İmam Səccadın (ə) əxlaqı barədə

 
İmam Səccadın (ə) əxlaqı barədə

“Rəhman (olan Allahın həqiqi) bəndələri yer (üzün)də “səlama” tərzində /vüqarla və təvazökarlıqla/ yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman “salam” (xoş və yumşaq söz) deyən kəslərdir”. (“Furqan”, 63).

Bəli, bu ayədən də göründüyü kimi, Allahın həqiqi bəndələrinin gözəl sifətləri bəyan edilmişdir. Allahın həqiqi bəndələri haqqında sözlədikləri nişanələrin hamısı Əli ibni Hüseyndə (ə) – İmam Səccadda (ə) var idi. O, zülmət dolu bir dövrdə insanlıq axtaranlar üçün aydın bir çıraq idi. O, öz əxlaq və davranışı ilə yaddan çıxmış cəddinin, atasının risalətini dirçəldirdi. O insanlar ki, nübuvvət əsrindən çox ayrılmışdılar, İslami tərbiyəni öz gözləri ilə görürdülər. Allaha pərəstiş, xoşəxlaqlılıq, haqq yolunda nəfsini sındırmaq, yoxsullara əl tutmaq, bəxşiş verməyi və zahidliyi insanları heyrətə gətirirdi.

Cahiz, Bəni-Haşim haqqında yazdığı kitabda onun haqqında belə buyurmuşdur:
“Amma Əli ibni Hüseyn (ə) haqqında heç kimi görmədim ki, onun fəzilətində şəkk etsin, ya da onun birinci olmağı haqqında söz danışmasın. O, nəinki qohumları, dostları, tanışları ilə gözəl rəftar edirdi, mehribançılığı o dərəcədə idi ki, vəhşi düşmənlərinə belə şəfqətlə yanaşardı. Heyvanlara mərhəmət edərdi”.

Məclisi Seyid ibni Tavusdan, o da İmam Sadiqdən (ə) nəql edir:
“Ramazan ayı gələndə Əli ibni Hüseyn (ə) qulam və kənizlərinin səhvlərini yazardı. Məsələn, filan qulam və ya filan kəniz filan səhv etmişdir. Ramazan ayının axırıncı gecəsində onları çağırıb, günahlarını onlara deyərdi. Məsələn, sən bu cür etmisən, ancaq mən səni tərbiyə etməmişəm. Onlar da deyərdilər ki, düz deyirsən. Sonra özü onların ortasında dayanar və sonra bu sözləri demələrini istəyərdi: “Əli ibni Hüseyn (ə)! Necə ki, sən bizim günahlarımızı yazmısan, sənin Pərvərdigarın da sənin günahlarını yazmışdır. Onun haqq deyən kitabı vardır. Elə bir kiçik və ya böyük günahların yoxdur ki, yazılmasın. Necə ki, bizim günahlarımız sənə aşkardır, sənin etdiyin hər bir günah da Pərvərdigarına aşkardır. Necə ki, Pərvərdigarından bağışlanmanı ümid edirsən, bizi bağışla və səhvlərimizi əfv et. Necə ki, istəyirsən ki, Allah səni əfv etsin, bizi də əfv et ki, Onun rəhmət və əfvini özündə görəsən! Əli ibni Hüseyn (ə)! Öz xarlığını Allah qarşısında yada sal! O Allahı ki, zülm etmir. Əli ibni Hüseyn (ə)! Bağışla! Keç günahlarımızdan ki, Allah da səni bağışlasın. “Məgər Allahın sizi bağışlamasını istəmirsiniz?” (“Nur” 22).

Bu cür deyər və sonra ağlayardı. Onlar da İmamın (ə) dediklərini təkrar edərdilər. Sonra deyərdi: “Pərvərdigara! Bizə buyurmusan, bizə zülm edəni bağışlayaq. Biz belə etmişik və Sən bu işdə bizdən layiqlisən. Buyurmusan ki, istəyəni (dilənçini) qapımızdan qovmayaq. Biz də Sənin evinin qapısının dilənçiləri və istəyənləriyik, qapının ağzında dayanmışıq. Sənin dərgahına girmək istəyirik, ətalarını (bəxşişlərini) gözləyirik. Bizə minnət qoy və məhrum etmə. Çünki Sən bu işdə bizdən layiqlisən. Allahım, bizləri o kəslərdən et ki, onlara ənam vermisən”.

Sonra öz xidmətçilərinə və kənizlərinə deyərdi:
“Mən sizi bağışladım. Siz də mənim sizinlə etdiyim pis rəftarımı bağışlayın? Mən pis rəftar sahibi və zülmkaram. Mənim Malikim isə bağışlayan və yaxşı əməl sahibidir”. Onlar deyərdilər: “Ağa, sən bizimlə pis rəftar etməmisən və biz səni bağışlayırıq”. Buyurardı ki, desinlər: “Allahım, necə ki, Əli ibni Hüseyn (ə) bizi bağışladı, onu bağışla. Necə ki, bizi azad etdi, Sən də onu cəhənnəm atəşindən azad et”. Sonra deyərdilər: “Amin! Gedin, mən sizi bağışlamışam, sizi Allah yolunda azad etmişəm”. Belə ki, o, heç bir xidmətçini bir ildən çox yanında saxlamazdı. Bəzən də il tamam olmamış onu azad edərdi”.

