), bu necə olur?”. İmam buyurur: “Allah Təala ənbiya və vəsiləri sükutla məbus etmədiyinə görə onları kəlamla seçmişdir. Behişt sükutla heç kimə nəsib olmur. Allahın vilayəti də sükutla heç kimə layiq deyildir. Cəhənnəm atəşi sükutuna görə heç kimdən gizli qalmaz. Həqiqətən onların hamısı kəlamladır. Həqiqətən sən sükutun danışmaq üzərindəki fəzilətini təsəvvür edə bilərsən, ancaq danışmağın sükut üzərindəki fəzilətini təsəvvür edə bilməzsən”.

Əlbəttə sükutun fəziləti haqda çox danışılmışdır. Bu, yersiz danışığa görə susmaqdır. Hidayət və haqq söz danışmaq qarşısında isə susmaq lazım deyildir.


Geri dön

Sirli Melek

  • 3 avqust 2011 09:33
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

ASMIYA

  • 3 avqust 2011 00:24
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COX SAGOLUN

--------------------


Narka E-ZaDe

  • 2 avqust 2011 23:43
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

xebere gore twk....

xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 2 avqust 2011 22:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 2 avqust 2011 19:18
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

..::Only_Life::..

  • 2 avqust 2011 18:48
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 14
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}