Tər tökmək istəmirsiniz?

 
Tər tökmək istəmirsiniz?



Yay fəslində hədsiz tərləmə problemi daha da özünü göstərir. İnsanın həyat tərzini pozur, təhsil, iş və sosial həyatına mənfi təsir edir.

Hədsiz tərləmə peşə seçiminə təsir edir

Birdən-birə əlindən sular daman, qışda qar yağdığında belə, tərləyən, insanlarla əl uzadıb görüşməkdən qorxan, yay-qış geyimləri curumbur su içində gəzmək məcburiyyətində qalma halları var ki, bu, hər min insandan üçündə müşahidə edilir. Hədsiz tərləmə problemi müşahidə edilən insanlar, bu problemi uşaqlıqdan etibarən yaşadıqları halda, yeniyetmə dövründə bu problem davam edir.

Hədsiz tərləmə bir xəstəlikdir. Buna görə də “həyəcanlandım, qaçdım, yeridim və buna görə hədsiz tərlədim“ fikri bu xəstəlik üçün keçərli səbəb deyil. Çünkü bu xəstələr heç bir enerji sərf etmədən, durduğu yerdə belə, tərləyirlər.

Hətta bu, peşə seçiminə də təsir edir. Kişilər, tərləmə səbəbindən sürücülük, əl işləri tətbiq olunan sənət sahələri və bir sıra peşələri seçməkdən uzaq durmaq məcburiyyətində qalırlar.

Orqanizmdə mayenin tənzimlənməsini təmin edən bir funksiya olan tərləmə, sinir sisteminin nəzarəti altındadır. Orqanizmdə maye artdığında dəri səthindəki tərin buxarlanması yoluyla maye itirilməsi baş verir. Tərləmə sayəsində mayenin artmasının qarşısı alınır. Fiziki olaraq, önəmli bir rolu olan tərləmə, hədsiz olduğunda isə buna "hiperhidroz" adı verilir. Hədsiz tərləmə həyəcan və stress ilə əlaqələndirilir. Xəstələr ümumiyyətlə, yuxuda deyil, sadəcə, oyaq olduqları saatlarda belə, bu sıxıntını yaşayırlar. Ovuç içi və dabanda tərləmə uşaqlıq dövründən etibarən başlarkən, qoltuq altlarında yeniyetməlik dövründən başlayır. Belə xəstələrin 80 faizinin ailəsində hədsiz tərləmə var.

Hədsiz tərləməyi normal tərləmədən fərqli olaraq geyimlərin qoltuq altlarında geniş bir qisimdə tərlə bağlı islaq görüntü, paltarın ləkələnməsi, pozulması ilə qoxu xəstəni narahat edər. Məhz hədsiz tərləmə ilə insanların həyat tərzinin pozulması onların nəinki iş, sosial həyatına təsir edir, hətta bu səbəbdən müxtəlif idman növlərindən uzaqlaşırlar.

Beləliklə, orqanizmdə mayeni tənzimləmək funksiyası baxımından tərləmə önəmli olsa da mütəxəssislərin fikrincə, hədsiz tərləmə hər hansı bir sistemik xəstəliyə bağlı olmadan da ortaya çıxa bilir.

Bu xəstəlik necə müalicə olunur?

Ovuc içləri, daban və qoltuqalı nahiyədə müşahidə edilən hədsiz tərləmə botoksla müalicə edilə bilir. Belə ki, hədsiz tərləmə probleminə qarşı dəri içinə kiçik miqdarda botoks (Botulinum toxin A) yeridilir. Botoks sinir lifləri tərəfindan tər vəzilərinin fəaliyyətini müvəqqəti olaraq mühasirəyə alır və tər istehsalını əngəlləyir.

Hər bir qoltuq altında 15-20 nöqtəyə preparat, nazik iynə ilə, 15-20 dərəcəlik bucaq altında olmaqla, dəriyə yeridilir. Təsiri 4-12 aya qədər davam edir. Təkrar edildikdə, təsir müddəti uzanır. Botoks müalicəsinin ən təsirli olduğu bölgə qoltuqaltlarıdır. Prosesin ən rahat edildiyi bölgə də buradır və qısa müddətdə əməliyyat tamamlanır. Beləliklə, köynəklərinin qol altı islanan, ipək, dəri kimi tərlə pozulan geyimləri istifadə etməyən xəstələrə botoks tətbiq edilməsi müsbət təsir göstərir.

