Digər dinlərdə oruc

 
Digər dinlərdə oruc

Bildiyimiz kimi, oruc tutmaq İslamdan öncəki ümmətlərdə də mövcud olub. Lakin bu mubarək əməl müxtəlif dinlərdə fərqli zaman kəsiyində, fərqli şərtlər daxilində və fərqli niyyətlərlə yerinə yetirilmişdir.

Xristianlıqda oruc.

Xristianlıqda tutulan oruclar il ərzində iki yüz günü əhatə edir. Bunların dördü uzunmüddətlidir. Pasxadan əvvəl böyük oruc – 7 həftə, Pyotr orucu - 8-42 gün, Uspensk orucu – iki həftə, mövlud və ya Fillip orucu - 15 noyabrdan yeni ilə qədər. Bundan başqa, birgünlük oruclar da var - çərşənbə və cümə günləri.

Katoliklərdə orucların müddəti daha azdır, amma bir günlük oruclara şənbə də əlavə olunur. Protestantlıqda orucun reqlamentasiyası yoxdur. Amma bəzi konfessiyalarında günlük oruc tutulur, o da hər bir fərdin şəxsi işi kimi. Xristianlıqda oruc kilsənin üçüncü əmridir.

Orucun vaxtı və qaydaları məsələsində xristian məzhəbləri arasında fərqlər var. İyirmi bir yaşı tamam olan adamın oruc tuta biləcəyi deyilir və altmış yaşına qədər tutulur. Bir xristianın pəhriz üçün isə ən azı 14 yaşında olması gərəkdir.

Xristianlıqda orucun iki növü var. Şükran orucu və kilsə orucu. Çərşəmbə, cümə və şənbə günləri, bəzi bayram ərəfələri oruc üçün təşfiq edilir. Pasxa öncəsi iki gün oruc tutmaq da xristianlarda yayılmış bir ənənədir. Hesab edirlər ki, pasxa günü İsa peyğəmbər göyə yüksəlib. Xristian orucu ciddi ola bilər, amma tam aclıq bu oruclarda olmur. Adətən, heyvan mənşəli qidalardan uzaq durur, bitki mənşəli qidalar qəbul edirlər. Bəzi oruclarda balıq və balıq məhsulları yeməyə icazə var. İndikindən fərqli olaraq, qədimlərdə xristianlar bir neçə həftə (qırx günə qədər) hər cür yeməkdən imtina edərdilər. Xristianlıqda inanılır ki, oruc insanı təkcə fiziki cəhətdən təmizləmir, onun biosahəsini də arındırır. Öz iştahını nəzarətə alan adam ruhani cəhətdən də təmizlənir. Xristian ilahiyyatçılarına görə, oruc nuru zülmətdən ayırmaq üçündür. Varlıq kitabında deyilir ki, Tanrı əvvəlcə nuru zülmətdən ayırıb, sonra yaradılışa başlayıb. Buna görə İsa peyğəmbər də qırx gün oruc tutub. Məqsədi bu olub ki, ilahi sözü şeytani sözdən ayıra bilsin. Xristianlar düşünür ki, Tanrı nuru zülmətdən ayıra bilməyən adamın üzərinə mükəlləfiyyət qoymaz.

Musəvilikdə oruc - Yom Kippur.

Tövratda bəzi günlərdə oruc tutulması əmr edilir. Yəhudilikdə oruc nəfsi tərbiyə etmə və bəzən də ağrı-acı çəkmə vasitəsi sayılırkən, bəzən də Tanrıya yaxınlaşma vasitəsi kimi qəbul edilir. Tövrata görə Hz. Musa Tur Dağında 40 gün 40 gecə qalmış və bu zamanı oruc tutaraq keçirmişdir.

Yəhudilikdə oruca uşaqlar 12 yaşından sonra başlayırlar. Yəhudilikdə tutulması gərəkli görülən tək oruc Yom Kippur adi verilən kəffarə orucudur. Kippur peşmanlıq anlamındadır. Yəhudilər bu gündə günahlarından peşman olurlar. Tanrı da onları əfv edir. Yom Kippur Ibranicə “tövbə günü” deməkdir.

Yəhudilərin ən böyük ibadət günlərindən olan Kippur, böyük oruc günü olarak qəbul edilir. Yom Kippur 19 Apreldə başlayır və bir həftə davam edir. Yəhudilikdə Yom Kippurda oruc tutmaq şərtdir. İmsak öncəki axşam günəş batanda başlayır. Həmin gecə və ertəsi gün ilk iki ulduz görünənə qədər yemək-içmək olmaz. Bu zaman təqribən 25 saatdır. Yom Kippur orucunun Hz. Musanın Tanrıdan buyruqlar almaq üçün Tur dağına getdiyində yəhudilərin qızıl bir buzova tapındıqları üçün tutulduğu bildirilir.

