İslamda yemək qaydaları

 
İslamda yemək qaydaları

Bu ümmətin Peyğəmbəri - sallallahu aleyhi və səlləm - vəfat edənə qədər masa üzərində yemək yeməmişdi, və vəfat edənə qədər buğda çörəyi yeməmişdi. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - onun yanına gələr və buyurardı: «Yeməyə bir şey varmı?» Aişə: «Xeyr» dedikdə o: «O halda mən bu gün orucam» deyə buyurardı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - heç bir yeməyi pisləməz, yemək bişirən heç bir kimsəni qınamaz, mövcud olanı geri çevirməz, olmayanı istəməzdi, yeməyə görə Allaha həmd edərdi. O, bu ümmətin Peyğəmbəri idi. Onun dərdi qarnı və yeməyi deyildi.

Yemək zamanı vacib məqamlar;
1)Yeməyə başlamamışdan əvvəl bismillahirrəhmanirrəhim, yemək bitdikdən sonra isə əlhəmdulillah demək .
"Sizdən kim bir şey yesə Bismillahirrəhmanirrəhim desin. Əgər söyləməyi unudubsa yeməyin sonunda başında və sonunda Bismillahirrəhmanirrəhim desin."

2) Sağ əllə yemək və qabın kənarından yemək Peyğəmbər Əfəndimizin sünnətlərindəndir. Yanında yemək yeyən uşağa Peyğəmbərimiz belə demişdir: "Mənimlə birlikdə bismillah çək, sağ əlinlə ye və önundən ye.”

3) Süfrəyə bir yerdə oturmağa diqqət etməliyik. Yeməyin bir yerdə yeyilməyi bərəkəti artırar.
"Bir yerdə yeyin, bu sizin üçün bərəkətli və mübarək olar."

4) Rəsulallah Əfəndimizin hədislərində su içiləndə diqqət edilən xüsuslar:
Stəkanı sağ əlinə aldıqdan sonra, üç dəfəyə və stəkanın içinə nəfəs verməyərək içmək lazımdır. Hz. Muhamməd: "Suyu hissə-hissə və ağır- ağır için, birdən içməyin. Bundan ciyər xəstəliyi hasil olur buyurmuşdur."
Peyğəmbər - sallallahu aleyhi və səlləm - qabın içinə nəfəs verməyi və ya yeyiləsi və içiləsi bir şeyin içinə üfləməyi qadağan etmişdir.
Bir məclisdə su veriləndə stəkan sağ tərəfdən və sağ əldən ötürülməlidir. Rəsuli Əkrəm süd və ya şərbət içdiyi zaman yanında olanlara da bir qurtum içirdərdi.

İslamda yemək qaydaları

Hz. Muhamməd (s.a.v.), möminlərin biri-birlərini dəvət etməklərini tövsiyə etmişdir. Bir səbəbi olmayan adamın mömin qardaşından aldığı dəvəti qəbul etmək vacibdir. "Kim dəvət edildiyi zaman dəvətə getməzsə Allaha və Rəsuluna baş qaldırmış olur. Kim dəvətsiz olaraq bir süfrəyə əyləşərsə, oğru kimi gələr. "İki insan birdən dəvət edərsə qapısı daha yaxın olanın dəvətini qəbul edin. Çünki qapısı daha yaxın olan qonşuluqda da daha yaxındır. Bunlardan kim əvvəl dəvət edibsə öncə dəvət edənin dəvətini qəbul edin." Peyğəmbərimiz "cənnətdə içi çölündən, çölü içindən görünən saraylar vardır. Bunlar şirin və yumuşaq danışan, yemək yedirən və insanlar yatarkən namaz qılan insanlar üçündür." "Din qardaşının arzu etdiyi yeməyi ona yedirən insanın günahları bağışlanar. Din qardaşını sevindirən, Allahı sevindirmiş olur." Bir dəvətdə nafilə orucunu pozmayan adama peyğəmbərimiz belə buyurur: "Qardaşın sənin üçün bu qədər əziyyət çəkdiyi halda sən hələ də orucluyam deyə israr edirsən.”

İslamda yemək qaydaları

Peyğəmbər - sallallahu aleyhi və səlləm - gündəlik həyatında saxsıdan düzəldilmiş kasadan istifadə edərdi, bu kasa ilə su, süd və bal içərdi. Qızardılmış qoyun ətinin bud hissəsini çox sevərdi
Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurub:
«Mən yaslanaraq yemək yemirəm»
«Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışanı (toz və s.) silsin və loxmanı yesin. Onu şeytana buraxmasın. Barmaqlarını yalamadıqca da əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz»
«Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman BİSMİLLƏH deyin. Qurtardığınız zaman ƏLHƏMDULİLLƏH deyin»


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 2 may 2011 20:11
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkur edirem,baciw

--------------------

only-girl

  • 1 aprel 2011 21:01
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Allah razi olun

--------------------

_RONALDO_

  • 14 mart 2011 20:09
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sagol

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 11:02
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol melumata gore

wirinqiz-1988

  • 9 sentyabr 2010 09:07
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
tewekkur edirem,baciw

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 42

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}