Quranda "ayə” və "surə”

 
 Quranda "ayə” və "surə”


 Quranda "ayə” və "surə”

I. Quranda "ayə” "surə”

II. "Ayə” sözünün mənası

III. "Surə” sözünün mənası

IV. Quranın surələrə bölünməsinin səbəbi

V. Quran surələrinin adları

VI. Surələrin bölümü

VII. Quranın surələrinin, ayələrinin və kəlimələrinin sayı

VIII. Birinci, axırıncı ayə və surələr

IX. Məkkədə və Mədinədə nazil olan ayələr


 Quranda "ayə” və "surə”


Quranda "ayə” "surə”

Quran 114 surədən təşəkkül tapmışdır. Hər surə də neçə ayədən ibarətdir. Söhbətimizin bu hissəsində surənin, ayənin mənaları haqqında, surə və ayələrin sayı haqqında, habelə surələrin adları və toplanması haqqında bəhs edəcəyik.

"Ayə” sözünün mənası

Lüğətdə "ayə” kəlməsi – aydın nişanə və əlamət mənasınadır. Quranda isə bu söz müxtəlif mənalarda işlənilibdir:

I – nişanə və əlamət (Məryəm-10). "İlahi, mənə bir nişanə qərar ver”.

رب اجعل لى اية

II – möcüzə (Əras-73). "Bu Allahın dəvəsidir ki, sizin üçün möcüzədir”.

هذه ناقة الله لكم اية

III – Hökm (Bəqərə-106). "Hər hansı hökmü nəsx etdik, ya unutdurduq, ondan yaxşısını, ya onun kimisini gətirirk”.

ما ننسخ من اية او ننسها نأت بخير منها او مثلها

IV – İlahinin nəbiləri və övliyaları (Yusif-7). "Həqiqətən Yusif və qardaşlarında, soruşanlar üçün ibrətlər vardır”.

ولقد كان فى يوسف و اخوته ايات للسائلين

Bunlardan əlavə də Quran istilahında "ayə”, Quranın kəlmə və kəlmələrinə itlaq olunur ki, əvvəli və sonu başqalarından ayrı olur (cümlə kimi) və Quran surələrini təşkil edir. Məsələn "Ənfal” surəsinin 2-ci ayəsi buna dəlildir: "Elə ki, onlara ayələr oxunur, imanları artacaq”.

واذا تليت عليهم اياته زادتهم ايمانا

"Surə” sözünün mənası

Surə sözü neçə kökə malik olub bir neçə mənaya dəlalət edir. Onlardan nəzərə yaxın gələni سوره maddəsindən olub, Quranda "ucalıq və mənzələt” mənasına işlənəndir. Bir neçə ayədən təşkil olunmuş, "Tövbə” surəsindən başqa, əvvəli "bismillah” ilə başlayan ayələrin toplusuna "surə” deyilir.

Allahın kəlamı olduğuna görə və ya oxuyanın məqamını yüksəltdiyinə görə surə "ucalıq və mənzələt” mənası verir.


 Quranda "ayə” və "surə”


Quranın surələrə bölünməsinin səbəbi

Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da qeyd etmək lazımdır ki, bunlar bir neçə qaydalardır ki, faydadır Quranın surələrə bölünməsindən qarşıya çıxır və bu faydalar, biz aşağıda qeyd etdiyimizlə məhdudlanmayıbdır.

1. Quranda müxtəlif mövzu və hədəflərə görə Quran surələrə bölünmüşdür. Belə ki, təfsirçilərdən bəzilərinin nəzəri belədir: hər bir surə xüsusi bir hədəfi izləyir. Bu hədəfə aid olan ayələr həmin surədə toplanır. Məsələn; "Nəml”, "Yusif”, "Fil” surələri kimi.

2. Quranı əzbərləmək, oxumaq və öyrənməyin asanlaşması: daha qısa bir şəkildə izah etmək istəsək, belə deyərik; Quranın surələrə bölünməsi onun təlimini asanlaşdırır.

3. Quranın surələrə bölünməsi onun təhrif olunmasının qarşısını alır. Belə ki, surələrə bölünməklə müəyyənləşərək qorunub saxlanılır.


 Quranda "ayə” və "surə”


Quran surələrinin adları

Quran surələrinin çoxu bir ada malikdir. Amma bəzilərinin iki adı vardır. Hətta bəzi surələrin bir neçə adı vardır.

