Sevgi Hekayəsi

 
Sevgi Hekayəsi

Səhər oyananda mədəsində bir yanğı hiss etdi. Yanğının səbəbi axşam yediyi yox, bu gün edəcəyinin ağlına gəlməsi idi.Bu gün iki illik sevgisinə son qoyacaqdı. Əslində bunu etməkdə gecikmişdi... "bitməlidir" - dedi içindən. "Hər gün bu dadsız oyanma bitməlidir". Gənc oğlan bunları düsündükcə sifəti şəkildən şəkilə düşürdü. O cəld geyinərək çölə çıxdı. Bu günə qədər onu heç vaxt gözlətməmişdi, indi də gözlətməməliydi. Küləkli və yağışlı sentyabr səhəri idi..."Danışdıqları yerə çatdı. Bir neçə dəqiqə gözlədikdən sonra sevgilisini gördü. Indi mədəsindəki ağrı daha da artmışdı. Yol boyu susurdular. Gənc qız sevgilisinin bu halını başa düşmürdü. Hardan biləcəkdi ki, bu gün ayrılıq zəngləri çalınacaq.Parkda bir kafedə oturdular. Gənc qız başa düşdü ki, sevgilisi ona nəsə demək istəyir. "Mənə nəsə söyləmək istəyirsən?" – soruşdu. Gənc oğlan içini çəkdikdən sonra "bəli...", - dedi. Gənc qız həyəcanlanmışdı, bir az da əsəbləşərək, "nə gözləyirsən, söylə də" – dedi. Gənc oğlan "səncə, biz nə vaxtadək bir yerdə olacağıq?"- deyə soruşdu. Gənc qız "bunu soruşma səbəbini anlamadım?" – deyə cavab verdi. Gənc oğlan sözə başladı.

Sevgi Hekayəsi

Bir neçə ay əvvəl, gecə saat 11-də zəng edib sənə yazdığım şeiri oxumaq istəmişdim. Sənsə mənə "indi vaxtı deyil, işin gücün yoxdur?" demişdin. Bilirsən, o vaxt özümü lazımsız hiss etdim. Üzr istəyib dəstəyi yerə qoydum. Daha sonra bu şeiri məndən istəmədin... Xəstə olub yatağa düşəndə dostlarımla birgə sən də məni görməyə gəlmişdin. Onların "sən bəxtəvərsən, sevgilin sənə baxar" sözünə, "işim yoxdur məgər, sənə baxacam, anan gəlib baxar" demişdin. Yadına düşdümü? Gənc qız "bilirsən, mən hissiyata qapılmağı sevmirəm. Həm də xəstəyə də qulluq edənə oxşamıram" –dedi. Gənc oğlan güldü: "bəli, canım, haqlısan. Heç istəsəndə bu ürəyinlə xəstə baxıcısı ola bilməzsən". Oğlan davam etdi..."mənə bu vaxta qədər neçə dəfə sevgi mesajları yazmısan?... mən deyim”hec vaxt”. Hətta elə gün olub ki, heç yazmamısan. Həssas olmaya bilərsən, ancaq sən səni sevən insanları xoşbəxt etməyidə sevmirsən. Halbuki, mən tam əksinə, özümdən çox insanları xoşbəxt etməyi sevirəm. Səninlə mən ağla qara kimiyik..."


Sevgi Hekayəsi

Gənc qız başa düşmüşdü:"mənim şair olmağımı istəyirsən?". Gənc oğlan yenə içindən gülümsədi.Dünən gecə verdiyi ayrılıq qərarının nə qədər düzgün olduğunu düşündü. "xeyr" – dedi. "şair olmağını istəmirəm. olmazsan da... biz ayrılmalıyıq. Ayrılmaq hər ikimiz üçündə yaxşı olar". Gənc qız çaşıb qalmışdı:Axı, niyə? Mən səni sevirəm. Sənində məni sevdiyini bilirdim." Gənc oğlan içini çəkərək: "xeyr, canım, sən məni sevdiyini zənn edirsən. Əgər məni sevsəydin, indi başqa cür danışardın" – dedi. Gənc qızın gözləri yaşarmışdı. Oğlan ona cibindən bir dəsmal çıxarıb uzatdı. Qız göz yaşlarını silərək: "yəqin ki, məni bir başqasına görə atmırsan..." – dedi. Oğlan: "bunu necə düşünə bilərsən? Səndən başqa həyatımda heç kəs olmayıb, uzun müddətdə olacağını sanmıram." - dedi. Onlar iki sevgili kimi oturduqları kafedə indi elə bil yad idilər. Bir neçə dəqiqə dinməzcə oturduqdan sonra gənc qız dedi: "istəyirsən gedək?". Oğlan: "mən bir az oturacam. Sən get" – dedi. Qız: "yaxşı,sənə xoşbəxtlik arzulayıram" deyərək, əlini uzatdı. Onun səsi və əlləri titrəyirdi. Oğlan: "istəsən dost ola bilərik", - dedi ve son dəfə qucaqlaşdılar. Gənc oğlan düz addım atdığına inanırdı.

