“Yeddi” Haqqında Qırx Nöqtə

 
“Yeddi” Haqqında Qırx Nöqtə

“Yeddi” Haqqında Qırx Nöqtə

“Yeddi” Haqqında Qırx Nöqtə

1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxsin dəfn mərasimində iştirak etməyi. 2-Xəstənin görüşünə getməyi. 3-Asqıran şəxsə afiyət (sağlam ol) deməyi. 4-Məzluma kömək etməyi. 5-Salam verməyi. 6-Dəvəti qəbul etməyi. 7-And içənin xahişini yerinə yetirməyi. (“Xisal”, 2-ci cild, səh. 4)

2-Allah-taala yeddi dəstə adama Öz ərşinin sayəsində yer verər:
1-Ədalətli rəhbərə. 2-İbadət edən cavana. 3-Məsciddən çıxıb, sonradan məscidə qayıtmaq fikrində olan şəxsə. 4-İbadətə görə başqaları ilə dostluq edən şəxsə. 5-Xəlvətdə (günahların qorxusundan) ağlayan şəxsə. 6-Gizli şəkildə sədəqə verən şəxsə. 7-Gözəl bir qadının zinaya dəvətini qəbul etməyən şəxsə. (Yenə orada, səh. 8)

3-Əbuzər deyir: Peyğəmbər (s) mənə yeddi vəsiyyət etdi: 1-Həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edəm. 2-(Maddi cəhətdən) məndən yuxarı olan şəxslərə diqqət etməyəm. 3-Məzlumları sevəm və onlara kömək edəm. 4-Acı olsa da belə, həmişə haqq söz deyəm. 5-Məndən üz çevirsələr də belə, qohumlarımla əlaqələrimi kəsməyəm. 6-Allahın əmr etdiyi işi görməkdə başqasının məzəmmət və danlağından qorxmayam. 7-Behişt xəzinələrindən sayılan “La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” – zikrini tərk etməyəm. (Yenə orada, səh. 10)

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əli (ə)-a buyurdu:
“Ya Əli! Hər kəsdə yeddi xislət olsa, imanın həqiqətinə nail olmuş və behişt qapıları onun üzünə açılmışdır: 1-Əhval-ruhiyyə ilə dəstəmaz almaq. 2-Namazı yaxşı qılmaq. 3-Malın zəkatını vermək. 4-Qəzəb odunu söndürmək. 5-Dili bağlamaq (yəni az danışmaq). 6-Günahdan tövbə etmək. 7-Peyğəmbər xanədanına qarşı xeyirxahlıq etmək.” (Yenə orada, səh. 12)

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah və mən yeddi qrupu lənətləmişik: 1-Allahın kitabına hər hansı bir sözü əlavə edəni. 2-Qəza və qədəri təkzib edəni. 3-Mənim sünnəmin əksinə çıxanı. 4-Mənim itrətimlə (Əhli-beytimlə) müxalifət edəni. 5-Hökuməti zorla ələ keçirib, Allahın əziz bəndələrini xar və bədbəxt edəni. 6-Müsəlmanların ümumi mallarını öz mənfəətinə xərcləyəni. 7-Allahın halalını haram və haramını halal edəni.” (Yenə orada, səh. 18)

6-Yəhudilərdən bir qrupu Peyğəmbər (s)-dən soruşdular: “Allahın sənə və ümmətinə əta etdiyi yeddi xislət hansılardır?” O həzrət buyurdu: 1-“Həmd” surəsi. 2-Azan. 3-Məsciddə və cümə günündə camaat namazı qılmaq. 4-Meyyit namazı. 5-Gündəlik namazın üçünü ucadan qılmaq. 6-Xəstə və səfərdə olduqda ibadətin yüngülləşməsi. 7-Ümmətimin günahkarlarına şəfaət etmək.” (Yenə orada, səh. 26)

7-Əbdürrəhman ibni Kəsir imam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: “Ən böyük günahlar yeddidir: 1-Allah-taalaya şərik qoşmaq. 2-Allahın öldürülməsini haram etdiyi şəxsləri öldürmək. 3-Yetimin malını yemək (mənimsəmək). 4-Ata-ana ilə pis rəftar etmək (onlara aq olmaq). 5-İffətli və pak qadınlara töhmət vurmaq. 6-Müharibədən (cihaddan) qaçmaq. 7-Bizim haqqımızı inkar etmək.” (Yenə orada, səh. 40)

