Sevginin Gücü

 
Sevginin Gücü


Gənc bir qız ağır bir xəstəliyin pəncəsində son günlərini yaşayırdı. Yaralı qəlbi artıq bu dünyada dözə bilmirdi. Qızın çox varlı olan ailəsi bütün qəzetlərə qızın qəlbini sağaldacaq adamı tapmaq üçün elan vermişdi. Qızı üçün canını qurban verəcək birini axtarırdılar. Çünki qızın ürəyini dəyişdirmək lazım idi. Gənc qızın xəstəxana otağında həyatı günü-gündən solurdu. Yenə xəstəxana otağında yalnız idi. Gözü yaşlı, boynu bükük ölümü gözləyirdi. Gözlərini bağlayıb bu kiçik otaqda yalnız göz yaşı tökməkdən yorulmuşdu. Yenə də əngəl ola bilmədi bulaq kimi çağlayan gözlərinə. Sevgilisi düşdü yadına, kasıb amma onu ölüncə sevən sevgilisi.Hər gün eyni şeyləri fikirləşib, keçmiş xatirələri bir film kimi gözlərinin önünə gətirirdi. "Pulum yoxdur amma sənə verə biləcəyim sevgi dolu bir qəlbim var" demişdi sevdiyi oğlan. Gənc qızda başqa bir şey istəmirdi. Sevgiyə möhtac olan biri, sevdiyinin sevgisindən başqa nə istiyə bilərdiki. Amma olmamışdı, dünyalar qədər bir-birilərini sevən sevgililərin arasına pul, var dövlət girib onları ayıra bilmişdi. Amma indi var dövlətin keçmədiyi bir vaxt gəlmişdi. Nə mənası vardı artıq? Bu son günlərində, sevdiyi oğlan yanında olsaydı heç bu qədər ağlamazdı. Ayrıldıqları gündən indiyə qədər 5 il keçmişdi. Amma hər gün həsrət çəkmiş ürəyini kimsəylə bölməmişdi. Elə həmin vaxt sevdiyini fikirləşdi. Görəsən nələr etmişdi bu il müddətində sevdiyi oğlan... Kim bilir bəlkə də evlənmişdir.


Sevginin Gücü


Gözlərindən bir damla yaş daha damladı qurumuş dodaqlarına. Əllərinə baxdı. Bir zamanlar əllərinin, sevdiyinin əllərini tutduğunu xəyal edib hər gün saatlarca əllərinə baxardı. Ən çox saçlarının tökülməyi onu ağladırdı. Çünki bir zamanlar o saçları sevdiyi oğlan öpmüşdü. Hər gün gözlərindən bir damla yaş axanda qəlbinə sanki bir ox batırdı. Qəlbi yenə sızlamağa başladı. Bəlkə sevdiyi yanında olsaydı qəlbi bu qədər yorulub, əlvida deməzdi həyata. Qız artıq ölümdən qorxmurdu. Sevdiyindən ayrı yaşamağın ölümdən nə fərqi var idi ki, təkrar yenə sevdiyi düşdü yadına. Kaş yanımda olsa dedi gənc qız. Gözlərini son dəfə öpsə, rahatca əbədi olaraq gözlərini yuma bilərdi artıq. Yenə gözləri bulaq kimi çağlamağa başladı. Sevdiyini son dəfə görməmiş ölmək istəmirdi. Az da olsa ondan bir xatirə almamış bu dünyadan köçmək istəmirdi. Amma sevdiyi kim bilir kiminlə bərabər idi...! Qız öz sevgi dolu qəlbini heç kimlə bölməmişdi görəsən oğlan kiminlə bölmüşdü öz qəlbini? Onun sevgisini silib atdımı görən qəlbindən? Qızın içi birdən nifrətlə doldu. Üstünə bir ağırlıq çökdü. Onu düşünəndə hər dəqiqəsinin hüznlü keçməsi çətin gəlirdi gənc qıza. Ölmək istədi, artıq yaşamaq istəmirdi bu dünyada. Amma sevdiyindən bir xatirə almamış bu dünyadan köçməyəcəyinə and içmişdi gənc qız. Kim bilir bəlkə də sevdiyi oğlan onu unudub artıq. Təkrar gözlərini açdı. Dərin bir düşündü. Birdən qızın atası içəri girdi. Və qızına ürəyini vermək istəyən bir könüllü tapıldığını dedi. Qız bu xəbərə heç sevinmədi.


