"Mən onun köləsiyəmmi?"

 
"Mən onun köləsiyəmmi?"

Ailə fərdlərinin bir-birləri ilə anlaşa bilməməyinin üç səbəbi var: Mənəvi problemlər, maddi problemlər və çevrənin təsiri...
Allah problemlərini həll edə bilmək üçün insana ağıl verib. Elə ona görə də ailə fərdləri arasındakı maddi vəziyyət problem olmamalıdır. Məsələ aydındır: Nə qazanırıqsa onu da yeyəcəyik. Dünyada bir çox kasıb insan var ki, ömür boyu hüzur içində yaşayıb, bir çox da zəngin var ki, ömründə bir dəfə də olsa rahat bir nəfəs almadan dünyasını dəyişib. Deməli maddi problemlər xoşbəxt olmamağa əsas vermir. İnsanları hüzursuz edən maddi problem deyil, onu problem halına gətirmələridir.

“Ət gətir, çörək gətir, baldan da xəbərin olsun.
Ət yoxdur, çörək yoxdur, haldan da xəbərin olsun.”


"Mən onun köləsiyəmmi?"

Ailə, bir-birini anlamaq, bir-birini tanımaqdır. Yoldaşını, onun imkanlarını bilməyənlər heç bir zaman məsud ola bilməzlər.

Mənəvi problemlər iki insanın eyni istiqamətə baxmamasından qaynaqlanır. "Sevmək bir-birinə baxmaq deyil, bir istiqamətə baxmaqdır." Ailə fərdlərindən birinin dünyabaxışı digəri ilə eyni olmalıdır. Fərdlərdən biri dininin tələblərini bilən və onları yaşamaq istəyən bir müsəlman, digəri cahil olarsa və ya biri Avropa mədəniyyətinə üstünlük verib, digəri isə milli mentaliteti qorumağa təşəbbüs göstərərsə bu halda mütləq problemlər yaşanacaq.

Mənəvi problemlərdən biri də cinsəl həyatdakı problemlər ola bilər. Belə problemləri olanlar mütləq bu sahənin mütəxəssislərinə müraciət edib, onlardan yardım ala bilərlər. Mütəxəssislə məsləhətləşərək "Mənim filan problemim var, nə edə bilərəm, necə həll edə bilərəm?" deyə probleminə çözüm tapa bilər. Təbii ki, əgər o problemi həll etmək istəyirsə.

"Mən onun köləsiyəmmi?"

Evlilik, riyaziyyat hesabı kimi deyil. Belə davransaq belə olar, elə etsək də nəticəsi belə olar kimi hesablamalar evlilik üçün keçərli deyil. İnsan ilk əvvəl öz problemini özü həll etməli, yarpaq kimi sağa-sola əsməməlidir. Yarpaq, əsən küləyə tabedir.
Bəzən yeni evlənənlər valideynləri ilə yaşamalı olurlar. Burada qaynana ilə gəlin arasında bir sıra problemlər yaşana bilir. Ailə rəsi "bu mənim anamdır, o da yoldaşım. Hər ikisinin də hüququnu qorumaqla mükəlləfəm" deyərək gəlin və qaynana arasında münasibətləri tənzimləməlidir.
Belə ki, hər ikisi onun sevimlisidir. Nə anadan vaz keçmək olur, nə də ki, yardan. O zaman bu iki sevgilinin arasında körpü rolunu oynayaraq heç birinin qəlbini qırmadan ortaq məqamı tapmaq lazımdır.
Ailə təməlinin ən birinci düşməni söz “gəzdirmək”dir. Bu cahillərin işidir. Düşüncəsiz davrananlar, nə etdiyini bilməyənlər, daşı hara atdığının fərqində olmayanlar söz gəzdirməklə "baş yarırlar." Atdıqları daşlar sonradan elə onların öz başına da dəyir.

"Mən onun köləsiyəmmi?"