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Məni və mənim Əhli-beytimi sevmək yeddi yerdə fayda verər: 1-Ölüm vaxtı. 2-Qəbirdə. 3-(Qiyamətdə) diriləndə. 4-Əməl dəftərini alanda. 5-Hesab günündə. 6-Əməllər ölçüləndə. 7-Sirat körpüsündən keçəndə.” (Yenə orada, səh. 34)

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əli (ə)-a buyurdu:
“Sən yeddi səbəbə görə başqalarından üstünsən: 1-Hamıdan əvvəl iman gətirmisən. 2-Əhd-peymana hamıdan artıq vəfalısan. 3-Allahın işində (göstərişlərini yerinə yetirməkdə) dözümlüsən. 4-Malı bölməkdə hamıdan ədalətlisən. 5-Vəzifə başında əyləşənlərdən ədalətlisən. 6-Qəzavət işlərinə (hökm etməkdə) hamıdan çox agahsan. 7-Allahın yanında hörmətlisən.”

10-Allah-taala bir ümmətə qəzəblənərkən hələ ağır əzab nazil etmədiyi zaman o ümməti günaha mürtəkib olduqlarına görə yeddi bəlaya düçar edər.
Əsbəğ ibni Nəbatə deyir: Əli (ə) buyurdu: Həzrət Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: “Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar, ömürləri qısalar, tacirləri qazanc əldə etməz, meyvələri təravətli və bol olmaz, suları artmaz, yağış yağmaz, onlara zülmkar şəxslər rəhbərlik edər.” (Yenə orada)

“Yeddi” Haqqında Qırx Nöqtə

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Cəbrail gəlib dedi: Allah buyurur: Mənimlə sənin ümmətin arasında yeddi müqavilə vardır: 1-Əgər Mənə itaət etsələr, günahkar olsalar da belə, itaətlərini qəbul edərəm. 2-Bir daha günah etməməkləri üçün tövbə etsələr, onları anadan təzə doğulan körpə kimi pak-pakizə dünyadan apararam. 3-Əgər yeddi bədən üzvlərindən (dil, qulaq, göz, əl, ayaq, qarın və cinsiyyət üzvü) biri saleh əməl etsə, digərləri isə günah iş görsə, qalan altı üzvü o bir üzvə görə bağışlayaram. 4-Əgər bir şəxs günah edib, günahları bağışlayan tək Allahın varlığına inansa, onu bağışlayaram. 5-çirkin işlərini tərk etmək üçün, onları müxtəlif xəstəliklərə düçar edərəm. 6-Onlara yayda istilik, qışda isə soyuqluq göndərərəm ki, axirətin soyuqluq və istiliyinə dözsünlər. 7-Aylara və günlərə savab təyin edərəm ki, həmin aylarda və günlərdə ibadət etsələr, günahlarını bağışlayıb, çoxlu savab verərəm.”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yeddi evə rəhmət nazil olmaz: 1-Qadın boşanan evə. 2-Ərinə itaət etməyən qadın olan evə. 3-Kişinin əmanətinə xəyanət olunan evə. 4-Zəkatı verilməyən mal olan evə. 5-Ölən şəxsin vəsiyyətinə əməl olunmayan evə. 6-Şərab içilən evə. 7-Ərinin malından oğurlayan qadın olan evə.”

13-İmam Sadiq (ə) buyurmuşdur: “Yeddi dəstə adam öz əməllərini batil edər: 1-Çoxlu elm sahibi olub məşhur olmayan (öz elmini başqalarına öyrətməyən) səbirli şəxs. 2-Öz hikmətini ləyaqəti olmayanların ixtiyarında qoyan hikmət sahibi. 3-Hiyləgər və xain şəxslərə inanan şəxs. 4-(Ürəyində) rəhmi olmayıb qəzəblənən hörmətli şəxs. 5-Övladının sirrini gizli saxlamayıb faş edən ana. 6-Dostlarını danlamağa və məzəmmət etməyə tələsən şəxs. 7-Dostu ilə həmişə mübahisə edən şəxs.” (Yenə orada, səh. 16)

14-İmam Əli (ə) buyurmuşdur: “İslamın yeddi sütunu vardır: 1-Dözümün əsası olan ağıl. 2-Abırlı olmaq və düz danışmaq. 3-Düzgün və diqqətlə Quran oxumaq. 4-Allah yolunda dostluq və düşmənçilik etmək. 5-Həzrət Mühəmməd (s)-in Əhli-beytinin haqqını və vilayətini tanımaq. 6-Qardaşların özlərini və haqlarını himayə etmək. 7-Xalq ilə yaxşı qonşuluq.” (“Töhəful-üqul”, səh. 192)

15-Yeddi əməl ölümdən sonra insana fayda verər: 1-Ağac əkmək. 2-Quyu qazıb su çıxarmaq. 3-Suyun cari olması üçün arx düzəltmək. 4-Məscid tikmək. 5-Quranı (üzündən köçürüb) yazmaq. 6-Yadigar olaraq elm qoymaq. 7-Ata-anasının bağışlanmasını diləyən saleh övlad qoyub getmək.

