Zeynəlabidin Tağıyev haqqında bilmədiklərimiz

 
Zeynəlabidin Tağıyev haqqında bilmədiklərimiz

Görkəmli ictimai xadim və xeyriyyəçi, neft milyonçusu Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində anadan olmuşdur. On yaşına çatanda atası onu bir bənnanın yanında palçıq daşımağa düzəldir. 12 yaşına çatanda artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra podratçılıqla məşğul olmağa başlayır.

1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və əmələlər tutur, buruq qurdurub başlayır quyu qazdırmağa. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümüdlərini itirir – öz paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da ağır gedir. Hacı darıxmır, tək-tənha məşəqqətə dözür.

Nəhayət, quyu gözlənilmədən fontan vurur.
Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev.

Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu kaşanənin hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyatinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biridir. Layihənin müəllifi Qoslavski əsasən Avropa order memarlıq üslubundan istifadə edib, fərdi kompozisiya yaradıb (Azərbaycan tarixi muzeyi).

Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Hacı Zeynalabdina müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Fizuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) düstaqxana üçün verir.

1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir.

Qız məktəbin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik
üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.


Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqlabından sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur.

Tağıyev Sovet hökumətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında
1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 86 yaşında vəfat etmiş və sentyabırın 4-də dəfn edilmişdir.


Geri dön

Sirli Melek

  • 5 avqust 2011 09:36
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
YAXŞI İNSAN OLUB. ALLAH RƏHMƏT ELƏSİN.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

daha_meni_axdarma

  • 4 avqust 2011 21:21
  • Məqalə: 0
  • Şərh: 303
  • Bal:
{awards}
tewekkurller

NİKİ

  • 4 avqust 2011 21:16
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Iriska

  • 4 avqust 2011 21:12
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
Tesekkur edirem hamimizin bildiyine gore xeyriyyeci olub

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Ay Üzlü

  • 4 avqust 2011 20:30
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler hem xebere gore hemde tariximizi unutmayib xatirlatdiginiza gore

R.M_FaNaTka

  • 4 avqust 2011 20:29
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twk

--------------------

qonce

  • 4 avqust 2011 20:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,bilmediklerimi de siz mene catdirdiniz,minnetdaram!

★Azerbaijan girl★

  • 4 avqust 2011 20:10
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
cox istiyirem bu kisini ..tskler

Nice Angel

  • 4 avqust 2011 19:54
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
xebere gore twk

KaRola_16

  • 4 avqust 2011 19:39
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MARAQLI XEBERDIR...

--------------------

Narka E-ZaDe

  • 4 avqust 2011 19:35
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
ilk werh menden twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 24
Cəmi: 38

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 719
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}