Məclisi öz sənədində nəql edir:
“Əli ibni Hüseyn (ə) bir gün bəndələrdən birinə şallaq vurur. Sonra evə gedib, şallağı gətirir və xidmətçisinə deyir ki, Əli ibni Hüseyni (ə) vur! Xidmətçi qəbul etmir və ona əlli dinar bağışlayır.

Bir gün bir dəstə insan onun məclisində əyləşmişdi. Evin daxilindən fəryad səsləri gəlir. İmam (ə) evə girib, qayıdır və öz yerində sakitcə əyləşir. Orada olanlar soruşurlar: “Nə olmuşdur? Müsibət baş vermişdir?” Buyurur: “Bəli!” Ona başsağlığı verirlər və onun səbrinə heyran olurlar. Onun övladı dünyasını dəyişmişdi. Ondan soruşurlar ki, oğlunuzun ölümünə görə niyə nalə etmirsiniz? İmam buyurur: “Bu elə bir şey idi ki, onu gözləyirdik və çatdığına görə onu pis qarşılamadıq”.

O dövrdə Mədinədə çox sayda böyük fəqihlər yaşayırdılar. İbni Şəhab, Əbu Hazim, Səyid ibni Məsib kimi alimlər Əli ibni Hüseynin (ə) fəzilətini insanlara çatdırırdılar. Səyid ibni Məsib nəql edir: “Əli ibni Hüseyn (ə) – Seyyidil-abidindir. Haşimilərdə ondan fəzilətlisini görməmişəm”. Əbduləziz ibni Xazim də bunu etiraf edir və nəql edir: “Bir gün o zaman Mədinənin xəlifəsi olan Ömər ibni Əbduləzizin məclisində əyləşmişdi və ayağa qalxıb gedəndə Ömər oturanlardan soruşur: “Ən şərəfli insan kimdir?” Oturanlar deyirlər: “Sənsən”. O, deyir: “Xeyr belə deyildir. Ən şərəfli insan o kəsdir ki, indi ayağa qalxıb getdi və insanların hamısı onu çox sevirlər və ondan asılı olmaq istəyirlər. Ancaq o, heç kimdən asılı olmaq istəmir”.

Bu sözlər o insanın sözləri idi ki, Həzrəti (ə) ancaq zahirdən tanıyırdı. Onun mənəvi aləmini və vilayətini dərk etməkdən məhrum idi. Yəni o kəslər ki, Əli ibni Hüseyni (ə) bu qədər tərifləyirdilər, hətta onu İmam (ə) kimi tanımırdılar.

Əli ibni Hüseyn (ə) azad etdiyi kəniz ilə evlənir. Mərvanın oğlu Əbdulmulk bundan xəbər tutur. Bu hərəkəti onun üçün nöqsan hesab edir. Ona məktub yazır ki, niyə belə etmisən? İmam belə cavab verir: “Allah hər bir alçağı İslam ilə ucaltmışdır. Hər bir nöqsanı onun ilə kamil etmişdir. Hər bir alçaqlığı onunla kərim etmişdir. Allahın Rəsulu öz kənizi ilə evlənmişdir”.

Əbdulmulk bu məktubu oxuyanda deyir:
“O şey ki, başqaları üçün məqamlarının alçalmasına səbəb olur, Əli ibni Hüseyn (ə) üçün ucalmağa səbəb olur”.

Bir gün İmam (ə) cüzam xəstələrinin yanından keçirdi, onlar İmama (ə) deyirlər ki, otursun və onlarla yemək yesin. İmam cavab verir: “Əgər oruc olmasaydım sizinlə oturardım”. Evə gələndə yemək bişirtdirir və onlara göndərir, özü də gedir və onlarla yemək yeyir”.

Dilənçiyə sədəqə vermək istəyəndə, əvvəlcə onu öpər və sonra yanında olanları ona verərdi.

Nafə ibni Cəbir bir gün İmama (ə) deyir:
“Sən insanların İmamısan, Zeyd ibni İslamın yanına niyə gedirsən və
onunla oturursan?”. İmam (ə) buyurur: “Elm harada olursa-olsun, ardınca getməlisən”.

Məclisinin hədis kitabında Mənaqibdən nəql edilir:
“Mən o kəsin yanında otururam ki, onunla oturmaq dinim üçün fayda gətirsin”.

O, insanlarla təvazökarlıqla rəftar edərdi və bu da onu insanların gözündə ucaldardı. Əgər düşməni olardısa, çalışardı ki, onu tanımasınlar. Ancaq buna baxmayaraq, şöhrəti o qədər artmışdı ki, günəşin qarşısını gillə almaq olmadığı kimi, xoş ətri bütün insanlara çatırdı.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

R.M_FaNaTka

  • 4 avqust 2011 20:54
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Narka E-ZaDe

  • 4 avqust 2011 17:34
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

AliNikA

  • 4 avqust 2011 12:39
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Sirli Melek

  • 4 avqust 2011 08:59
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

.angela

  • 4 avqust 2011 06:30
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk

beyaz melek

  • 4 avqust 2011 02:04
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
TESEKKURLER ALLAH RAZI OLSUN

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Qaranlıqda İşıq

  • 4 avqust 2011 01:09
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
ALLAH razı olsun

NİKİ

  • 3 avqust 2011 22:13
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Iriska

  • 3 avqust 2011 22:06
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Cox Cox sagol.......

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}