Ağla nəfsim

 
Ağla nəfsim

Ağla bu gecə ey nəfsim. Ağlayacaq nə üzün, nəyin var ki? Ağalamağa səbəb axtaran nəfsim ağla!
Ağla ki, bir zamanlar hər şeyə vaxt tapdığın zaman namaz üçün tapmadın.
Ağla bu gecə ey nəfsim, hər gün 10 saat kef çəkib, gecələri yatdığın zamanlar üçün ağla. O zamanlar ki, bağışlanmağı bir an da olsun belə diləmədin ey nəfsim. Neçə ürəkləri qırdın, neçə pisliklər etdin. Bunlar üçün ağla ey nəfsim!
Ağla ey nəfsim. Ona görə ki, yoldaşına namaz nədir deyə anladıb, özündə azdın. Atan-anan və övladlarına nümünə ola bilmədin. Bunlar üçün ağla ey nəfsim! Və ona görə ki, ağla "Cənnət onların rizası üçündür" deyərək valideyinlərimizi uca tutan peyğəmbərimizin sözlərinə əməl etmədiyin üçün ağla. Onları incidib haqqına girdiyin üçün ağla ey nəfsim!
Ağla ey nəfsim! Əlinə telefon götürdüyün qədərin cuzisi qədər Quranı götürmədiyin üçün ağla. Saatlar televizor izləyib, naməhrəmlərə baxdığın halda Qurana tərəf baxmadığın üçün ağla ey nəfsim. Və ona görə ağla ki, ölüm haqq olduğu zaman onu düşünmədin ey nəfsim!
Bu gecə ağla nəfsim! Ona görə ki, pullarıvın sayı ilə öyündüyün zaman namazınla, orucunla heç öyünmədin ey nəfsim, ağla... Peyğəmbərimizin heç bir günahı olmadığı halda dəfələrə hər gecə ALLAHdan bağışlanma dilədiyi halda sən heç dilinə belə gətirmədin ey nəfsim. Ağla bunlara ağla...
Ağla ey nəfsim! Ona ağla ki, etdiyin qeybətlər, söyüşlər qədər ayələrə oxumadığına ağla ey nəfsim. Göz önündə neçə-neçə şikəstlər, kasıblar gördüyün halda öz halına ALLAHa şükür edib, zəkat vermədiyin üçün ağla ey nəfsim...
Ağla nəfsim ağla... Deyirlər ALLAH çox mərhəmətlidir. Ona açılan əlləri, ondan dilənən tövbələri geri qaytarıb, əvəzsiz qoymaz. Sən nə qədər nankor olub Rəbbini tərk edib uzaqlaşsan belə, Rəbbin bir o qədər sənə yaxın gələr, O səni atmaz.
Gəl ey nəfsim. Ağlaya-ağla dualar edib, tövbələr diləyək. Bütün gecə Quran oxuyub, Allahın şəninə təriflər deyək.
Və ey nəfsim! Unutma ki, yolumuz uzaq, tədarükümüz isə çox azdır, çox. Bir gün gələcək. O haqq dediyin ölüm mütləq gələcək...



Geri dön

_RONALDO_

  • 10 mart 2011 18:03
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tewekkur edirem coooox sagolun

--------------------

only-girl

  • 6 yanvar 2011 18:28
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Təşəkkür winked

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
aglamaa:((cox sagol baciw gozle yaziya gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}