Onu da qeyd edək ki, qoltuq altına botoks tətbiq edilməsi ilə tər ifrazı sıfra enməz. Ancaq normadan çox, hədsiz tərləmənin qarşısı alınır və normal tərləmə səviyyəsinə yaxın bir vəziyyətə gətirilir.

Xarici mütəxəssislərin fikrincə, botoksla müalicə ümumiyyətlə, təhlükəsiz bir üsul hesab edilir. Ətraf təsirə məruz qalma ehtimalı çox aşağıdır. Ortaya çıxa biləcək ətraf təsirlər də ümumiyyətlə, xəstədə ciddi rahatsızlıq yaratmayan keçici hallardır. Botoksdan sonra dezodorant, parfüm istifadəsinin problemi yoxdur.

Beləliklə, hədsiz tərləmənin qarşısı “ETS - Endoskopik Torakal Sempatektomi” üsulu ilə alınır. Xalq arasında“ETS” olaraq tanınan, bir saat davam edən əməliyyatdan sonra hədsiz tərləmənin qarşısı alınır.

İndiyə qədər qoltuq altından 2 və ya üç istiqamətdən daxil olaraq əməliyyat edildiyi halda, italyan cərrah Gaetano Rocconun təkmilləşdirdiyi tək bir yerdən əməliyyatla artıq üsul daha rahat hala gəlib. Beləliklə, qoltuq altında bir santimetrlik kəsik açılır və buradan içəri 5 mm ölçüdə bir kamera qoyulur. Böyük ekranlarda kəsilən siniri çok yaxşı görmək olur. Qabırğanın hər iki yanından aşağıya doğru enən və bədəndə tərləməyə nəzarət edən sinirə çatdıqdan sonra 2 və 4-cü qabırğa bölgəsindəki sinirə bir klips taxılır ki, bu, sinirdən tər vəzilərinə hədsiz tər axınına səbəb olan siqnalı kəşmiş olur. Əməliyyat bir saat davam edir. Əməliyyatdan çıxan kimi tərləmə kəsilir. Ən önəmlisi, əməliyyatdan sonra xəstə ağrı hiss etmir, ağrı duymadığı üçün ağrıkəsici verilməsinə belə gərək qalmır.

Hədsiz tərləmə müalicəsində şpris üsulu da var. Tərləməyə qarşı şpris üsulunun ildə iki-üç dəfə təkrarlanması lazım gəlir. Qoltuqaltı dərisinin incə olması səbəbilə şprisin buraya yeridilməsinin müsbət təsiri artırdığı bildirilsə də şprisin əl və ayaqda istifadəsi məsləhət görülmür.

Ölkəmizdə bunun tətbiqi varmı?

Bu gün ölkəmizdə də digər istiqamətlərdə botoks dəb olduğu halda, həkim-kosmetoloq Səbinə İsrafilova hədsiz tərləmə ilə bağlı botoksun tətbiqini uyğun hesab etmir: “Çünki qoltuq altında çoxlu sayda limfa vəzifələri var, bura ağır zonalardan biri olduğu üçün fəsad gətirə bilər. Xaricdə bu üsul tətbiq oluna bilər, bizim əhali də gördüklərindən istifadə etməyə çalışır. Ancaq bu botoksu etdikdən sonra gələcəkdə onun nəticəsinin nə olacağı məlum deyil”.

Ölkəmizdə hədsiz tərləmə ilə bağlı botoksun tətbiqinə rast gəlmədiyini deyən həkim-kosmetoloq deyir ki, əgər bu, nəticəsini bilmədən istifadə edilirsə, insan özünü bilərəkdən ölümə hazırlayır: “Bütün bədəndə dərinin üzərində tər vəziləri var və onun fəaliyyəti zamanı toksin maddələr çıxır. Bədəndə normal tərləmə olmalıdır və bədəndəki ziyanlı maddələr xaric olur. Ancaq şiddətli tərləmə fərqlidir, ola bilsin ki, hansısa xəstəliyin nəticəsi olur. Normal tərləmələrə qarşı maddələr var və onlarla mübarizə aparmaq olur”


Geri dön

Iriska

  • 5 avqust 2011 21:44
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
təşəkkürlər

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

R.M_FaNaTka

  • 5 avqust 2011 19:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore twkler

--------------------

Musique Sage

  • 5 avqust 2011 19:27
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
xebere gore tekkurler

Narka E-ZaDe

  • 5 avqust 2011 19:01
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 5 avqust 2011 18:30
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Prank girl

  • 5 avqust 2011 17:46
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Мой Мир

  • 5 avqust 2011 17:40
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
buyurun feel

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}