"Həmd” surəsi üçün iyirmidən çox ad sayıblar: "əlhəmd”, "fatihətul kitab”, "ümmül kitab”, "fatihətul Quran”, "ümmül Quran”, "Quranul əzim”, "əssəbə məsani”, "əl vafiyə”, "əlkənz”, "əlnafiyə”, "ələsas”, "ənnur” və sairə.


 Quranda "ayə” və "surə”


Quranın surələrinə ad qoyarkən müxtəlif cəhətlər nəzərdə tutulubdur.

1. Surədə bəhs olunan mövzunu nəzərə alaraq ad qoymaq. Məsələn: "Nisa”, "Tohid”, "Ənbiya”, "Əhzab”, "Möminun”, "Kafirun” surələri kimi. Bu surələrdə adı çəkilən mövzulardan çox söhbət getdiyinə görə belə adlanıblar.

2. Bəzi peyğəmbərlərin və ya şəxlərin haqqında söhbət açılan surələr də onların adları ilə adlanıb. Məsələn: "Nuh”, "Hud”, "İbarahim”, "Yunis” və s.

3. Müqəttiə hərflərinin hesabına surələrə ad qoymaq. Məsələn: "Qaf” ق "Sad” ص. Bu hərflər hansı surənin əvvəlindədirsə, onun adına həmən ayəyə ad qoyulub.

4. Bəzi heyvanların barəsində və ya onlar haqqında xüsusi bir səbəbdən söhbət açılan surələri həmən heyvanların adı ilə adlandırıblar. Məsələn: "Bəqərə”, "Nəml”, "Nəhl”, "Ənkəbut”.

5. Surənin mühim bir hissəsindən ona ad qoymaq. Məsələn: "Cümə”, "Fəth”, "Hədid”"Mütəffifin”.

6. Surədə birinci olaraq nəyə and içilibsə, o həmən surəyə ad qoyulub. Məsələn:"Əlfəcr”, "Əşşəms”, "Əzzüha” və s.

Bütün bu deyilənləri nəzərə alaraq xülasə şəklində belə demək olar ki, mühüm olan bir mövzu, yaxud çox cəlbedici olan bir şey surəni adlandırmağa əsas meyar olubdur.

Bir faktı da qeyd etmək lazımdır ki, o da bu adların şəriət tərəfindən qoyulması barədədir. Belə ki, surələrin adı şəriət tərəfindən belə qoyulub yoxsa yox? Bu barədə müxtəlif nəzərlər vardır. Biz Əllamə Təbatəbainin (rahmətullahi ələyh) nəzərini qeyd edirik. Əllamə buyurur: Surələrin çoxunun adı Həzrət Peyğəmbərin (s) zamanında çox işlənməkdən əmələ gəlib və şəriət tərəfindən qoyulmayıbdır.


 Quranda "ayə” və "surə”


Surələrin bölümü

Quranşünaslar bir cəhətdən Quranın surələrinin böyüklüyünə (ayələrin sayına) görə onları dörd yerə bölüb və onlara xüsusi ad veriblər:

1. "Əssəbi əttüvəl” – Quranın yeddi böyük sürəsi ki, "Bəqərə”, "Ali İmran”, "Maidə”, "Ənam”, "Əraf” və "Nisa” – dan ibarətdir. Yeddinci surəni bəziləri "Yunis”, bəziləri isə "Kəhf” hesab edirlər.

2. "Əlməul” – Bu surələr uzun surələrdən nisbətən qısa olub, ayələrin sayı yüzü keçibdir. "Tövbə”, "Nəhl”, "Hud”, "Yusif”, "Kəhf”, "İsra”, "Ənbiya”, "Taha”, "Möminun”, "Şüəra”, "Əssaffat”.

3. "Məsani” – Bu qism surələrin ayələrinin sayı yüzdən azdır. Onlar təqribən iyirmi surədir.

4. "Müfəssəl” – kiçik surələrdir ki, onları "müfəssəl” adlandırıblar.


 Quranda "ayə” və "surə”


Quranın surələrinin, ayələrinin və kəlimələrinin sayı

Quranın surələrinin sayı 114-dür. Amma Quranın ayələrinin sayında bir qədər ixtilaf vardır. Bu ixtilaf, ayələrin azalmağı, yaxud çoxalmağında deyil. Bəlkə onların sayılma qaydasi fərqlidir. Dəqiq hesablamalara əsasən Quranın ayələrinin sayı 6236-dır.

Quranın kəlmələrinin sayına gəldikdə isə, o da nəzərə dəqiq gələn hesablamaya əsasən 77807 kəlmədən ibarətdir.


