Elektron məktublar tarixə qovuşur?

 
Elektron məktublar tarixə qovuşur?


1970-ci illərdə kəşf olunmuş, 1990-cı illərdə qlobal miqyasda istifadə olunmağa başlamış elektron məktublar (e-mail) artıq yeni nəsillər tərəfindən tərk edilir.


1970-ci illərdə kəşf olunmuş, 1990-cı illərdə qlobal miqyasda istifadə olunmağa başlamış elektron məktublar (e-mail) artıq yeni nəsillər tərəfindən tərk edilir. Başqa sözlə desək, gənclər “e-mail”lərdən daha az istifadə etməyə başlayıblar. Onlar “e-mail” əvəzinə, sosial şəbəkələrə üstünlük verirlər.

Fransanın “La Tribune” qəzetində dərc olunmuş bir araşdırmada qeyd olunub ki, “spam” (arzu edilməyən məktub), virus və troyan (gizli virus) səbəbindən insanlar, xüsusilə də, gənclər “e-mail”dən uzaqlaşırlar. ABŞ və Fransadakı monitorinqlər uşaq və gənclərin “Feysbuk” (Facebook) və “Tvitter” (Twitter) kimi sosial şəbəkələrə daha çox üstünlük verdiklərini üzə çıxarır.

Qəzet “Komskor” (Comscore) şirkətinin ABŞ-da keçirdiyi sorğuya istinadən yazıb ki, “Gmail”, “Yahoo” və “Hotmail” kimi dünyanın nəhəng “e-mail” firmalarından istifadə halları 2009-cu ilin noyabrından 2011-ci ilin may ayınadək 4,1 faiz azalıb. “Yahoo” və “Hotmail”in Fransadakı istifadəsi isə il ərzində 10-16 faiz azalır.

“E-mail” firmalarının gəlirlərinin azalması da bunun göstəricisidir. “Yahoo”un bu ilin ikinci rübü üçün açıqladığı rəqəm 1,1 milyard dollar olub. Halbuki ötən ilin müvafiq dövründə firma 1,13 milyard dollar gəlir əldə etmişdi. Bu sahənin mütəxəssislərinin fikrincə, yaxın gələcəkdə sosial şəbəkələrin reklam gəlirləri “e-mail” firmalarını xeyli üstələyəcək.

“E-mail”dən imtina hallarını stimullaşdıran başqa faktorlar da var. Məsələn, dünya miqyasında fəaliyyət göstərən şirkətlərdə işləyən orta və yüksək vəzifəli işçilər həftə ərzində ortalama olaraq 20 saat vaxtlarını “e-mail” oxumağa sərf edirlər. Ona görə də “e-mail” oxumaq və onu cavablandırmaq çox vaxt alan fəaliyyət kimi qiymətləndirilir.

Bütün bunlara baxmayaraq, mütəxəssislər düşünürlər ki, “e-mail”lər hələ uzun müddət istifadədə olacaq. Ancaq “e-mail” sektorunda müəyyən təkmilləşmələrin aparılacağı istisna olunmur. Bu təkmilləşmələrin mobil telefon, xüsusilə də, “smartfon” sektoru ilə uzlaşdırılacağı gözlənilir. Təkcə ABŞ-da 43 milyondan çox “smartfon” istifadəçisi var. Bu insanların hamısı öz “e-mail”lərini mobil telefonla idarə edirlər. 2014-cü ildə dünyada “smartfon” istifadəçilərinin sayının 1 milyardı keçəcəyi gözlənilir.

Sonda bir maraqlı statistikanı da diqqətinizə çatdıraq. Son statistikaya görə, dünyada internet istifadəçilərinin sayı 3,1 milyardı keçib. Hər gün ortalama olaraq 349 milyard “e-mail” göndərilir və ya qəbul olunur. Bu “e-mail”lərin 90 faizini isə reklam və ya virus məzmunlu “spam”lar təşkil edir.


Geri dön

mirkamal97

  • 11 avqust 2011 07:20
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

NİKİ

  • 4 avqust 2011 21:22
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

R.M_FaNaTka

  • 4 avqust 2011 20:32
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Nice Angel

  • 4 avqust 2011 20:06
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
xebere gore twk

Narka E-ZaDe

  • 4 avqust 2011 17:55
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_LUNA_

  • 4 avqust 2011 17:46
  • Məqalə: 1
  • Şərh: 227
  • Bal:
{awards}
tesekkurler xebere gore smile

Sirli Melek

  • 4 avqust 2011 17:36
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
mənim ƏVVƏLKİ MƏKTUBLAR XOŞUMA GƏLİR. POÇTALYON GƏTİRƏRDİ)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ay Üzlü

  • 4 avqust 2011 17:34
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}