Əfəndim

 
Əfəndim

Yoxluğunda sənin üçün darıxdıq.
Sənə dəyən rüzgar, səni kölgələndirən bulud üçün darıxdıq. Həsrət qalmağa, həsrət olamağı, sevməyə, sevilməyə, sevindirməyə, sevindirilməyə həsrət qaldıq, Əfəndim.
Eşqə, gözyaşına, xoş mərama, əxlaqa, ədəbə, ehsana, irfana, itaətə, fərasətə, bəsirətə, şücaətə, cəladətə, ədalətə, sevgiyə, məhəbbətə həsrət qaldıq.
İzzətə, hikmətə, fitrətə, şəfqətə, hörmətə, dövlətə həsrət qaldıq.
Səndən sonra təfriqə adətimiz, təqlid məzhəbimiz, cəhalət məktəbimiz, ətalət fitrətimiz, xurafat şöhrətimiz, xəyanət sifətimiz, həqiqəti gizlətmək sevimli vərdişimiz oldu.

Əfəndim

Əfəndim
Sən özünü “abduhu və rəsuluhu: Onun qulu və elçisi” olaraq təqdim etmişdin. Sənə iman edən bəziləri sənə hörmət adı altında səni qulluqdan “qurtarıb” mələkləşdirərək əfsanələşdirdilər. Bu ifrata qarşı başqaları da təfritə uyub səni “gözəl örnək” olmaqdan çıxarıb bir “poçtalyon” , bir “vasitəçi” səviyyəsində görərək reallıqdan uzaqlaşdırdılar.
Onların hamısı sənə iman edirdi. Amma səni gerçəklikdən uzaqlaşdırmağın iztirabını yaşatdılar bizə. Bu işi göyə qaldıraraq və ya yerə basdıraraq etmələri nəticədə heç bir şeyi dəyişdirmədi.
Allah səni “gözəl örnək” olaraq göstərdi. Sən Quranın danışanı, yeriyəni, hərəkət edəniydin. Necə ki, bir ana bətnində bir damla suyun insana, bir ağacda suyun meyvəyə, bir arıda tozun bala, bir toyuqda darının yumurtaya, bir qoyunda otun südə çevrildiyi kimi, ayələr səndə həyata çevrilirdi.
Allah israrla səni örnək göstərdiyi halda, bəziləri israrla “kitab”ı, kitabları örnək göstərməkdə dirəndilər. Belə olması işlərinə yarayırdı, cansız bir nəsnəni örnək göstərməklə, canlı bir insanı örnək göstərmək eyni ola bilərmi heç?

Əfəndim

Əfəndim
Kitabsızlıqdan deyil, “peyğəmbərsizlikdən” üzüldük. Yoxluğumuz peyğəmbər yoxluğu. Səni xatırladan, səni andıran insanların həsrətini çəkirik. Uşaqlarımız peyğəmbəri soruşarkən, “Övladım, onun əxlaqı eynilə filankəsin əxlaqı kimi idi” deyə biləcəyimiz insanlar yox deyiləcək qədər azdır.
İnsanlıq dastanına həmyaşıd olan uzun vəhy dönəmində dəfələrlə kitabsız peyğəmbər gəlsə də, heç bircə dəfə də “peyğəmbərsiz kitab” gəlməmişdi. Sayəmizdə yaşlı dünya ona da şahid oldu, Əfəndim, Peyğəmbərsiz kitaba, Muhamməd əleyhisalamsız Qurana şahid oldu.

Əfəndim, indi Quran boynubükük və yetimdir. Səninlə Quranın arasını eynilə ətlə dırnağı, torpaqla toxumu, anayla övladı biri-birindən ayırar kimi ayırdıq.
Gəl, bir bax, Əfəndim, bu məzlum ümmətin halı-əhvalına. Bizə əmanət qoyduğun din tanınmaz hala gəldi, qoyub getdiyin yolun xarabələrində bayquşlar uladı.
Elə gün yoxdur ki, ümmətin coğrafiyalarında fəryadlar yüksəlməsin, dalğa-dalğa qan axmasın.
Bir olaraq qoyub getdiyin ümmətinin neçə parçaya ayrıldığının sayını onu parçalayanlar belə unutdu.

Əfəndim

Bizə qoyduğun mübarək mirası əhlikef mirasyeyənlər kimi parçalayaraq bölüşdük, Əfəndim. Nəbəvi mirasın irfani və əxlaqi qoluna bir qrup, elmi və fikri qoluna bir qrup, siyasi və ictimai qoluna isə daha başqa bir qrup sahib çıxdı. Yüzillərlə bütün bu qruplar əllərindəki parçanın “bütünün özü” olduğunu iddia etməklə ömür sürdülər. “Hər qrup əllərindəki parçayla öyünüb durdu.” Hamımız həqiqətin mərkəzində yalnız özümüzü görərək “haqq mənəm” dedik.
Halbuki, bəzən parçalanan həqiqət həqiqət olmaqdan çıxar. Aid olduğu bütün içərisində mənası olan bir parça o bütündən ayrıldığı zaman mənasızlaşa bilər. Təəssüf ki, bunun fərqinə vara bilmədik, Əfəndim.

Əfəndim

Əfəndim
İsrailoğulları peyğəmbərlərini qətl edirdilər. Biz də sənin gözəl xatirəni, əmanətini, adını və sünnətini qətl etdik. Səni qətl etdik,
Əfəndim…
Bəzilərimiz üçün sən heç ölmədin, o bəxtiyarlar səni elə hey içlərində, işlərində, həyatlarında, düşüncələrində, duyğularında, əməllərində, evlərində yaşatdılar.
Bəzilərimiz üçünsə sən heç doğulmadın. Onlar səndən məhrum yaşadılar. “O balıqlar ki, dərya içindəydilər, dəryanı bilmədilər.”
Varlığının neçə baharı əvəz etdiyini bilməyənlər, yoxluğunun iztirabını necə duysunlar, əfəndim?
Səni çox sevirik, həsrətindəyik…
Bizdən çoxmu incimisən, Əfəndim?


Geri dön

GOD_of_WAR

  • 7 avqust 2011 15:07
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
G O D _ o f _ W A R

Ay Üzlü

  • 6 avqust 2011 13:44
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

.angela

  • 6 avqust 2011 07:04
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk

Cilent_M.Q

  • 6 avqust 2011 01:05
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
sps...

--------------------

miley cyrus

  • 6 avqust 2011 00:02
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
xebere gore twk....

xebere gore twk....

Narka E-ZaDe

  • 5 avqust 2011 23:47
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Мой Мир

  • 5 avqust 2011 22:31
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrr

tongue

tongue

--------------------
∞♥

Iriska

  • 5 avqust 2011 22:02
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkurleeeeeer

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}