O gecə

 
O gecə

Tarix “OL!” əmrinin verildiyi zamandan başlayır. Dünyamız bir “OL!” əmrindən yola çıxaraq “DUR!” əmrinə qədər yol gedir. Yolun uzunluğu da zamanla ölçülür...

Yer üzünün qorxunc bir zəlzələ ilə sarsılacağı, maddi və mənəvi yükünü atacağı, insanın “bu Yer üzündə nə baş verir?” deyəcəyi zamana qədər... Günəş büküləcəyi, ulduzlar sönüb töküləcəyi, dağlar yerindən oynayacağı, hamilə dəvələr tərk ediləcəyi, bütün heyvanlar bir – birinə qarışacağı, dənizlər qaynadılacağı, bütün insanlar səf-səf düzüləcəyi, diri-diri basdırılan qız uşaqları hansı günahlarına görə öldürüldüklərinin hesabını soracaqları zamana qədər... Dünyamız olmağa davam edəcək. Davam etdiyi müddətdə isə zaman-zaman bizə bu ayələri xatırladacaq, bu ayələri yaşadacaq. Bəzən “Oxu!” deyə nazil olan ayələri Kitabdan oxumağı, bəzən o ayələri canlı olaraq yaşayaraq “oxumağı” və anlamağı öyrədəcək. Bəzən Yer bizi silkələyib oyatmaq üçün bir – iki təkan atacaq, bəzən də bizi oyatmaq üçün başqalarını silkələyəcək...

O gecə

Dünyanın taleyini zaman həll edəcək. Bir zaman hər şey dayanacaq və zaman geriyə getməyə başlayacaq.
Dünyanın axarını, əvvəlini, axırını, gəlişini, gedişini dəyişən zaman. Zaman; gecələrin birində dünyanı aydınladan zaman. Gecəni gündüz edən, Ayı sultan edən zaman. Bir bəşəri (Kəfh, 110) digərlərindən seçərək ayıran, onu da aləmlərə rəhmət (Ənbiya, 107) edən zaman.
Bir gecə kainatda hər şey dəyişdi, təzələndi... Bir gecə insan oxumağı, dinləməyi, ona xitab edən Allaha təslim olub, əmrlərinə uymağı öyrəndi. Allah insanla danışdı. Elə sadə bir dillə (Nəhl, 44) danışdı ki, insan anlamıram, dərk etmirəm deyə bəhanə uydura bilmədi. Əmrlərinə sözsüz təslim olub yaşaya bilən Rəsulu bizə gözəl örnək (Əhzab, 21) oldu. Allah "Həbibim" dediyi Rəsulunun bizə “buyurduqlarını etməyi, bizi nədən çəkindirirsə, onları tərk etməyi” (Həşr, 7) əmr etdi. Çünki o “gözəli halal qılır, pisdən də çəkindirirdi” (Əraf, 157). Elə ona görə də “Allahın, mələklərin, bütün möminlərin salam verdiyi, salavat gətirdiyi” (Əhzab, 56) bir elçi oldu. Və Allah sevənlərinə Rəsulunu izləməyi əmr etdi: “Allahı sevirsinizsə, Rəsula uyun” (Ali İmran, 31, 32, 132; Nisa, 59) dedi. Sevənlərinə sevgilərini sübut etmək üçün Rəsula tabe olmağı əmr etdi.

O gecə

Bütün bunlar o gecənin insanlığa bir lütfü idi. O gecə min aydan daha xeyirli oldu. O gecənin dəyərini anlamaq üçün isə maddiyatdan mənəviyyata keçid etmək lazımdır. Bütün dünyanın dəyərsiz olduğunu, cənnətin sadəcə bir bənzəri olduğunu, bizə imtahan üçün verildiyini dərk etmək lazımdır. Aylarla, həftələrlə, günlərlə deyil, sadəcə bir neçə saat ac qalaraq, aclığı yaşayaraq acların halını anlamaq, susuzluğu yaşayaraq suya dəyər vermək lazımdır.
İnsanlığın taleyini dəyişən, ona oxumağı, dinləməyi, təslim olmağı öyrədən zaman kəsiyinə, ayların sultanı Ramazan ayına, min aya dəyər olan bir gecə olan Qədr gecəsinə dəyər vermək üçün oruc tutmaq, bu ibadət sayəsində əsl dəyərin nə olduğunu, əsl nemətin mənəviyyat olduğunu anlamaq üçün o gecəni yaşamaq - sözün həqiqi mənasında - YAŞAMAQ lazımdır...

