Lahmacun + Ayran

 
Lahmacun + Ayran

Aranızda lahmacunu xoşlamayan var? Mən şəxsən çox xoşlayıram. Hələ yanında buz kimi soyuq ayran olanda, heç özümü saxlaya bilmirəm. İlk dəfə lahmacunu deyəsən tələbəlik illərim vaxtı yemişdim, dadı damağımda qalmışdı. O vaxtlar, yəni 90-cı ilin ortaları lahmacun təzə-təzə məşhurlaşmağa başlayırdı. İndi isə onu Azərbaycanda tanımayan az olar. Əsl lahmacun kürədə bişirilir, və belə lahmacunun özünəməxsus dadı olur, elə bütün kürədə bişən çörəklər kimi. Burada mənim üçün kürəni sobam əvəz edir. Lahmacunum heç də pis alınmır. Sizə də nuş olsun. Və ya Türkcə desək - Afiyət Olsun!
LAHMACUN

Resept kiçik dəyişikliklər etməklə Özcan Özanın - The Sultan’s Kitchen: A Turkish Cookbook - kitabından götürülmüşdü.
8 ədəd lahmacun üçün

Xəmiri Üçün:

1 xörək qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
1 3/4 stəkan ilıq su
4 stəkan əla növ un
2 çay qaşığı duz

Üstü Uçün:

225 q çəkilmiş qoyun əti
1 ədəd kiçik soğan - xırda-xırda doğranmış (1/2 stəkan)
3 ədəd yetişmiş pomidor - qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1stəkan)
3/4 stəkan xırda-xırda doğranmış cəfəri
3 diş xırda-xırda doğranmış sarımsaq
1 xörək qaşığı acı qırmızı bibər tozu
2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika)
duz
4 xörək qaşığı soyuq su

Süfrəyə Vermək Üçün:

cəfəri
limon
ayran (resept aşağıda)
Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1 1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın.
Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün. 1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.
İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun.
Sobanı 230Cdək qızdırın. İri dəyaz formanı tərs çevirin (şəkilə bax) və üstünü bir az unlayın. Kənara qoyun.
Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər.
Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir.
Bu da mənim ayran reseptim.
AYRAN
4 stəkan qatıq
4 stəkan soyuq su
duz
Ərzaqları üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın.
NUŞ OLSUN


Geri dön

JASSMINN

  • 8 noyabr 2011 12:39
  • Məqalə: 0
  • Şərh: 244
  • Bal:
ayyy agzim sulandi

STYLE GIRL

  • 30 sentyabr 2011 19:55
  • Məqalə: 4
  • Şərh: 118
  • Bal:
{awards}
Nam nam

Мой Мир

  • 4 avqust 2011 23:24
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
axsam axsam adam yemek isteyire lap ummmmmmmmmmmm

--------------------
∞♥

NİKİ

  • 4 avqust 2011 22:11
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

R.M_FaNaTka

  • 4 avqust 2011 20:38
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Tesekkurler

--------------------

jalicka

  • 4 avqust 2011 18:00
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
DİLİ,
Ayan_23,
ele biz men bu xeberi qoydumki ramazanda bisirib yeyersiz oftardan sora no

Narka E-ZaDe

  • 4 avqust 2011 16:52
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore sagol baciw lezzetli gorunur... love

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 4 avqust 2011 16:51
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
bu nedi ramazanda bizi wiwirdirsiz.tewekkurler yenede xebere gore

beyaz melek

  • 4 avqust 2011 16:42
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
TESEKKURLERRR wink

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Iriska

  • 4 avqust 2011 16:38
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkur edirem acili lahmacunu cox sevirem

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Sirli Melek

  • 4 avqust 2011 15:54
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
CƏMİ 1 DƏFƏ YEMİŞƏM, ONDADA BƏYƏNMƏMİŞƏM

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

★Azerbaijan girl★

  • 4 avqust 2011 15:34
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
nyam nyam nyam tskler

_LUNA_

  • 4 avqust 2011 15:24
  • Məqalə: 1
  • Şərh: 227
  • Bal:
{awards}
cox sagolun

_DreaM_

  • 4 avqust 2011 15:23
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
calisacam eliyim))) ellerinize saglik tesekkurler...

--------------------

AliNikA

  • 4 avqust 2011 15:17
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
tesekkurler!

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

Ayan_23

  • 4 avqust 2011 15:11
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
tewekurler inwAllah Ramazandan sonra prob eliyerik

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}