Sevgi, Müvəffəqiyyət yoxsa Var-dövlət ?

 
Sevgi, Müvəffəqiyyət yoxsa Var-dövlət ?


Bir qadın evdən çıxırdı ki, qapıda üç qocanın dayandığını gördü. Qadın: “Sizi tanımıram, ancaq hiss edirəm ki, acsınız, bəlkə, evə gələsiniz”, - dedi. Qocalar qadından həyat yoldaşının evdə olub-olmadığını soruşdular. Yoldaşı : “Onlara evdə olduğumu de, qoy gəlsinlər”, - deyə cavab verdi. Qadın qapıya çıxdı və bayırda gözləyən qocaları evə dəvət etdi. Ancaq qocalardan biri: “Biz bir yerə dəvət ediləndə hamımız getmirik”, - dedi. Bu söz qadını təəccübləndirdi. Onun təəccübləndiyini görən qoca: “Biz üç yoldaşıq. Birimizin adı Var-dövlət, birimizinki Müvəffəqiyyət, o birimizinki Sevgidir... İndi get yoldaşınla məsləhətləş. Hansımızı dəvət etmək istəyirsə, qoy bizə bildirsin”, - dedi. Qadın evə gələrək hər şeyi həyat yoldaşına danışdı. Yoldaşı çox sevindi və: “Var-dövləti dəvət edək, qoy evimiz var-dövlətli olsun”, - dedi. Qadın isə: “Bəlkə, Müvəffəqiyyəti dəvət edək?” - deyə təklif etdi. Bu vaxt balaca qızı dedi: “Sevgini dəvət etsək, daha yaxşı olar. Onda evimiz sevgi ilə dolar”. Həyat yoldaşı: “Məncə, qızımızın fikri daha yaxşıdır”, - deyərək qadına Sevgini evə çağırmağı tapşırdı. Qadın qapıya çıxdı və Sevgini evə dəvət etdi. Sevgi qalxdı. Evə yaxınlaşanda o biri dostları da onun arxasınca gəlməyə başladılar. Qadın təəccüblə: “Bəs dediniz biz bir yerə hamımız getmirik ”, - dedi. Sevgi isə cavab verdi: “Əgər siz Var-dövləti və ya Müvəffəqiyyəti dəvət etsəydiniz, onda ikimiz gəlməyəcəkdik. Ancaq siz məni dəvət etdiniz. Harada Sevgi varsa, orada Var-dövlət də, Müvəffəqiyyət də var”...


Geri dön

_RONALDO_

  • 14 may 2011 20:21
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Tewekkur edirem xebere gore maragli idi amma hardasa oxumuwdum bu yazini cox xowuma gelib

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

wirinqiz-1988

  • 9 sentyabr 2010 09:04
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
Harada Sevgi varsa, orada Var-dövlət də, Müvəffəqiyyət də var love

--------------------

Mr_Unlimited

  • 9 sentyabr 2010 01:12
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler KISA)))))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}