16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yeddi yerdə danışmaq məkruhdur (bəyənilmir): 1-Cənazənin ardınca gedəndə. 2-Qəbiristanda. 3-Xəstənin başı üstündə. 4-Elm Məclisində. 5-Məsciddə. 6-Müsibət halında. 7-Cima (cinsi əlaqə) vaxtı.”

17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli, Cəbrail Adəm övladına olan yeddi gözəl xüsusiyyətə görə insan zümrəsindən olmağı arzu edərdi: 1-Camaat namazı qılmağı. 2-Alimlərlə oturub-durmağı. 3-İki nəfəri barışdırmağı. 4-Yetimi əzizləyib nəvaziş etməyi. 5-Xəstələrə baş çəkməyi. 6-Dəfn mərasimində iştirak etməyi. 7-Həcc mərasimində susuzlara su verməyi.” (“İsna-əşəriyyə”, səh. 245)

18-İsmail ibni Əbi Ziyad imam Sadiq (ə)-dan, o da atası imam Baqir (ə)-dan belə nəql etmişdir: “Yeddi nəfər (səfərdə olduqları halda) namazı qəsr qılmamalıdır: 1-Zəkat yığmaq üçün səfərə gedən məmur. 2-Sənətinin tələbinə görə səfər edən hakim. 3-Ticarət məqsədilə (həmişə) bu bazardan başqa bir bazara səfər edən tacir. 4-Çoban. 5-Su tapmaq üçün səhralıqda gəzən şəxs. 6-İstirahət məqsədilə ova gedən şəxs. 7-Camaatın yolunu kəsən quldur.” (“Xisal”, 2-ci cild, shə. 108)

19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala bizim vücudumuzda yeddi xüsusiyyət qərar vermişdir: 1-Gözəllik. 2-Fəsahət (gözəl danışıq). 3-Şücaət. 4-Alicənablıq. 5-Elm. 6-Qadınlara məhəbbət. 7-Helm.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mənim ümmətimdən yeddi əməl sahibi qiyamətdə peyğəmbərlər, şəhidlər, övliyalar və saleh bəndələrlə birgə gələr: 1-Bir şəxsi (xərcini verib) həccə göndərən. 2-Yardım istəyənə kömək edən. 3-Bir yetimi böyüdüb başa çatdıran. 4-Azğın şəxsi hidayət edən. 5-Acı doyuzduran. 6-Susuz şəxsə su verən. 7-Qızmar gündə oruc tutan.”

“Yeddi” Haqqında Qırx Nöqtə

21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah tərəfindən mənə belə vəhy gəldi: “Ey Əhməd! Yeddi sifətə malik olan şəxs abid sayıla bilər: 1-Onu günahdan saxlayacaq təqvası olan şəxs. 2-Yersiz və boş sözlər danışmayan. 3-Ağlamaq gətirən qorxu. 4-Xəlvətdə həya edib, Məndən xəcalət çəkən. 5-Ehtiyacını ödəyəcək yeməklə qənaətlənən. 6-Dünya ilə düşmən olan (ona məftun olmayan). 7-Saleh şəxsləri sevən şəxs.”

22-Allah-taala yaratdığı yeddi asimana and içmişdir.

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs könüllü olaraq və xalis niyyətlə öz malının zəkatını versə, ona yeddi asimanda yeddi ad verilər: Birinci asimanda “səxavətli”, ikinci asimanda “bəxşiş” edən, üçüncü asimanda “hökmdar”, dördüncü asimanda “xoş əxlaqlı”, beşinci asimanda “əta edən”, altıncı asimanda “bərəkətli” və yeddinci asimanda isə “bağışlanmış şəxs” adı verilər.”

24-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs zəkat verməsə, yeddi asimanda ona yeddi təhqiramiz ad verilər: Birinci asimanda “paxıl”, ikinci asimanda “alçaq”, üçüncü asimanda “simic və xəsis”, dördüncü asimanda “qəzəb olunmuş”, beşinci asimanda “eybəcər sifətli”, altıncı asimanda “bərəkətsiz” və yeddinci asimanda isə “namazı qaytarılıb üzünə vurulan” şəxs.”

