Hamilə qadınlar oruc tutmalıdılarmı?

 
Hamilə qadınlar oruc tutmalıdılarmı?



Ramazan ayında bəzi hamilə qadınlar oruc tutmağın hamiləliyə mənfi təsirlərini hiss edib

Ramazan ayında bəzi hamilə qadınlar oruc tutmağın hamiləliyə mənfi təsirlərini hiss edib oruc tutmurlar, digərləri isə hamiləliyin axırlarında taqətdən düşsələr belə, Ramazan ayının orucunu tuturlar. Bəs əslində hamilə və nifas halında (nifas halı doğuşdan sonra qadından qan gəlməsidir) olan qadınlar oruc tutmalıdırmı? Rəvayətlərə və hədislərə nəzər saldıqda, görürük ki, hamilə xanımların fiziki vəziyyətlərinə, hamiləlikdə uşağın və ananın sağlam inkişafına önəm verildiyi üçün İslam məsələnin həllini qadınların öz ixtiyarına buraxır. Həmin rəvayətlərdən bəzilərini nəzərinizə çatdırırıq.Belə ki, İmam Cəfər (ə) oruc tutanın və xəstənin həddini bəyan edərək belə buyurub: “ Bu onun özundən asılıdır, çünki qadın öz fiziki durumunu digərlərindən daha yaxşı başa düşür”. Əba Cəfərdən (ə) rəvayət olunur ki, doğuşuna yaxın olan hamilə qadınlar və südü az olan analar Ramazan ayının orucunu tutmaya bilərlər. Çünki onların oruc tutmağa taqətləri olmur. Sonradan orucun qəzasını tutmalı və sədəqə verməlidirlər”.

Hamilə qadınlar oruc tutmalıdılarmı?

Həmçinin, hamiləliyin ilk aylarında da ortaya çıxan bəzi dözülməz hallar, ürək bulanması, sürətlə qidalanmaq hamilədə xəstə hökmünü ortaya çıxarır. Əlbəttə, hər kəsin vəziyyəti fərqli ola bilər. Habelə, hamiləliyin axır vaxtlarında da oruc tutmaq ana üçün dözülməzdir. Çünki uşağın inkişafı axır üç ayda sürətlə artır. Axır iki ayında isə uşağın çəkisi iki bərabər olur. Bu zaman döl birbaşa ananın qanı ilə qidalandığından, dölün qidaya olan ehtiyacı ananı kifayət qədər yeməyə sövq edir. Belə ki, iştahanın artması səbəbilə mədə fasiləsiz çalışır. Bu vaxt ana az miqdarda, lakin tez-tez yeməlidir. Əgər süd vermək səbəbilə ananın südü azalarsa və bununla da körpənin qidalanmağında problemlər ortaya çıxarsa, onda imam Hadinin (ə) hədisindən istifadə edərək deyə bilərik ki, bu qisim analar oruclarını daha sonra qəza edəcəklər. Hədisin mətni bu cürdür: “Əgər uşaq üçün dayə tutmaq mümkündürsə, dayə tutulmalı və bu halda ana öz orucunu qəza etməməlidir. Bu hal onun üçün mümkün olmazsa, orucunu yeməli və körpəsini əmizdirməlidir. Daha sonra imkan düşəndə orucunun qəzasını tutmalıdır”. Qeyd edək ki, özləri və körpələri üçün qorxu yoxdursa, hamilə və südverən qadınlar oruclarını açmalı deyil.

Hamilə qadınlar oruc tutmalıdılarmı?

Mövzumuzla bağlı digər rəvayətləri sizə təqdim edirik. Əbu Davud rəvayət edir ki, İbn Abbas “Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər.” (Bəqərə-184) ayəsi barədə demişdir: Oruc tutmağa taqəti qalmayan yaşlı kişi və yaşlı qadına verilmiş rüxsətdir. Ayə onlara oruclarını açmağı və orucun əvəzində hər gün üçün bir kasıbı yedirtməyə icazə verir. Bu rüxsət eləcə də, zərər yaranacağından qorxurlarsa, hamilə və südverən qadınlara da aid edilir. Odur ki, İbn Abbas hamilə və südverən qadınlara verilən rüxsəti onlar üçün zərər yaranacağı hallar, yəni özləri və körpələri ilə bağlı zərər yaranarsa, bu hallar ilə məhdudlaşdırmışdır.
Məlumdur ki, hamilə və südverən qadınlara verilən bu rüxsət (güzəşt, icazə) onların özləri və yaxud körpələri üçün qorxduğu hallara aiddir. Belə ki, hamilə və südverən qadınlar özləri və yaxud uşaqları üçün qorxurlarsa, hər hansı məşəqqət, çətinliyi dəf etmək üçün oruclarını aça bilərlər. Yəni, zərərin aradan qaldırılması üçün onlar orucu aça bilərlər. Lakin bu “zərər yaranacağı barədə qorxu olduğu hallara”aiddir. Yəni, onlar düşünürlər ki, zərərin olma ehtimalı yüksəkdir. Çünki, onlar zərərin yaranacağından qorxmurlarsa, bu halda onlara heç bir rüxsət, icazə verilmir.