O gecə

Ac və susuz qalmaq deyil, aclıq və susuzluğu anlamaq ən əsas şərtdir. Anladıqdan sonra nə olacaq deyə sual verməyin. İlk əvvəl o gecənin möhtəşəmliyini anlamağa çalışın. Anladıqda isə nə olacağını görəcəksiniz. Yerin sizi silkələyib oyatmasına daha ehtiyac qalmayacaq. Rəsulun sünnətinə uyaraq, ona tabe olaraq Allaha təslim olacaqsınız. Orucu oruc kimi tutacaq, Ramazanı Sultanlara layiq qarşılayacaq, gecələri aydınladan Qədr gecəsini yaşayaraq həm öz gecələrinizi, həm də ümmətin gecəsini aydınladacaqsınız.


Geri dön

GOD_of_WAR

  • 7 avqust 2011 14:59
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
G O D _ o f _ W A R

ASMIYA

  • 6 avqust 2011 17:47
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
HERKESDEN ALLAH RAZI OLAR INS ALLAH

--------------------


R.M_FaNaTka

  • 6 avqust 2011 17:36
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

İLQAR.

  • 6 avqust 2011 13:36
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
tşk

Ay Üzlü

  • 6 avqust 2011 13:30
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

ŞƏHLA

  • 6 avqust 2011 12:20
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
HƏMİŞƏKİ KİMİ MARAQLI XƏBƏRDİ... TƏŞƏKKÜRLƏR...

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

new life

  • 6 avqust 2011 12:14
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
xebere gore twk....

★Azerbaijan girl★

  • 6 avqust 2011 10:17
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun tskler

Poppy

  • 6 avqust 2011 10:06
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
tesekkurler gozel xebere gore

--------------------

Y.E.M.B

  • 6 avqust 2011 08:30
  • Məqalə: 2
  • Şərh: 67
  • Bal:
{awards}
TESEKKURLER

--------------------
Dostlarınla elə yaşa ki düşmən olduğunda haqqında deyiləcək sözləri olmasın. düşmənlərinlə elə yaşa ki dost olduğunda üzün qızarmasın.

.angela

  • 6 avqust 2011 06:57
  • Məqalə: 0
  • Şərh: 239
  • Bal:
{awards}
twk

Miss Lady

  • 6 avqust 2011 06:12
  • Məqalə: 180
  • Şərh: 2255
  • Bal:
{awards}
twkler. love

MuslimGirl

  • 6 avqust 2011 00:51
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Dünyamız bir “OL!” əmrindən yola çıxaraq “DUR!” əmrinə qədər yol gedir.
Bəli, o "DUR" deyilən gün..O gün hər şey həll olunacaq. Çalışaq ki, o gün başımızı dik tutanlardan olaq. AMİN! Gözəl yazı üçün ALLAH razı olsun!

Prank girl

  • 6 avqust 2011 00:35
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Cilent_M.Q

  • 6 avqust 2011 00:04
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
tesekkuller

--------------------

miley cyrus

  • 5 avqust 2011 23:55
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
xebere gore twk....

KaRola_16

  • 5 avqust 2011 23:40
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI XEBERDIR...

--------------------

Iriska

  • 5 avqust 2011 23:25
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkur edirem

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

R.M_FaNaTka

  • 5 avqust 2011 23:16
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

Narka E-ZaDe

  • 5 avqust 2011 23:05
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}