İman nədir?

 
  • 9.09.2010, 18:58
  • Bölmə: İslam
  • Müəllif: Ulya
İman nədir?

İman söz mənasıyla, bir şeyə tərəddüd etmədən inanmaq, qəti və səmimi olaraq bağlanmaq deməkdir. Dini mənada isə Allahın varlığına, birliyinə, Hz. Məhəmməd (s.ə.v)ın peyğəmbər olduğuna, vəhylə Allahdan götürüb bizə bildirdiyi hər şeyin haqq və doğru olduğuna, heç şübhə etmədən tərəddüdsüz inanmaq və təsdiq etməkdir.
İmanda artma azalma olarmı?
İman nədir?İman nədir?İman nədir?
İnanılacaq şeylər baxımından imanda artma və azalma olmaz. Ən böyük bir peyğəmbərin inandığı şeylərlə, sıravi bir Müsəlmanın inandığı şeylər eynidir. Bir kimsənin Müsəlman sayıla bilməsi üçün inanması lazım olan şeylər müəyyəndir. Bunların xaricində artıqdan bir şeyə iman etməsi lazım deyil. İnanılacaq şeylərdən birinə inanmayan kimsə də Müsəlman sayılmaz…

İmanda inkişaf söz mövzusudurmu? Bir tum necə böyüyüb ağac olana qədər böyük bir inkişaf göstərirsə, bir çox mərtəbədən keçirsə, iman da elədir. Keyfiyyət, təfsilat və inkişaf baxımından adamdan adama dəyişə bilər. Ümumiyyətlə imana iki şəkildə baxa bilərik:
İman nədir?İman nədir?İman nədir?
1-Təqlidi İman: Adamın ana atasından, yetişdiyi ətrafdan, müəllimdən eşitdiyi, öyrəndiyi heç ağı icra etmədən gətirdiyi imandır. Belə bir iman çox həzm edilməmişdir. Belə biri, iman əsaslarının təfərrüatını bilməz. Bu səbəblə, inancı möhkəm olmaya bilər. Şübhə və vəsvəsə qarşısında dərhal imanı sarsıla bilər. Belə olunca imanını gücləndirmək üçün işləməyən, öyrənməyən insan məsuldur. 2-Təqlidi iman: İmana aid bütün məsələləri dəlilləriylə, təfsilatıyla bilmək, tərəddüdsüz təsdiq etmək deməkdir. Belə bir iman şübhə və vəsvəsə qarşısında sarsılmaz. Təqlidi imanın da öz içində dərəcələndirə bilərik:
İman nədir?İman nədir?İman nədir?
a-İlmelyakin Mərtəbəsi: İmanı məsələləri təfsilatıyla, dəlilləriylə inanmaq və bilməkdir.

b-Aynelyakin Mərtəbəsi: İmani məsələləri gözlə görmüş, doğru olduğuna şahid olmuş kimi bilmək və inanmaq deməkdir. Gözlə görmək,xəyalən bilməkdən daha qüvvətlidir. İnsan bir şeyi qəti olaraq belə bilər, gözləriylə də görüncə qənaəti qat qat artar.Amerikanın varlığını xəyalən bilməklə, şəxsən görmək kimi.

c-Hakkelyakin Mərtəbəsi: İmani məsələləri bilmənin, görmənin yanında şəxsən yaşayaraq, ondakı ləzzəti hiss ederək anlamaq və qəbul etmək deməkdir.

Bu mərtəbələri daha yaxşı anlamaq üçün belə bir nümunə verə bilərik:

Uzaqdan bir tüstünün yüksəldiyini görmək, orada atəşin varlığına xəyalən il inanmaq deməkdir. Tüstünün çıxdığı yerə gedib atəşi görmək, atəşin varlığına aynelyakin ilə inanmaqdır. Atəşin yaxınına gedib istiliyini hiss etmək isə, o şeyin atəş olduğuna hakkelyakin ilə inanmaq deməkdir.

İman nədir?


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:02
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 2 may 2011 20:14
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Cox gozel gorunur xeber,eladi tewekkur edireeem

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 10:50
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 10 sentyabr 2010 21:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
dangerous_angel,
ZoLuShKa,
♥Princess♥,
love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}