Sevginin Gücü


Gözləri artıq yaşla dolmuşdu. Həmin gecə biri gözlərini əbədi olaraq yumdu və gənc qız cərrahiyyə əməliyyatı olundu. Əməliyyatdan 1 həftə sonra qız sağaldı. Amma dünya daha başqa gəldi qıza. Sanki nə isə əksik idi həyatından. Aradan aylar keçmişdi gənc qız artıq təmiz sağalmışdır. Amma içindəki həsrət, kövrəklik qurtarmamışdı. Sevdiyi yadına düşəndə ürəyi əvvəlkindən çox ağrıyırdı. Bir dəfə görə bilsəydim deyə ürəyində danışdı. Qəlbi yenə sızlamağa başlamışdı. Amma nəyə görəsə hər gecə qəfildən güclənir və onu yuxudan oyandırırdı və bərk döyünürdü. Amma qızın dibçəkdə yetişdirdiyi güllər var idi ki, həmişə onlarla danışırdı. Ən çox sevdiyi gülü isə qızıl gül idi. Çünki qızıl gülün yeri onun üçün ayrı idi. Çünki o gül də gənc qızla gülüb ağlayırdı. Amma qız bu qızıl gülü sevdiyinə hədiyyə verəcəyinə and içmişdi. Bu gülü ona görə saxlayırdı. Birdən qapıları döyüldü qızın. Qız qapını açdı amma heç kim yox idi. Birdən gözü yerdəki ağ məktub zərfinə sataşdı. Yavaşca gəlib zərfi yerdən götürdü. Bu an qəlbi həyəcanla döyülməyə başladı. Nə olduğunu başa düşmürdü qız. Zərfin üzərində nə ad, nədə ünvan var idi. Qız zərfi açdı. İçindən ağ bir kağıza yazılmış bir məktub çıxdı. Qəlbi daha güclü döyünməyə başladı. Çünki sevdiyi oğlanın qoxusu var idi bu məktubda. Başı gicəllənməyə başladı. Gedib yavaşca divanda oturdu. Kağızı açdı və əlləri titrəyərək oxumağa başladı.


Sevginin Gücü


Sevdiyi oğlan məktubda belə yazmışdı: Sevgilim səndən ayrılandan sonra bir ürəyə iki sevginin sığmayacağını başa düşdüm. Səndən sonra nə birini sevdim nə də birinə baxdım. Sadəcə həmişə səni sevdim. Sənsiz günlərimin hər biri o birindən daha çətin keçirdi. Hər gün daha çox darıxırdım. Sənə bir kitab şer yazdım. Hər gün yazdım, hər gün oxudum illərcə ağladım. Hər gecə səhərə qədər səni düşündüm. Hər gecə sənin yanında olmağı istədim və hər gecə sənsizliyə lənət etdim. Yuxuları haram etdim özümə. Sənsizliyin acığını gözlərimdən aldım və bir gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Bunu fürsət hesab etməyib özümə haqsızlıq edə bilmədim. Və bu fürsət məni səndən çox uzaqlara apardı. Mən səndən çox uzaqlara getdim, bəlkə səni unudaram dedim. Amma tam tərsi oldu. Səndən uzaqlardaydım, amma səni görmək üçün uzaqlardan səni görməyə gəlirdim. Həmdə hər gecə gəlirdim. Gəlib sənə baxırdım, səni sevirəm və əyilib hər gecə yanağından öpürdüm. Sən isə hər gecə gözlərini açıb baxarkən gəldiyimi zənn edirdin. Amma məni görməyib təkrarən yuxuya dalırdın. Sabah bir-birimizi sevməyimizin altıncı il dönümüdür. Həmişə mən gəldim sənin yanına sabah da sən gəl sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum. Amma birdə unutmamış deyim ki, sinəndə daşıdığın mənim qəlbimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbinin içində. Gələndə qızıl gülü də yaddan çıxarma. Səni sevirəm yanıma gələnə qədər də sevəcəm sevgilim...


Sevginin Gücü


Bu sözləri oxuyandan sonra qız sinəsində daşıdığı ürəyin sevdiyi oğlana aid olduğunu və cərrahiyyə əməliyyatından çıxanda gördüyü üzü bağlı cansız gəncin öz ürəyini qıza verən sevgilisi olduğunu başa düşdü. Elə həmin vaxt qız ölüm yuxusuna getdi. Amma qızın ürəyi döyünür. Aradan 20 il keçdi, amma ürəyi döyünsə də qız ölüm yuxusunda xəstəxana otağında yatır, sonsuza dəkdə yatacaq


Geri dön

zaur93

  • 29 avqust 2011 06:14
  • Məqalə: 1
  • Şərh: 23
  • Bal:
gozel hekaye idi tesirlendimm yene

--------------------

seninle_men

  • 5 avqust 2011 20:58
  • Məqalə: 53
  • Şərh: 1848
  • Bal:
{awards}
recourse maraqli idi sevgi bele oluree ama indi ele sevgi tapmaq coxx cetin meseledi

--------------------
➨ вacarsan, тapa вiℓsən, вir ℓəyən xoşbəxтℓik gəтir..
Əliмin üzüмün kədərini yuyuм..!

Ay Üzlü

  • 5 avqust 2011 17:30
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

baki808

  • 5 avqust 2011 17:11
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Gozel idi

asude

  • 5 avqust 2011 16:58
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
cox pis kederlendim

Мой Мир

  • 5 avqust 2011 16:23
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
men bunu oxusam vallah sabah acilar tongue

--------------------
∞♥

Narka E-ZaDe

  • 5 avqust 2011 16:17
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Prank girl

  • 5 avqust 2011 16:01
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

MiLeyla

  • 5 avqust 2011 16:00
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
aaaaaaaaa bunu bir defede qoymuwdular axi????????ama tuk urpedici hekayedi. sad

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Sirli Melek

  • 5 avqust 2011 15:50
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
KÖVRƏLDİM((( HƏQİQƏTƏN GÖZLƏRİM YAŞARDI(( TANRI SEVƏNLƏRİ AYIRMASIN recourse

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Iriska

  • 5 avqust 2011 15:43
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

KaRola_16

  • 5 avqust 2011 15:39
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
BU HEKAYENI OXUMUSDUM COX MARAQLI HEKAYEDIR... ELLERINIZE SAGLIQ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}