25-Süfyan ibni Əbi Leyla deyir: Rum padşahı imam Həsən (ə)-dan anası olmadan dünyaya gələn yeddi varlıq haqqında soruşduqda, Həzrət buyurdu: “Adəm, Həvva, İbrahim (ə)-ın qoçu, Saleh (ə)-ın dəvəsi, (Adəmi aldadan) behiştdəki ilan, (Habil və Qabilin hekayəsində) Allah-taalanın yeri qazmaq (və meyyiti dəfn etmək) üçün göndərdiyi qarğa və Allahın lənətlədiyi İblis.” (Yenə orada)

26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Cəbrail mənə yeddi şeyi tövsiyə etmişdir: 1-Qadınlar haqqında o qədər tövsiyə etdi ki, onları boşamağın haram olduğunu güman etdim. 2-Qullar haqqında o qədər tövsiyə etdi ki, onların öz-özünə azad olmaqları ilə əlaqədar müəyyən vaxt təyin edəcəyini güman etdim. 3-Qonşu barəsində o qədər tövsiyə etdi ki, onların da vərəsələrdən sayılıb irs aparacaqlarını təsəvvür etdim. 4-Misvak vurmağı (Dişləri fırça ilə yumaq) o qədər tövsiyə etdi ki, onun vacib olduğunu güman etdim. 5-Camaat namazına o qədər təkid etdi ki, Allah dərgahında yalnız camaat namazının qəbul olunacağını təsəvvür etdim. 6-Zikr demək haqqında elə tövsiyələr etdi ki, zikr demədən danışılan söhbətin heç bir faydası olmadığını güman etdim. 7-Gecə namazı barəsində o qədər tövsiyə etdi ki, güman etdim ki, gecəni oyaq qalıb yatmamaq lazımdır.”

27-İmam Əli (ə) buyurmuşdur: “Yeddi xassiyyətə malik olan şəxs mömindir: “1-Halal mal qazanan şəxs. 2-Əxlaqı yaxşı olan şəxs. 3-Qəlbi təmiz olan şəxs. 4-Çoxlu bəxşiş edən şəxs. 5-Az danışan şəxs. 6-Camaatın onun əlindən amanda qaldığı şəxs. 7-Başqaları ilə insafla davranan şəxs.” (“Xisal”, 2-ci cild, səh. 20)

28-İmam Əli (ə) buyurmuşdur: “1-Əgər yoldaş istəyirsənsə, Allahı özünə yoldaş seç. 2-Dünya istəyirsənsə, ondan ibrət dərsi al. 3-Dost istəyirsənsə, (yaxşı) əməl sahibləri ilə dost ol. 4-Kəsb və ticarət istəyirsənsə, ibadət et. 5-Ürək yoldaşı istəyirsənsə, Quran oxu. 6-Nəsihət eşitmək istəyirsənsə, ölümü yad et. 7-Əgər ölüm kifayət etməsə, cəhənnəm odu kifayət edər.”

29-İmam Əli (ə) buyurmuşdur: “1-Günahsız nemət səmadan ağırdır. 2-Haqq yerdən geniş və əhatəlidir. 3-Dənizdən də ehtiyacsız, qane olan kişinin qəlbidir. 4-Münafiqin qəlbi daşdan möhkəmdir. 5-Zülmkar padşah atəşdən də hərarətlidir. 6-Paxıla möhtac olmaq buzdan da soyuqdur. 7-Zəhərdən də acı səbirdir.”

30-İmam Əli (ə) buyurmuşdur: “Elm yeddi səbəbə görə mal-dövlətdən üstündür: 1-Elm peyğəmbərlərin mirası, mal-dövlət isə fironlar mirasıdır. 2-Elmi başqasına verməklə azalmaz, mal-dövləti isə başqasına verməklə azalar. 3-Mal-dövlət qorucuya ehtiyaclıdır, elm isə öz sahibini qoruqçusudur. 4-Elm kəfənə daxil olur, mal-dövlət isə (qəbirdən çölə) qalır. 5-Mal-dövlət həm mömin, həm də kafir üçün, elm isə yalnız mömin üçün hasil olur. 6-Bütün insanlar din işlərində alimə möhtac olur, mal-dövlət sahibinə isə möhtac olmurlar. 7-Elm Sirat körpüsündə yardımçıdır, mal-dövlət isə (Sirat körpüsündən) keçməyə mane olur.”