Sevgi Hekayəsi

Axşam evə yorğun qayıtdı. Sabah erkəndən işdə olmalıydı, ona görə də yatmağa çalışırdı. Bir neçə saatdan sonra yuxuya getdi. Səhər 7-də saatın zənginə oyandı. Evdən çıxanda əl telefonuna baxdı. Mesaj və 10 cavabsız zəng vardı. Yorğun olduğu üçün zəng səsini eşitməmişdi. Zənglər və mesaj sevgilisindən idi.Həyəcanla mesajı açdı. Bunlar yazılmışdı:"Sadəcə, onları sevməyi sevdim,Hamısını onlarsız yaşasam da,Bir səni sənsiz yaşaya bilmirəm,Bu eşqi tək qəlbdə daşıya bilmirəm, səni əmin edirəm,gözəl gözlüm, bir tək səni sevdiyimə.Səni sevərək öləcəyəm,əlvida, sevgilim..."gənc oğlan çaşıb qalmışdı. Onu tanıdığından bəri ilk dəfə belə mesaj alırdı, özüdə səhər saat 5-də yazmışdı. Həyəcanla ona zəng etdi, zəngə yad səs cavab verdi. "Sevda ilə danışa bilərəmmi?" – dedi. Amma, qarşıdaki ağlayırdı, həm də hıçqıra-hıçqıra... "mən onun anasıyam,oğlum. Qızım bu səhər intihar edib. Gecə səhərə qədər kiminsə telefon nömrəsini yığıb. Səhər otagının işığını sönməmiş görüncə girdim. Balam özünü asmışdı..."gənc oğlan beynindən vurulmuşa döndü. Yerində yıxılıb qaldı.

Sevgi Hekayəsi


Bir neçə aydan sonra iki həkim xəstəxanada söhbət edirdilər. Biri digərindən qarşıdakı xəstənin vəziyyətini soruşdu. Həkim: "hə, onu 3 ay əvvəl gətiriblər. Onun üzündən bir qız intihar edib. O gündən bəri əl telefonunu əlindən yerə qoymur. Mesajlar yazıb kiməsə yollayır... ötən gün marağımdan o yuxudaykən mesaj göndərdiyi nömrəni yığdım.Nömrə 3 ay əvvəl ləğv edilib. Gələn mesajlarda bir şeir var. Başa düşdüm ki, şeiri yazan adam çox hessas adam olub.


Geri dön

sevgi meleyim

  • 7 sentyabr 2011 11:05
  • Məqalə: 25
  • Şərh: 1625
  • Bal:
xebere gore tesekkur

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

Miss Lady

  • 6 avqust 2011 06:14
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
offfffffffffffffffffffffffff ooooooooooooooooooooooof recourse

lobya

  • 5 avqust 2011 18:08
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
tewekkurler maraqli aforizmlerdi[s][/s]

MiLeyla

  • 5 avqust 2011 13:24
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
BU HEKAYENIN MP3 VARIANTI MENDE VAR,AMA YENEDE OXUDUM.VE YENEDE ILK GUN OXUDUGUM KIMI KOVRELDIM.MENDE HEKAYEDEKI QIZ KIMI HEC VAXT OZ HISS ETDIKLERIMI DEYE BILMIREM.KAW SEVENLER HEQIQETEN HEKAYELERDE DEYILDIYI KIMI YALNIZ GOZLERINE BAXARAQ NE HISS ETDIKLERINI BAWA DUWE BILSEYDILER. ELLERINIZE SAGLIQ.HEDSIZ TEWEKKURLER sad

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Sirli Melek

  • 5 avqust 2011 09:24
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
OXUDUM, KƏDƏRLƏNDİM((((
AMMA QIZ GƏRƏK VAXTINDA SEVGİSİNİ BİLDİRƏRDİ. SEVGİNİ VAXTINDA YAŞAMAQ LAZIMDI. ÖZÜNƏ QƏSD ACİZLİKDİR!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Мой Мир

  • 4 avqust 2011 23:10
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
baqisla ama bunu oxusam vallah sabah acilar ama gozel hekayeye benzeyir tewekkurlerrrrr

--------------------
∞♥

ŞƏHLA

  • 4 avqust 2011 21:30
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR...

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

_DreaM_

  • 4 avqust 2011 21:25
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
bu hekayenin mende mp3u var insallah xeber kimi qoyacam..tesekkurler..oxumusam...

--------------------

NİKİ

  • 4 avqust 2011 21:13
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

daha_meni_axdarma

  • 4 avqust 2011 21:04
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
men sevgiye inan miram ona gorede oxumaqma deymez

Iriska

  • 4 avqust 2011 20:41
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkurler men bunun mp3 versiyasini esitmisdim

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

R.M_FaNaTka

  • 4 avqust 2011 20:27
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

Ay Üzlü

  • 4 avqust 2011 20:26
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

qonce

  • 4 avqust 2011 20:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur MARLINIM,canim ela xeber idi super hekaye idi....

★Azerbaijan girl★

  • 4 avqust 2011 20:01
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tesekkurler edirem coox maraqli idi.qemlendim lap

Narka E-ZaDe

  • 4 avqust 2011 20:01
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Nice Angel

  • 4 avqust 2011 19:52
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}