Hamilə qadınlar oruc tutmalıdılarmı?

“Şərh Muxtəsər Xəlil” adlı əsərdə isə belə deyilir:
Hamilə qadın körpəsinin ölə biləcəyindən və yaxud şiddətli zərərə məruz qalacağından qorxursa, ehtiyat edirsə bu halda o orucunu açmalıdır. Əgər qadın xəstəlik baş verəcəyindən qorxursa, elm əhli arasında olan doğru rəyə görə orucunu aça bilər. Həmçinin, deyilmişdir ki, xəstəlikdən qorxursa orucunu açmalıdır. Eynisi südverən qadınlara da aiddir, südverən qadın körpəsinin ölə biləcəyindən və yaxud şiddətli zərərə məruz qalacağından qorxursa, ehtiyat edirsə bu halda o orucunu açmalıdır, xəstəlikdən qorxursa orucunu aça bilər. Burada qoyulan şərtlərdən biri budur ki, qadının körpəsi bu və ya digər hər hansı bir qadının ona süd verməsindən imtina etməlidir. Əks halda, qadın oruc tutmağa məcburdur.
Ən-Nəvəvi “Əl-Məcmu” əsərində deyir:

Hamilə qadınlar oruc tutmalıdılarmı?

Bizim əshabələrimiz (çağdaşlarımız, yoldaşlarımız) belə deyirlər: Əgər hamilə və südverən qadın oruc tutmaqla onlara zərər yaranacağından qorxursa orucunu açmalı və sonra bunları qəza etməlidir. Xəstə insanın halında olduğu kimi onlar heç bir fidyə ödəməli deyil. Bu barədə heç bir fikir ayrılığı yoxdur. Hamilə və südverən qadın özü və körpəsi üçün qorxursa, eyni hökm bu vəziyyətə də şamil olunur və bu barədə heç bir fikir ayrılığı yoxdur.
Qeyd dək ki, qadın nə zaman nifasdan qurtararsa (qırx gündən tez olsa belə), namaz qılması və Ramazan ayındadırsa, oruc tutması vacibdir. Lakin nifas halında olan qadın namaz qıla, oruc tuta, məscidə daxil ola bilməz və s. Əgər qadın orucluq günü heyz olsa və ya heyzdən təmizlənsə, o günün orucu batildir, gərək orucluqdan sonra qəza etsin.Əgər cənabət qüsulu olan orucluq gecəsində bilsə ki, yuxulayıb sübh azanına kimi ayılmayacaq, gərək yatmasın. Yatıb ayılmasa orucu batildir.
Beləliklə, elm əhlinin irəli sürdüyü bu mətnlər dəlalət edir ki, oruc məşəqqətli olmadığı müddətcə hamilə və südverən qadınlar oruclarını aça bilməzlər.
Ən doğrusunu Allah bilir. Allah oruc və dualarınızı qəbul etsin!


Geri dön

Ay Üzlü

  • 6 avqust 2011 13:55
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
tewekkurler

Narka E-ZaDe

  • 5 avqust 2011 23:07
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Мой Мир

  • 5 avqust 2011 22:55
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
twkrlerrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
∞♥

ulka17

  • 5 avqust 2011 22:24
  • Məqalə: 0
  • Şərh: 252
  • Bal:
{awards}
tesekkurler

_2011_GOZELI_

  • 5 avqust 2011 21:47
  • Məqalə: 6
  • Şərh: 382
  • Bal:
{awards}
xebere gore tesekkurler.

--------------------
HEYATTTTTTTTTTTTTTTTTTIN QEDRINI BILMEK LAZIMDIIIIIIIII

KaRola_16

  • 5 avqust 2011 21:31
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------

Iriska

  • 5 avqust 2011 21:26
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
Menim fikrimce hamile qadin oruc tutmali deyil cunki o evvelki veziyyetinden ferqli olaraq iki canlidir ve bu baximdan her hansisa yemek ve yaxud meyve ureyinden kecir ureyinde kecdiyini bile bile yemirse bu usaga ziyandi tesekkur edirem xebere gore

Menim fikrimce hamile qadin oruc tutmali deyil cunki o evvelki veziyyetinden ferqli olaraq iki canlidir ve bu baximdan her hansisa yemek ve yaxud meyve ureyinden kecir ureyinde kecdiyini bile bile yemirse bu usaga ziyandi tesekkur edirem xebere gore

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 45
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 42
Cəmi: 122
 
NIGAR
Xəbərləri: 38
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 236
 
lamiye_2001
Xəbərləri: 23
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 500
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
..::Kitty::..
Xəbərləri: 3
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}