“Yeddi” Haqqında Qırx Nöqtə

31-İmam Sadiq (ə) buyurmuşdur: “Möminin sizin üzərinizdə yeddi haqqı vardır: 1-İnsanın özünə istədiyini onun üçün də istəmək. 2-Onun hacətlərini yerinə yetirməkdə əlindən gələni əsirgəməmək. 3-Bədən (əl, ayaq və s.) üzvləri ilə ona kömək etmək. 4-Onun eyblərini örtmək. 5-Sən tox, o isə ac olmasın. 6-Onun işlərinə kömək etmək. 7-Xəstə olanda görüşünə getmək və dünyasını dəyişəndə dəfn mərasimində iştirak etmək.” (Yenə orada, səh. 18)

32-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala İslamı yeddi hissəyə bölmüşdür: 1-Səbr. 2-Düz danışmaq. 3-Yəqin. 4-Ümid. 5-Vəfa. 6-Elm. 7-Helm.” (Yenə orada. səh. 24)

33-Salman Farsi demişdir: “Paxıl yeddi bəlaya düçar olar: 1-Ölər və mal-dövləti vərəsələrinə qismət olar. 2-Zülmkar şəxs onun mal-dövlətini əlindən alar. 3-Xeyirsiz bir şeyə aşiq olub, bütün mal-dövlətini ona çatmaq üçün xərc edər. 4-Ev tikmək fikrinə düşdükdə, mal-dövlətini dağıdar. 5-Boğulmaq, odda yanmaq və oğurluğa ittiham olunmaq kimi bədbəxtliyə düçar olar. 6-Əlacsız xəstəliyə tutular və mal-dövlətini onun yolunda xərcləyər. 7-Pulunu gizlədər, lakin harada gizlətdiyini unudar.”

34-Bir hikmət sahibi demişdir: “Bir neçə qrupa təəccüb edirəm: 1-Allahı tanıyıb, Ona itaət etməyənə. 2-Savab qazanmağa ümidi olduğu halda, heç bir iş görməyənə. 3-Allahın əzabından qorxduğu halda, günahlardan çəkinməyənə. 4-Elmin fəzilətlərini bilə-bilə, onun ardınca getməyib, savadsız qalana. 5-Bütün nemətlərdən ayrılacağını bilə-bilə, onu dünyaya sərf edənə. 6-Axirət aləminə köç edəcəyinə yəqin etdiyi halda, çirkin işlərlə məşğul olub, oranı xarab edənə. 7-Arzular içərisində qərq olub, ölüm haqqında fikirləşməyənə.”

35-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ramazan ayında Allah xatirinə oruc tutan elə bir mömin yoxdur ki, Allah-taala ona yeddi şeyi əta etməsin: 1-Bədənindəki haram ətlər əriyər. 2-Allahın rəhmətinə yaxınlaşar. 3-Babası Adəmin (behiştdə qadağan olunmuş ağacın meyvəsindən yediyi üçün) xatasınının üstünü örtər. 4-Ölüm anlarının çətinliklərini ona asan edər. 5-Qiyamətin aclıq və susuzluğundan amanda saxlayar. 6-Allah-taala ona behiştin pak yeməklərindən yedizdirər. 7-Allah-taala onu cəhhənmə əzabından uzaq edər.” (Yenə orada, səh. 13)
36-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir gün acqarına yeddi ədəd xurma yesə, Şeytan ona zərər yetirə bilməz.”

37-Yatan vaxtı yeddi əməli yerinə yetirmək müstəhəbdir:
1-Dəstəmaz almaq. 2-Misvak vurmaq. 3-Üzü qibləyə yatmaq. 4-Üç dəfə salavat göndərmək və yaxud “təsbihati-ərbəə” (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) demək. 5-Həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını demək. 6-Üç dəfə “İxlas” surəsini oxumaq. 7-“Yəhkumu ma yuridu bi-izzətihi” zikrini bir dəfə demək.

38-Hər gün sübh və axşam yeddi əməli yaddan çıxarmayın: 1-Yetmiş dəfə tövbə etməyi. 2-“Qədr” surəsini iyirmi bir dəfə oxumağı. 3-On dəfə salavat göndərməyi. 4-Otuz beş dəfə “La ilahə illəllah” deməyi. 5-Otuz beş dəfə “Əl-həmdu lillah” deməyi. 6-Otuz beş dəfə “Subhanəllah” deməyi. 7-Yüz dəfə “Allahu-əkbər” deməyi.