 Quranda "ayə” və "surə”


Birinci, axırıncı ayə və surələr

Həzrət Peyğəmbərə (s) nazil olan birinci ayələr "Ələq” surəsinin əvvəlinci ayələridir. Amma Peyğəmbərə (s) nazil olan axırıncı ayələr barəsində bir qədər ixtilaf vardır.

Yəqubi deyir; Peyğəmbərə (s) nazil olan axırıncı ayə "Maidə” surəsinin üçüncü ayəsidir: "Bu gün dini kamil etdim, neməti tamamladım, islamın sizə din olmağına razı oldum”.

اليوم اكملت لكم دينكم واتممت عليكم نعمتى ورضيت لكم الاسلام دينا

Yəqubi yazır; bu ayə Qədir Xum çölündə peyğəmbər (s), Əli ibni Əbutalibi (ə) imamətə nəsb edəndə nazil oldu.

"Əttəmhid” kitabının sahibi Yəqubinin sözünü təsdiqləyərək deyir: Bu ayə dinin kamil olduğunu bildirir. Ona görə də axırıncı olaraq nazil olması həqiqətə uyğundur.

Peyğəmbər (s)-in ömrünün sonları yaxınlaşırdı. Qədir Xum çölündə öz canişinini təyin edəndən sonra bu ayə nazil olub, Peyğəmbərə (s) bu münasibətlə dinin kamil olduğunu elan etdi.

Əvvəlinci və axırıncı surələrə gəldikdə isə İmam Sadiq (ə) buyurur: Kamil surətdə nazil olan birinci surə "Fatihə”, axırıncı isə "Nəsr” surəsidir.



 Quranda "ayə” və "surə”


Məkkədə və Mədinədə nazil olan ayələr

Quranın surələri bir cəhətdən iki yerə bölünür; Məkkədə nazil olan surələr və Mədinədə nazil olan surələr. Belə bölümün özünün də faydaları vardır.
Hicrətdən qabaq nazil olan ayələrə "Məkki”, hicrətdən sonra nazil olanlara isə "Mədəni” ayələr deyilir. Ayələrin bu cürə bölümünün onların təvil və təfsirində təsiri vardır.
Məsələn, "Məkki” ayələrdə "zəkat” sözü işlədilir. Bu sözün vacib zəkat olub olmamasını bilmək, onun harada nazil olduğunu bilməklə müəyyənləşə bilər. Vacib zəkat Mədinədə insanlara hökm olunubdur. Deməli Məkkədə nazil olan ayələrdəki "zəkat” müstəhəb, Mədinədə nazil olan ayələrdəki zəkat isə vacibi zəkat mənasındadır.

Məkkədə nazil olan surələrin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn: Üsulidinə dəvət etmək, ali əxlaqa çağırmaq, behişt, cəhənnəm və qiyamət barəsində söz açmaq, müşriklərlə mücadilə, ayələrdə andın çoxluğu, peyğəmbərlərin qissələri, surələrin kiçikliyi.

Mədinədə nazil olan surələrin də özlərinə məxsus xüsusiyyətləri vardır: əhli-kitabla mücadilə, münafiqlərlə üzləşmə, cihad və onun hökmünü yad etmək, cəza hökmləri, vacibat, hüquq, irs, siyasi və iqtisadi qanunları şərh etmək, surələrin və ayələrin uzunluğu.

Quranın surələrinin 86-sı Məkkədə, 26-sı isə Mədinədə nazil olubdur.

 Quranda "ayə” və "surə”


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:26
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

R.M_FaNaTka

  • 5 avqust 2011 19:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore twkler

--------------------

Ay Üzlü

  • 5 avqust 2011 18:06
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Prank girl

  • 5 avqust 2011 16:56
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Narka E-ZaDe

  • 5 avqust 2011 16:25
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Iriska

  • 5 avqust 2011 15:44
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Мой Мир

  • 5 avqust 2011 15:42
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKUR EDIREM NINNETDARAM BACISIM

--------------------
∞♥

MuslimGirl

  • 5 avqust 2011 15:26
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Çox gözəl hazırlamısan, bacı. Çox böyük həvəslə oxudum. ALLAH razı olsun!

OK

  • 5 avqust 2011 14:56
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
ALLAH razı olsun!!! tesekkurler

--------------------

NİKİ

  • 5 avqust 2011 14:50
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
TEWEKKURLER!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 10
Cəmi: 22

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}