İstədiyim oruc

 
İstədiyim oruc

Allahım, bilirəm ki, Səndən istəməyi təqdir edirsən. Bilirəm ki, günahkar bəndələrin Sənə üz tutub bəyəndiyin hər nəyi diləsələr, onu geri əliboş çevirməzsən. Xüsusən bir ayda ki, Sənin peyğəmbər və nəbilərin möhürü olaraq qərar verdiyin sevgili Peyğəmbərimiz (s) buyurmuşdur: “Mübarək Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz”. Allahım, belə bir ayda daha təkidlə istəyəcəyəm Səndən istəməlilərimi.

İstəyirəm mübarək Ramazanın mənəvi menyusundan keyfiyyətlə bolluca qidalanam. Yalnız gözlərimin, qulaqlarımın, ağzımın və digər əzalarımın orucunu deyil, onlardan da öncə zehnimin, təfəkkürümün, düşüncələrimin, hafizəmin, nigarançılıqlarımın, narahatlıqlarımın orucunu istəyirəm Səndən.

İstəyirəm bu mübarək Ramazandan istədiyim namazlara qovuşum. Məni paklayacaq, əməllərimi salehləşdirəcək, nəfsimi cilovlayaraq onu öz idarəmə alacaq namaz istəyirəm Səndən.

İstəyirəm bu orucumda nöqsanlarınımı özüm görüm. Özüm görüm eyblərimi, günahlarımı, çatışmamazlıqlarımı. Allahım, istəyirəm bu mübarək Ramazanda nöqsanlarımdan, eyblərimdən, günahlarımdan, pis nəfsimdən qurtulma tofiqatını mənə nəsib edəsən.

İstəyirəm mənə qəribliyimdən nicat verəcək orucluq nəsib edəsən. Əsl vətənimə, Sənin evin olacaq, nurunla nurlanacaq qəlb vətənimə qovuşduracaq orucluq istəyirəm! Qəlbimi paklayacaq, ruhumu təmizləyəcək, hikmət bulaqlarının gözünü açacaq Ramazan istəyirəm. Cismi sağlamlığımla birgə mənəvi sağlamlığımı mənə gətirəcək orucluq istəyirəm Səndən.

Allahım, Səndən bir orucluq istəyirəm ki, məni qəflətdən oyatsın. Qafil olduğum gözəlliklərdən, qəflətində qaldığım razılıqlarından, bixəbər olduğum ləl-cəvahiratımdan məni xəbərdar et. Allahım, Səndən mənə özümü tanımaq, özümü dəyərləndirmək tofiqatını nəsib etməni istəyirəm. Mənə yalnız fiziki, cismi deyil, həm də mənəvi oruc olmanı nəsib et.

İstəyirəm bu ayda uğursuzlardan olmayım. O uğursuzlardan ki, bu ayının saya gəlməz kamillik imkanlarından istifadə etməmişlər. O uğursuzlardan ki, belə bir aydan bəhrə aparmadan onu başa vururlar. Allahım, bu əziz ayının bəhrəsini Səndən diləyirəm.

Allahım! Əziz və Uca Rəbbim! Mənə mübarək Ramazanda bu istəklərimi ver. Sənə and verirəm bu misilsiz ayın hüzurundakı hörmətinə, fəzilətinə və bərəkətinə. Sənə and verirəm 14 Məsumun (ə) yanındakı məqamına. Ver bu miskin və zəlil dilənçinin diləklərini!

Ver Allahım! Sən istəniləni verənsən, Allahım!


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:30
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

R.M_FaNaTka

  • 4 avqust 2011 21:00
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Narka E-ZaDe

  • 4 avqust 2011 17:47
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 4 avqust 2011 09:31
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
TANRI BİZİ PİS İNSANLARDAN QORUSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Qaranlıqda İşıq

  • 4 avqust 2011 01:42
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
OXUDUM ÇOX GÖZƏL YAZIDI.ALLAH RAZI OLSUN

NİKİ

  • 3 avqust 2011 22:40
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Iriska

  • 3 avqust 2011 21:55
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
Tesekkur ellerine saglik deyerli sozlerdi

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

NELLY19

  • 3 avqust 2011 20:57
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

Мой Мир

  • 3 avqust 2011 20:50
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
Allah tala haminin orucunu qebul elesin amin

tewekkurler

--------------------
∞♥

beyaz melek

  • 3 avqust 2011 20:41
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
EY ALLAHIM MENI VE AILEMI QELBI QARA INSANLARDAN UZAQ EYLE.BU MUBAREK GUNDE CENNETIN QAPILARINI UZUMUZE ACIQ,CEHENNEMIN ODUNDAN UZAQ EYLE AMIN.ORUCUMUZU QEBUL ET.HEMD VE SUKURLER OLSUN SENE.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 56
Cəmi: 78

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 733
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}