Orucla bağlı şəriət qaydaları

 
Orucla bağlı şəriət qaydaları

Bütün yetkinlik yaşına çatanlara hər il ramazan ayını oruc tutmaq vacibdir. İnsanın Allah-taalanın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından qüruba qədər orucu batil edən şeylərdən çəkinməsinə oruc deyilir. Oruc ibadətlərdəndir və niyyətlə icra edilməsi lazımdır. Niyyətin dilə gətirilməsi və yaxud qəlbdən keçirilməsi zəruri deyil. Əgər Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğribə qədər orucu batil edən işlərdən çəkinsən kafidir. Ehtiyat üçün, bu zamanın hamısında oruc olduğunu yəqin etməkdən ötrü bir az sübh azanından qabaq, həmçinin bir az da qürubdan sonra orucu batil edən işlərdən çəkinmək yaxşıdır.
Mübarək ramazan aynının gecələrində sabahkı günün orucu üçün niyyət etmək kafidir. Lakin, birinci gecədə bundan əlavə, bir ayın orucunu niyyət etməsi yaxşıdır.
Niyyətin müəyyən vaxtı yoxdur. İnsan sübh azanına qədər istədiyi vaxtda niyyət etsə, kafidir. Obaşdana durduğu zaman ondan, "Məqsədin nədir?” deyə sual edildikdə "Oruc tutmaq istəyirəm” desə, kafidir.

Orucla bağlı şəriət qaydaları

Bütün gün uzunu müstəhəb orucun niyyətini etmək olar. Hətta qüruba az bir vaxt qalmış olsa belə, orucu batil edən şeyləri yerinə yetirməyibsə, müstəhəb oruc niyyəti edə bilər və onun orucu düzgündür. Əgər ramazan ayında niyyəti unutsa və zöhr azanından qabaq yadına düşsə, tez niyyət etməlidir və orucu batil edən şeyləri yerinə yetirməyibsə, orucu düzgündür. Lakin, zöhrdən sonra niyyət etsə, (orucu) düzgün deyil.
Ramazan aynının oruclarından başqa, oruc tutmaq istəyən şəxs onu müəyyən etməlidir. Məsələn, qəza, yaxud nəzir orucu tutduğunu niyyət etməlidir. Lakin ramazan ayında sabah oruc tutacağını niyyət etsə, kafidir. Əgər ramazan ayının olmasını bilməsə və yaxud bilib unutsa və ayrı orucu niyyət etsə, ramazan ayının orucundan hesab olunar. Lakin, bilərəkdən ramazan ayında başqa orucu niyyəti etsə (ramazan ayında başqa oruc tutmağın düzgün olmadığını bildiyi halda), onun orucu batildir. Yəni, nə ramazan, nə də ayrı (orucdan) hesab olmaz.

Orucla bağlı şəriət qaydaları

Niyyət halında birinci, ikinci və s. günlərin orucunu tutduğunu müəyyən etməsi lazım deyil. Hətta, əgər günü müəyyən etsə, məsələn, "ayın ikinci gününün orucunu tuturam” desə və sonra məlum olsa ki, üçüncü gündür, onun orucu düzgündür.
Əgər sübh azanından qabaq oruc niyyəti etsə və sonra huşdan getsə, ya məst olsa və gün ərzində huşa gəlsə, heç bir xilaf iş görmədiyi halda, vacib ehtiyata görə, o günün orucunu tamamlamalı və qəzasını da yerinə yetirməlidir.
Əgər ramazan ayı olduğunu bilmədiyindən, yaxud unutduğundan oruc tutmasa və zöhr namazından sonra, yaxud zöhrdən qabaq iftar etmiş halda xəbər tutsa, ramazan ayına ehtiram edərək qüruba qədər orucu batil edən şeylərdən pəhriz etməli və ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır. Sübh azanından qabaq həddi-büluğa çatan uşaq oruc tutmalıdır. Əgər azandan sonra həddi-büluğa çatsa və orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalı və sonra qəzasını da yerinə yetirməlidir.

Orucla bağlı şəriət qaydaları

Ramazan ayının və yaxud başqa vacib orucun qəzası boynunda olan şəxsin müstəhəb oruc tutması caiz deyil. Əgər unutqanlıq üzündən müstəhəb oruc tutsa və zöhrdən qabaq yadına düşsə, niyyətini vacib orucla əvəz edə bilər. Lakin, zöhrdən sonra yadına düşsə, orucu batildir.
Ölü bir şəxsin orucunu tutmaq üçün əcir olan şəxs özü üçün müstəhəb oruc tuta bilər.
Mübarək ayın orucundan başqa bir oruc insana vacib olsa, məsələn, müəyyən bir gündə oruc tutmağı nəzir edibsə, əgər bilərəkdən sübh azanına qədər niyyət etməsə, orucu batildir lakin, bunu unutsa və zöhrdən qabaq yadına düşsə, niyyət edə bilər.
Əgər müəyyən olmayan vacib oruc boynunda varsa (ramazan ayının qəza orucu və yaxud kəffarə kimi) zöhrə qədər niyyət edə bilər. Yəni, orucu batil edən şeyləri yerinə yetirmədiyi halda, zöhrdən qabaq niyyət etsə, orucu düzgündür.

