Yer səthinin istiləşməsi şimal qütbündə buzlaqların əriməsinə səbəb olub.
APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, şimal
qütbündə buzların əriməsi nəticəsində Rusiya yeni ticarət yollarının açıldığını bildirib.
Rusiya İqlim İzləmə Xidmətindən verilən açıqlamada bildirilib ki, Şimal Qütbündə
bu yay buzların rekord səviyyədə əriməsi nəticəsində Asiya ilə Qərb ölkələri
arasında yeni ticari əlaqələr mümkün olacaq.
Şimal qütbündə buzların bu dərəcədə əriməsi ilk dəfə 1936-cı ildə baş verib.
Qeyd edək ki, şimal qütbündə əbədi buzlaqların yaxın illərdə əriyəcəyi barədə
elmi proqnozlar 1999-cu ildə səslənmiş və Rusiyada çıxan jurnallarda
bu barədə geniş materiallar getmişdi. Qlobal istiləşmə ilə
bağlı yaranacağı bildirilən bu problemin ekoloji fəlakətə səbəb olacağı bildirilirdi.
Heç demə, buzlaqların əriməsi yeni ticarət yollarının açılmasına rəvac
verə bilərmiş. Necə deyərlər, hər işdə bir xeyir var...