39-Ariflərdən biri demişdir: Məqam və vəzifəni elmdə, alicənablığı təqvada, qüdrəti qənaətdə, Allahın mərhəmətini itaətdə, rahatlığı xatakar şəxslərdən uzaq gəzməkdə, təvazökarlığı haqqı qəbul etməkdə və həyatın ləzzətini nəfsin istəklərini tərk etməkdə gördüm.
40-Evdən çıxıb bir yerə getmək istədikdə, yeddi əməli yerinə yetirin: 1-Sədəqə verin. 2-On doqquz dəfə “Bismillahir-rəhmanir-rəhim” deyin. 3-“İxlas” surəsini altı dəfə altı tərəfinizə oxuyun. 4-“Kafirun” surəsini bir dəfə oxuyun. 5-“Nas” surəsini bir dəfə oxuyun. 6-“Fələq” surəsini bir dəfə oxuyun. 7-Bir dəfə “Ayətəl-kürsü”nü oxuyun.

“Yeddi” Haqqında Qırx Nöqtə



Geri dön

ASMIYA

  • 3 avqust 2011 00:32
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
OXUDUM SAGOLUN.

--------------------


Narka E-ZaDe

  • 2 avqust 2011 23:49
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 2 avqust 2011 22:26
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
cox sagol deyerli xebere gore

--------------------

qonce

  • 2 avqust 2011 19:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur........oxudum....

R.M_FaNaTka

  • 2 avqust 2011 19:20
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

NELLY19

  • 2 avqust 2011 18:33
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

beauty

  • 2 avqust 2011 18:00
  • Məqalə: 13
  • Şərh: 274
  • Bal:
{awards}
tewekkurler...

--------------------
Axmaq qabaqda durur ki, hamı onu görsün. Ağıllı arxada durur ki, o hamını görə bilsin!

hazal-kaya

  • 2 avqust 2011 17:50
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşekkürler

Su Perisi

  • 2 avqust 2011 17:32
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Cəbrail gəlib dedi: Allah buyurur: Mənimlə sənin ümmətin arasında yeddi müqavilə vardır: 1-Əgər Mənə itaət etsələr, günahkar olsalar da belə, itaətlərini qəbul edərəm. 2-Bir daha günah etməməkləri üçün tövbə etsələr, onları anadan təzə doğulan körpə kimi pak-pakizə dünyadan apararam. 3-Əgər yeddi bədən üzvlərindən (dil, qulaq, göz, əl, ayaq, qarın və cinsiyyət üzvü) biri saleh əməl etsə, digərləri isə günah iş görsə, qalan altı üzvü o bir üzvə görə bağışlayaram. 4-Əgər bir şəxs günah edib, günahları bağışlayan tək Allahın varlığına inansa, onu bağışlayaram. 5-çirkin işlərini tərk etmək üçün, onları müxtəlif xəstəliklərə düçar edərəm. 6-Onlara yayda istilik, qışda isə soyuqluq göndərərəm ki, axirətin soyuqluq və istiliyinə dözsünlər. 7-Aylara və günlərə savab təyin edərəm ki, həmin aylarda və günlərdə ibadət etsələr, günahlarını bağışlayıb, çoxlu savab verərəm.”


14-İmam Əli (ə) buyurmuşdur: “İslamın yeddi sütunu vardır: 1-Dözümün əsası olan ağıl. 2-Abırlı olmaq və düz danışmaq. 3-Düzgün və diqqətlə Quran oxumaq. 4-Allah yolunda dostluq və düşmənçilik etmək. 5-Həzrət Mühəmməd (s)-in Əhli-beytinin haqqını və vilayətini tanımaq. 6-Qardaşların özlərini və haqlarını himayə etmək. 7-Xalq ilə yaxşı qonşuluq.”

--------------------

Sirli Melek

  • 2 avqust 2011 17:04
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Evdən çıxıb bir yerə getmək istədikdə, yeddi əməli yerinə yetirin: 1-Sədəqə verin. 2-On doqquz dəfə “Bismillahir-rəhmanir-rəhim” deyin. 3-“İxlas” surəsini altı dəfə altı tərəfinizə oxuyun. 4-“Kafirun” surəsini bir dəfə oxuyun. 5-“Nas” surəsini bir dəfə oxuyun. 6-“Fələq” surəsini bir dəfə oxuyun. 7-Bir dəfə “Ayətəl-kürsü”nü oxuyun.
TŞK

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

NİKİ

  • 2 avqust 2011 17:02
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}