Allahım

 
Allahım

Allahım yer üzünü ağzınacan doldurmuş zülmdən, haqsızlıqdan, ədalətsizlikdən, əxlaqsızlıqdan bütün qəlbimlə sənə şikayət edirəm.Allahım, haqqın hər yerdə süsdü olmasından, nahaqqın gurlamasından şikayət edirəm.Allahım, hər yerdə şeytanın bayrağının dalğalanmasından şikayət edirəm.Allahım, tapdanan haqqlardan, tökülən qanlardan, axan yaşlardan,cavabsız qalan dualardan sənə şikayət edirəm,Allahım. Allahım, zülmün, əxlaqsızlığın tüğyan etməsindən, fitnə-fəsadın hər yeri bürüməsindən şikayət edirəm.Allahım, sənin dinini tanınmaz hala salanlardan, öz çirkin simaları ilə bəndələrini sənin gözəl dinindən qaçıranlardan sənə şikayət edirəm.Haramlarının halal,halallarının haram sayılmasından, haqq əhlinin zillətdə, nahaqq əhlinin izzətdə olmasından, haqqın nazilib sapdan da nazik olmasından sənə şikayət edirəm, Allahım.

Allahım

Allahım, yer üzü zülmlə dolu olduğu halda gəlib onu eyni şəkildə haqq-ədalətlə dolduracaq olan, gəlişini bütün ktablarında, bütün peyğəmbərlərinin, bütün imamlarının, bütün övliyalarının dili ilə möhkəm şəkildə vəd etdiyim Mehdinin (ə) zühurunu tezləşdirməni istəyirəm səndən Allahım.Bütün haqq əhlinin dilindən istəyirəm.Haqqa sevgisinin, nahaqqa qəzəbini qoruyan bütün qəlblərin adından, haqqsızlıqla barışmayan qəlblərin adından istəyirəm.Əhli-Beytin tapdanan haqqı üçün acığından ilan kimi qıvrılanların, halallarının haram sayıldığı üçün yaralı pələng kimi çırpınanların adından istəyirəm.Sənin və dostlarının sevgisindən başqa bütün sevgiləri özünə haram edənlərin adından istəyirəm, Allahım.Bütün məzlumluların, bütün yaxşıların, bütün qeyrətlilərin, bütün mərdlərin, bütün ghaqqpərəstlərin adından istəyirəm, Allahım.İstədiyi verilməyincə heç bir şeylə ovunmayan körpə kimi istəyirəm, Allahım.

Allahım

Allahım, onun gəlişinə susuz torpaq suya möhtac olan kimi möhtacam, bir ömür qaranlıqda yaşayan işığa möhtac olan kimi, bir ömür qış yaşayan bahara möhtac olan kimi, bir ömür üşüyən istiyə möhtac olan kimi, vəhşi heyvandan qaçan sığınacağa möhtac olan kimi, suda boğulan tutacağa möhtac olan kimi möhtacam,Allahım.Dərdli qəlblərin təsəllisini göndər Allahım, Yaralı sinələrin məlhəmini, bütün dərdlərin dərmanını göndər Allahım.Bütün qaranlıqların işığını, 100 illərin qışının baharını göndər Allahım.Haqqı dirildib ucaldanı, bütün gözyaşlarını siləni, yaraları sarıyanı, bütün əyrilikləri düzəldəni, yanıqları bərpa edəni, məzlumların intiqamçısını, haqqları qaytaranı, yaxşıların mükafatını, pislərin bəlasını verəni göndər Allahım.Ey vədi vədlərin ən gerçəyi olan Allahım.Ey gözyaşlarına rəhm edən , peşman olanı bağışlamağı sevən Allahım.Ey məzlumun intiqamını zalımdan almağı sevən Allahım.

Allahım

Ey nahaqqla yüksələni alçaltmağı, haqq üstündə əziləni ucaltmağı sevən Allahım.Ey haqqın mükafatını, nahaqqın cəzasını verməyi sevən Allahım. Ey hamı ümidsizləşəndə dada çatmağı, pənah yeri görsənməyəndə pənah verməyi sevən Allahım.Ey sevindirməyi sevən Allahım.Səni and veririk peyğəmbərinə və Əhli-Beytinə, onların fədailərinə və sadiqlərinə,Onların sənin yolunda çəkdikləri bütün müsibətlərə və udduqları qəhərlərə, onlarla sənin aranda yaşanmış və ancaq sənin və onların bildiyi, keçə bilmədiyim bütün qapıları.Sevindir bizi! Sevindir bizi! Sevindir bizi!


Geri dön

GOD_of_WAR

  • 7 avqust 2011 14:58
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
G O D _ o f _ W A R

Iriska

  • 6 avqust 2011 21:21
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

R.M_FaNaTka

  • 6 avqust 2011 17:35
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

Prank girl

  • 6 avqust 2011 14:45
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

İLQAR.

  • 6 avqust 2011 13:34
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}


çox saqolun

Ay Üzlü

  • 6 avqust 2011 13:26
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Narka E-ZaDe

  • 6 avqust 2011 12:37
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

ŞƏHLA

  • 6 avqust 2011 12:27
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN... TƏŞƏKKÜRLƏR...

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}