Səbirlisiniz?

 
Səbirlisiniz?

Həyatımız boyunca bəlkə də hər gün ehtiyac duyacağımız bir şey səbirdir... Hətta tək ehtiyac duymaq yox, dinc bir şəkildə yaşamağın da ən böyük açarlarındandır! Bu səbəbdən səbri öyrənməyimiz və həyatımızda tətbiq etməyimiz şərtdir.

Səbir nəyə faydalıdır?

Dayanıqlı olmaq, bir vəziyyət qarşısında sakitliyini itirmədən gözləyə bilmək və səbirli olmaq tutumu həyatımızın hər anı üçün qiymətlidir. Səbir yalnız dinclik və sükunət içində bir həyat sürmənin deyil, müvəffəqiyyətin də açarıdır əslində... İki köklü sözü xatırlamaq kifayətdir: "Hirslə qalxan zərərlə oturar" və "Səbr edən dərviş muradına çatmış"...

Səbirlisiniz?


Səbr etməyi necə öyrənəcəyik?

Səbri öyrənmənin təməlində vəziyyətləri gözümüzdə çox böyütməmək və tələsiyə gətirməmək yatır. Sakitlik bərabərində səbri gətirəcəyindən, təlaş da halıyla səbri bir o qədər uzaqlaşdırar. Ona görə bir şeyləri sürətləndirməkdən bir an əvvəl imtina etməliyik. Yenə bir köklü söz xatırlayaq: "Tələsik işə şeytan qarışar"...

Səbirlisiniz?


Ümumiyyətlə gün içində bizim əlimizdə olmayan səbəblərdən qaynaqlanan əksinə vəziyyətlər qarşısında etməyimiz lazım olan əsas şey hadisəni böyütməmək və dramatikləşdirməməkdir. Nəticədə edəcək bir şey yoxdur, vəziyyət bizim əlinizdə deyil... Dərhal sakit olub hadisəyə müsbət baxımdan baxmağa çalışmalıyıq.
Müsbət baxa bildiyimizdə görəcəyik ki, bəzi şeyləri gözləmənin əslində bizə qatacağı çox müsbət şeylər vardır. Özümüzü əyləndirməyi bildiyimizdə, vaxtın boşa axdığını düşünmədiyimizdə və hər anın dadını çıxarmağı seçdiyimizdə fərqində belə olmadan səbr etmənin ilk addımını atmış belə olacağıq. Unutmayaq ki, bir küçədən yüz dəfə keçdiyimizdə belə yeni bir şey fərq etmə ehtimalımız yüksəkdir. Bu səbəbdən heç bir vaxtı kiçik hesab etməyək, hər boş vaxt bizə kiçicik də olsa, yeni bir şey öyrədəcək.

Səbr etmək üçün də səbr etməliyik...

Bu dəfə də bir İtalyan atalar sözü yada düşür. "Roma bir gündə qurulmadı." Özümüzə zaman tanımağı, səbr etməyi ən gözəl yekunlaşdıran sözlərdən biridir... Səbr etməyə də səbr etmək lazımdır!

Səbirlisiniz?


Edə biləcəyimiz heç bir şeyin olmadığı vəziyyətlərdə...
Ola bilər ki, bəzi vəziyyətlər qarşısında əldən heç bir şey gəlməz. Bu kimi edə biləcəyimiz heç bir şeyin olmadığı vəziyyətlərdə tutduğumuzu buraxa bilərik! Söyləməsi çox çətindir, amma "dünyanın sonu deyil" ki?!
Madam əlimizdən bir şey gəlmir, zehinimizi, bədənimizi, səbrimizi, duyğularımızı başqa bir şeyə istiqamətləndirməliyik. Tutmağı buraxdığımız vəziyyəti də vaxt itkisi olaraq görməməliyik.Ondan dərs aldığımızı və bu dərsin sonrakı vəziyyətlərdə yolumuzu təyin edəcəyini özümüzə xatırlatmalıyıq.
Unutmayaq. "Səbrin sonu salamatlıqdır!"


Geri dön

_RONALDO_

  • 15 mart 2011 14:04
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Təşəkkürlər

--------------------

_RONALDO_

  • 14 mart 2011 20:07
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
cox sagol

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:51
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
bele de cox da yox:)))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 64

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}