Orucla bağlı şəriət qaydaları

Əgər ramazan ayında, zöhrdən qabaq kafir bir şəxs müsəlman olsa və bu vaxta qədər orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalıdır və qəzası da yoxdur. Habelə, zöhrdən qabaq sağalan xəstə orucu batil edən şeyləri yerinə yetirməyibsə, oruc niyyəti etməli və ehtiyat üçün qəzasını da yerinə yetirməlidir. Əgər, zöhrdən sonra sağalsa, həmin günün orucu vacib deyil, sonra yalnız qəzasını tutmalıdır. Yəvmuş-şəkdə, yəni insanın tərddüd etdiyi gün - şaban ayının axırı və ya ramazan ayının ilk günü oruc tutmaq vacib deyil. Əgər (yəvmuş-şəkdə) oruc tutmaq istəsə, şaban ayını niyyət etməlidir və yaxud boynunda qəza orucu olsa, qəzanı niyyət etməlidir. Belə ki, sonradan ramazan ayı olduğu məlum olsa (orucu) ramazan ayından hesab olar. Lakin, əgər gün ərzində (ramazan ayı olduğunu) başa düşsə, tez öz niyyətini ramazan ayının orucu ilə əvəz etməlidir. Əgər ramazan ayında, yaxud hər hansı müəyyən bir vacib orucda oruc tutmaq niyyətindən dönsə və yaxud oruc tutub-tutmamasında tərddüd etsə, orucu batil olur. Həmçinin, orucu batil edən bir şeyi yerinə yetirməyi niyyət etsə, məsələn, nəsə yemək qərarına gəlsə, hətta yemək yeməsə belə, orucu batil olur. Əgər qərara gəldiyi zaman o əməlin orucu batil etməsinə diqqət yetirməyibsə, istisnadır.
Müstəhəb və vaxtı müəyyən olmayan orucda ( qəza orucu kimi), orucu batil edən şeylərdən birini yerinə yetirməsi qərarına gəlsə və yaxud o işi yerinə yetirib-yetirməməsində tərddüd etsə, əgər (o işi) yerinə yetirməsə, zöhrdən qabaq yenidən niyyət etsə, orucu düzgündür.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:26
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

KaRola_16

  • 21 avqust 2011 02:04
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

miley cyrus

  • 6 avqust 2011 00:05
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
xebere gore twk....

jalicka

  • 5 avqust 2011 11:16
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
maraqli xeberdir cox saq ol

★Azerbaijan girl★

  • 5 avqust 2011 10:32
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrr

butterfly 90

  • 5 avqust 2011 00:44
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
tewekkurler

Nice Angel

  • 4 avqust 2011 23:29
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
tewekkurler

.sema.

  • 4 avqust 2011 23:19
  • Məqalə: 0
  • Şərh: 154
  • Bal:
{awards}
tewekkur eziyete ore

Narka E-ZaDe

  • 4 avqust 2011 23:14
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
werh yazanlara!

tewekkurler

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Мой Мир

  • 4 avqust 2011 23:11
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
tewekkurler

--------------------
∞♥

Sweet life

  • 4 avqust 2011 23:10
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
Maraqli xeber ucun tesekkur edirem!

--------------------

Narka E-ZaDe

  • 4 avqust 2011 23:03
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
tewekkurler

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Iriska

  • 4 avqust 2011 23:03
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
xebere gore sagol

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Y.E.M.B

  • 4 avqust 2011 22:13
  • Məqalə: 2
  • Şərh: 67
  • Bal:
{awards}
XEBERE GORE TESEKKURLER

--------------------
Dostlarınla elə yaşa ki düşmən olduğunda haqqında deyiləcək sözləri olmasın. düşmənlərinlə elə yaşa ki dost olduğunda üzün qızarmasın.

R_O_M_A fanatkasi

  • 4 avqust 2011 21:57
  • Məqalə: 16
  • Şərh: 218
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
....oooO..............
.....(....)...Oooo...
......)../.....(....)...
.....(_/.......)../.....
...............(_/......
... Я ТУТ ............
.......... БЫЛА.....

seviyorum seni

  • 4 avqust 2011 21:45
  • Məqalə: 0
  • Şərh: 80
  • Bal:
{awards}
tasakurlar love fellow

--------------------
PUP+MAY

NİKİ

  • 4 avqust 2011 21:40
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

R.M_FaNaTka

  • 4 avqust 2011 21:26
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm twkler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}