Birisi olacaq təbii.
Onu hər görəndə sıxacam özümə, öpəcəm, çox danışdırmayacam çünki maraqsızdı danışdıqları. Mənim adamım deyil o. Tamam başqa mühitdə böyümüş birisi.
Sığallayacam, əzizləyəcəm. Gündə 213412 dəfə 'səni sevirəm' deyəcəm ona. Hərdən yadıma düşəndə mesaj yazacam ki, onu atdıqımı düşünməsin. Yazdıqı mesajları isə bütün işlərimi bitirəndən sonra oxuyacam və axot olsa cavab yazacam. Məndən nələrsə xahiş edəcək həmişə mənim isə yadımnan çıxacaq eləmək.
Saatlarca birlikdə olacayıq, O nələrsə danışacaq mən isə qulaq asar kimi gülümsəyəcəm. Fikrim isə tamam başqa yerlərdə olacaq. Hətta "day niyə gülürsənki?" ya da "sual verdimee sənə" kimi şeylər də eşidəcəm tez-tez. Bayramlarda, ad günlərində çoxlu hədiyyəler alacam ona. İnternetdən araşdırıb baxacam ki, qızların ən xoşuna gələn hədiyyələr nələrdi və onları alacam. O sevinsin deyə. Çünki ancaq bunu verə biləcəm ona…
Heç vaxt inciməyəcək mənnən… Ağlayacaq tez-tez. Qucaqlayıb "mən nəsə eləmişəm yenə?" deyəcəm o isə "yox, səninlə bir əlaqəsi yoxdur birdənəm mənim, hər şey yaxsıdı. Sadəcə bayaq kinoya baxdım, çox təsirli idi" deyəcək yalannan.
Sənin haqqında heç nə bilməyəcək. Sadəcə qızıma sənin adını qoyanda qəribe-qəribe baxacaq mənə. Amma etiraz etməyəcək, halbuki o tamam başqa bir ad qoymaq istəyirdi qızımıza.
Məni çox sevəcək amma. Ona qarşı olan diqqətsizliyimi hiss edəcək qədər həssas olmasına rəğmən məni sevdiyi üçün susacaq. Ömür boyu dözəcək mənə.
SƏNİ SEVDİYİM QƏDƏR SEVƏCƏK MƏNİ…