Xoxan düzəldən oruclular

 
Xoxan düzəldən oruclular


Bismilləhir-Rahmənir-Rahim!

Allahın Peyğəmbəri (s): «Kişi öz xanımına su içirdən zaman savab qazanar»
Allahın Peyğəmbəri (s): «Öz xanımının ağzına bir loğma uzadan kişi savab qazanar»
Allahın Peyğəmbəri (s): «Kişinin qadınına dediyi «Mən səni sevirəm» sözü heç vaxt qadının qəlbindən silinməz»

Mübarək Ramazan ayı obaşdanları ilə xüsusi səciyyələnir. İnsanlar obaşdana qalxır. Hər zaman yatdıqlarının əksinə olaraq, mənəvi karvanın yolçuları üzügülər halda, özünəməxsus vücudi bir vəcd durumunda imsaka qədərki etməlilərini edirlər. Əslində 16-17 saatlıq bir yola çıxacaqlar. Zatən ona hazırlaşırlar.

Xoxan düzəldən oruclular

Bu günlərdə aşağdakı formada bir gileylə internet mətbuatının səhifələrində tanış oldum. Gileyin mətnini sizlərə çatdırıram:

“Ramazan mənə çatmır, dostum. Bir ər oruc tutub, hər səhər yuxunun şirin çağında həyat yoldaşını oyadır, "dur mənə yemək ver". Hamilə oldugu üçün yata bilməyən qadın… səhərə yaxın güclə yuxuya gedir, amma oyanmalıdır, çünki oruc tutan kişi yeməyini qızdırmağı özünə ar bilir. Onsuz da xanımı və anası ona məmnuniyyətlə qulluq edirlər. …Oruc tutub ac qaldığı üçün bir az da əsəbi olduğundan sərt səslə "bes bu uşağın papaği, ayaqqabısı geyindirilməyib axə?!" deyə, qışqırar. Səsini çıxarma, orucludur, hirsləndirib batil edərsən ərinin orucunu, bacım. Allah onun orucunu qəbul eləməz!”.

Gileyin mətni çox səmimidir. Ümumiyyət təşkil etməsə də, məələsəf, bu kimi səhnələr məmləkətimizdə də olmamış deyil. Əslində oruc tutmaq istəyən bir evin kişisi, əgər oruca fizioloji prosedur olaraq yanaşmırsa, o zaman, bunu bilməli ki, "dur mənə yemək ver" kimi tələblərin irəli sürülməsi, özü də dünyaya övlad gətirməyə hazırlaşan bir qadına və yaxud xəstə anasına - böyük bir qəbahətdir. Əlbəttə, söylədiyim kimi, əgər fizioloji bir proses deyilsə. Əgər fizioloji bir prosesdirsə, o zaman, heç özünü əziyyətə verməyinin nə faydası var ki?

Xoxan düzəldən oruclular

“Çünki oruc tutan kişi yeməyini qızdırmağı özünə ar bilir”, “Səsini çıxarma, orucludur, hirsləndirib batil edərsən ərinin orucunu” kimi xurafi düşüncələri də artıq geridə qoymaq zamanı gəldi.

Oruc tutmaq istəyir! Nə gözəl. Elə isə obaşdandan özünə və insanlara xidmətdən başlasın. Orucludur! Nə gözəl. Bəs elə hirslənməmək, qəzəblənməmək onun mənəvi vəzifəsidir.

Bu nə kimi əndərabadi bir yanaşmalar.

Uca Allahdan hər birimiz üçün gerçək bir oruc tutma diləyirik. Bir oruc ki, bizləri özümüzü tanımağa gətirib çıxartsın. Bir oruc ki, bizləri cahillikdən uzaq etsin. Bir oruc ki, bizləri insanların haqqına hörmətlə yanaşma kulturuna yiyələndirsin. İnsanlara xidmət etməyə yönəltsin. İnsanları əziyyət verməkdən çəkindirsin. Əziyyət verdiklərimizdən halallıq istəmənin zərurətini bizlərə anlatsın.

Xoxan düzəldən oruclular

Mübarək Ramazan ayının 4-cü günündəyik. Bu gün üçün nəzərdə tutulmuş duaya nəzər saldıqda, ilahi süfrənin rəngarəng nemətlərinə heyrətlənməmək olmur. Asılı və ehtiyaclı mahiyyətimizə, Allaha bağlantının, ittisalının gətirdiyi vəcd halına işarə var burada. Verilən nemətlər müqabilndə onlara doğru sahib çıxmaqla şükr etmək iradəvi mənəvi fenomenə bir işarə var burada. Uca Allaha sığınma diləyi var burada.

- Sənə bəndəliyə gətirən buyuruş və əmrlərini yerinə yetirməkdə bizləri qüvvətləndir, ey hər şeyin başlanğıc və sonu olan Allahım!
- Hər zaman dərgahında olmağımızı anlatmaqla Səni xatırlamanın şirinliyini bizlərə dadızdır, ey hər an hər yerdə çağırılmağa layiq Rəbbim!
- Nemətlərinin müqabilində məsuliyyiətimizi dərk edərək onların haqqını ödəmək mənəvi tutumunu bizlərə nəsib et, ey şükür edənləri sevən Rəbbim!
- Bizləri öz amanında saxla və pisliklərdən qorunma üçün mənəvi bir örtük inayət et, ey bəsirət sahibi olan Rəbbim!


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:24
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Iriska

  • 5 avqust 2011 21:24
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

ŞƏHLA

  • 5 avqust 2011 21:17
  • Məqalə: 0
  • Şərh: 520
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR...

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

R.M_FaNaTka

  • 5 avqust 2011 19:34
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore twkler

--------------------

Musique Sage

  • 5 avqust 2011 19:29
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
tesekkur edirem

lonely crazy girl

  • 5 avqust 2011 19:21
  • Məqalə: 11
  • Şərh: 526
  • Bal:
{awards}
tesekkur edirem winked

--------------------
(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)

ragazza intelligente

  • 5 avqust 2011 19:17
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
xebere gore twk...

Narka E-ZaDe

  • 5 avqust 2011 19:00
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 5 avqust 2011 18:29
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

Мой Мир

  • 5 avqust 2011 17:50
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------
∞♥

Prank girl

  • 5 avqust 2011 17:45
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

HaMuSHaN

  • 5 avqust 2011 17:26
  • Məqalə: 72
  • Şərh: 1172
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 14
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}