Yəhudilər digər fəlakətlərə görə dörd ayrı oruc da ortaya çıxarmışlar. Bəzi yəhudi şərhçiləri bu 4 orucun, başqa dövlətlərin himayəsi altındakı yəhudilər tərəfindən tutulmasının lazım olduğunu, əks təqdirdə lazım olmadığını bildirirlər.

Buddizmdə oruc.

Cənub-şərqi Asiya dinlərindən olan buddizm oruca ən çox əhəmiyyət verən dinlərdəndir. Buddizmə görə nə dünyaya bağlanmaq, nə dəki tərki-dünya olmaq lazımdır. Bu məqsədə çatmaq üçün qoyulan qanunlardan birincisi isə, hər iki ayda bir oruc tutmaq və bu zaman içində cəmiyyət arasında bütün günahlarını etiraf etməkdir. Buddaya görə sonsuz qurtuluşa, yəni Nirvanaya əngəl olan tək şey arzulardır. Qurtuluş ancaq arzuları tərk etməklə əldə oluna bilər. Və arzulardan qurtulmanın birinci və ən praktik yolu da oruc tutmaqdır.

Hinduizmdə oruc.

Hind dinlərindən olan Hinduizmdə oruc nəfsi tərbiyə üçün ilin müəyyən aylarında və günlərində tutulur. İbadət məqsədiylə duaların oxunduğu günlərdə oruc tutmaq gərəkdir. Hinduizmdə oruc əsasən bəzi qidaları yeməmək və bir növ pəhriz şəklindədir.

Daosizmdə oruc.

Şərq mədəniyyətlərinin dinlərindən olan daosizmdə oruc, sağlamlığı qoruma və beləcə də yaşlanmağı gecikdirmə özəlliyi ilə ön plana çıxır. Çinlilər həmçinin, böyük bayram günləri və pisliklərin artdığı dönəmlərdə də özlərini qorumaq üçün oruc tutarlar.

Brahmanizmdə oruc.

Cənubi-Asiya hind dinlərindən olan brahmanizmdə hər ayın 12 və 13-cü günlərində oruc tutmaq bir ənənədir. Brahmanizmdə yaşlılar, xəstələr və uşaqlar belə oruc tutmaqdan azad deyillər. Bəziləri insani istəklərinə qalib gəlmək üçün 15 gün boyunca oruc tuturlar. Bu zaman aralığlında bir qurtum sudan başqa bir şey yeyib-içmələri orucu pozar.

Avropa yerli dinləri: keltlərin oruc tutduğu, qədim Roma və yunanların da
orucu fəlakətlərdən qurtulmaq üçün bir yol olaraq qəbul etdiyi bildirilir.


Geri dön

R.M_FaNaTka

  • 4 avqust 2011 20:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
Tesekkurler

--------------------

Narka E-ZaDe

  • 4 avqust 2011 17:19
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

✰GlaMurKa✰

  • 4 avqust 2011 12:32
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX SAG OLUN

AliNikA

  • 4 avqust 2011 12:23
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

lema

  • 4 avqust 2011 11:37
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
smile ne yaxshiki muselmanam dedim icimden.bu haqqda coox az bilirdim.indi etrafli oyrenmiw oldum.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sirli Melek

  • 4 avqust 2011 08:46
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
BU HAQDA MƏLUMATIM YOX İDİ. TŞK

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

BELLA_SWAN

  • 4 avqust 2011 07:52
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
təşəkkur.

--------------------
VAMPİRE GİRL

.angela

  • 4 avqust 2011 06:13
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk

Ay Üzlü

  • 4 avqust 2011 02:23
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Iriska

  • 4 avqust 2011 01:24
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

KaRola_16

  • 4 avqust 2011 00:51
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI XEBERDIR...

--------------------

YazYamuru

  • 4 avqust 2011 00:34
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeee maraqlidir teki Allah qebul etsin wink

--------------------



RaP_muziC

  • 4 avqust 2011 00:15
  • Məqalə: 8
  • Şərh: 150
  • Bal:
{awards}
♦tsk♦..............

--------------------
™Yupiterden RaP_muziC™

beyaz melek

  • 4 avqust 2011 00:09
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
TESEKKUR EDIREM.BILMIRDIM.SAYENIZDE BILDIM

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

MuslimGirl

  • 3 avqust 2011 23:32
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bunları da bilmək maraqlı idi. Məlumatım yox idi. Təşəkkürlər

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 44

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}