Ölüm bir son olmayıb maddi aləmdən maddi olmayan başqa bir aləmə keçiddir. İnsan ölümdən sonra maddi bədənini tərk edərək "ruh" deyilən "haloqramik dalğa" formasını alaraq ya məzarda, ya da məzar xaricində öz həyatını davam etdirir. Beynin dayanması ilə birlikdə vücuda yayılan bioenerji kəsilir, bədən ruhi özünə bağlı tutduğu elektromaqnetizmini itirir, beləliklə ruh müstəqil həyat tərzinə keçir. Bu hadisə ölüm adlandırılır.
Yaşadığı müddətdə insanın beynindən keçən bütün fəaliyyətlər səs və görüntü dalğaları ilə yüklənmiş dalğalar kimi ruha yüklənmiş olduğu üçün özündə heç bir dəyişiklik hiss etdirmədən yaşayır və insan ruh olaraq eyni bədəndə olduğu kimi yaşamağına davam edir. Ancaq bir fərqlə: həmin bədəndə tamamilə şüurlu və canlı olmasına baxmayaraq maddı bədənindən istifadə edə bilməz. Xaricdə olan hər şeyi görür, duyur, ancaq xaricə özü haqqında məlumat verə bilmir.
Böyük islam alimi İbrahim Haqqi özünün "Mərifətnamə" əsərində Məhəmməd peyğəmbərin dilindən ölüm hadisəsini belə nəql edir: "Ölən kəs bədənini kimin yuduğunu, kimin kəfənlədiyini, kimlərin namaz qıldığını, kimlərin ardınca gəldiyini bilir."
Əgər insan ölümdən sonra yaşamasaydı, onda qəbir əzabı deyilən bir söz də olmazdı.
Peyğəmbərimizdən soruşurlar ki, möminlərin ən ağıllısı hansıdır. O da cavab verir kı, ölümdən sonrakı həyata ən çox hazırlananı. Günahkarlar mütləq qəbir əzabını yaşayırlar, hətta, heyvanlar da onların səsini eşidirlər.
Böyük islam alimi İmam Qazali belə söyləyir:"İnsanların ölümü yoxluq kimi qarşılamaqları yanlışdır. Dirilmənin ilk yaradılış kimi ikinci bir yaradılış olduğunu zənn etmək də yanlışdır. Əslındə insan oğlunun bir çox dirilməsi vardır, onun dirilməsi iki dəfədən ibarət deyildir."
Həzrət Ömər Peyğəmbərimizdən soruşur ki, qəbirdə ağlımız başımızda olacaqmı? Peyğəmbər cavab verir ki, bəli eyni bu günki kimi. Sonra peyğəmbərimiz söyləyir:" İnsan qəbirdə uzaqlaşan ayaq səslərini eşidir, bundan sonra qəbir sorğuları başlayır. Mömin kəsə Allah tərəfindən mərhəmət gəlir və suallara düzgün cavab verir, kafir isə cavab tapa bilmir."
Qəbrə qoyulan adamın şüuru yerində, ağlı başındadır. Qiyamətə qədər də yaşamağını şüurlu olaraq davam etdirər. Qiyamətdə o günün şərtlərinə uyğun yeni bədəninə qovuşar.