Sənindir?

 
Sənindir?


Mənimdir-deyə biləcək nələrə sahibsiniz?

Bəzən insanın o qədər sahiblənmək istəyi olarki...Eqoistcəsinə MƏNİMDİR deyə düşüncələri...

Bu həyatda nədir sənin olan?

Qazandığın bir uğur? Məqsədinlə addımladığın, hər gün səylə çalışdığın və nəticəsi ilə fəxr etdiyin o uğur...Bəli,bax o Sənindir.


Sevdiyin bir əşya. Bəyəndin? Seçdin, pulunu ödədin, aldın və o sənindir..

Sevdiyin bir yemək. Dadını bildiyin, xoşladığın... İstədin, bişirdin. O da sənindir...

Vicdanın rahatmı? İncitmirmi ürəyini? Bax vicdanın da sənindir...

Sahiblənə bildiyin bütün cansız əşyalar, sənindir... Sən istədin, məqsəd qoydun, əldə etdin. Sənindir...

Gözlərin-Sənindir. Lakin gördüyün hər şey sənin deyildir...

Ürəyin sənindir. Hisslərin sənindir.. Amma hisslərini duyduğun insan Sənin deyildir.

Hər nə qədər sevgin böyük olsada, hər nə qədər ürəyin sevgi ilə çırpınsada, hər nə qədər o sevgi ilə yaşasanda, hər nə qədər əzablarını sübut gətirərək MƏNİMDİR demək istəsəndə...

Çox heyif,bax o sənin deyil artıq...BU həyatda sahiblənə bilmədiyin tək varlıq İNSANDIR.


Kiməsə sonsuz sevgi duya bilərsən,amma bu sevgin,səni sevdirməyə bir səbəb deyildir.

Sonsuz sevginlə MƏNİMDİR,MƏNİM OLACAQ, desəndə, sevgiyə tələblə sahiblənə bilmərsən... Sevdiyinə sahiblənə bilmərsən. Çünki O bir insandır... Canlı insan... Heç kimə məxsus olmayan bir insan...

Bir tək Valideynlərdən başqa...”MƏNİM BALAM” işlətdikləri ifadə, həqiqətən də sahibləndiklərindən irəli gəlir...

Cansız əşyalar bir istəyinlə sənin ola bilər. Lakin ürək döyünən varlıqları məcburən, qorxuzaraq, mənimsən, mənim olmalısan deyə ifadələrlə sahiblənmək olmaz...


Sənindir?


Geri dön

_RONALDO_

  • 15 mart 2011 14:04
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Təşəkkürlər

--------------------

_RONALDO_

  • 14 mart 2011 20:07
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sagol

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked winked

Kisa_Kiss

  • 9 sentyabr 2010 12:53
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
love спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}