Mübahisə, ailədə yaşana biləcək ən pis haldır. Evlilikdə problemlər varsa, ailə fərdləri hər bir şeyi kənara qoyaraq oturub düşünməli; “Mən kiməm və nə etməliyəm?” deyə problemlərinə cavab axtarmalıdırlar.
Gənc bir xanım mənə, "Yoldaşımla dil tapa bilmirəm" dedi. Mən ona məsləhət bildim ki, yoldaşı ilə söhbət etsin, ona “Əzizim, biz xoşbəxt olmaq üçün evləndik, lakin anlaşa bilmirik. Mənim necə davranmağımı istəyirsən? Səni necə razı sala bilərəm? Bunları mənə söyləsən, mən də səni necə xoşbəxt edə biləcəyimi öyrənərəm. Xoşbəxtliyimiz üçün mən ilk addımı atmaq istəyirəm..." desin. Qadın dərhal etiraz etdi: "Mən onun köləsiyəmmi? Qoy, əvvəlcə o mənim istədiyimi etsin!" "Bu fikirdən imtina edə bilərsənmi?" deyə soruşdum, o da cavabında "Xeyr!" dedi.

"Mən onun köləsiyəmmi?"

Yaşlandıqca insanların xarakterləri daha da sərtləşir. Dəyişmir, yeni bir şəklə düşmür. “Mən beləyəm” deyə inad edər. O inad da ailəni tarimar edər. Kiçik anlaşılmazlıqlar və gərəksiz inadlar böyük dərdlərə səbəb olar.
İki sürücü yarışa çıxır və qəzaya düşürlər. Günah kimdədir? Unutmayın ki, yollar yarışmaq üçün deyil, gedəcəyimiz yerə çatmaq üçündür. Evlilik üstünlük göstərmək meydanı deyil. "Necə xoşbəxt olmaq olar?" sualına cavab axtarmaq yeridir.
Rahatlığın, hüzur içində olmanın ən yaxşı üsulu, həyat yoldaşının yaxşı tərəflərini görməkdir. Bu şəkildə tarazlıq təmin edilər. Həyat yoldaşının xarakteri üzündən özünü heç edən, uçurumdan yuvarlanan insanlar tanıyıram. İnsan hüzurlu ola bilmir, neyləsin! Bu böyük dünyada ikisi bir yerə sığışmırlar.

"Mən onun köləsiyəmmi?"

Unutmayın ki, qadın ərinin, ər də arvadının hər istədiyini yerinə yetirə bilməz. Əsl anlaşılmamazlıq da məhz bundan yaranır. Evlənməyə qərar verən tərəflər bunu düşünərək bu addımı atmalıdırlar. Evlilik iki insanın yan-yana deyil, bir yerdə yaşamasıdır. İki fərqli və fərdi olan insan yalnız bir yerdə yaşamaq istədikdə məsud ola bilərlər. Həyat yoldaşı onun üçün ömürlük bir yük deyil, ömürlük bir dost olmalıdır. Bu dostun da bizə xoş gəlməyən keyfiyyətləri ola bilər. Lakin biz onun fərqli keyfiyyətlərini deyil, özünü sevirik. İnsan isə mükəmməl yaradılmayıb. Bir insanı xoşbəxt etmək istəməklə biz əslində öz səadətimizi də düşünürük. Həyat yoldaşım üçün bir şeylər fəda edə bilsəm, o da mənim bu fədakarlığıma qarşılıq olaraq məni xoşbəxt edəcək bir şeylər etməyə çalışacaq.
Səadət yalnız xoşbəxt olmaqda deyil, həm də xoşbəxt edə bilməkdədir.


Geri dön

Iriska

  • 6 avqust 2011 21:13
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
Tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

R.M_FaNaTka

  • 6 avqust 2011 17:33
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

Cilent_M.Q

  • 6 avqust 2011 16:15
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
tesekkuller

--------------------

Prank girl

  • 6 avqust 2011 14:42
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

MiLeyla

  • 6 avqust 2011 13:27
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
artiq sevgide problem yarada biler.qardawim menden boyukdu deye meni heddden artiq cox istiyir.ona gorede hemiwe onnan problemimiz olur. wink o qeder adami seveliyirki bezirem. angry

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Ay Üzlü

  • 6 avqust 2011 13:25
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

_DreaM_

  • 6 avqust 2011 12:49
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler.ellerinize sagli))..

--------------------

ŞƏHLA

  • 6 avqust 2011 12:49
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

music_girls

  • 6 avqust 2011 12:48
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
xebere gore twk....

Su Perisi

  • 6 avqust 2011 12:45
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
“Ət gətir, çörək gətir, baldan da xəbərin olsun.
Ət yoxdur, çörək yoxdur, haldan da xəbərin olsun.”


Səadət yalnız xoşbəxt olmaqda deyil, həm də xoşbəxt edə bilməkdədir.

--------------------

Narka E-ZaDe

  • 6 avqust 2011 12:36
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk....

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}