Neçə Dəfə?

 
Neçə Dəfə?



Gözlərindən süzülən yaş damlalarını seyr etdikcə, zamanı dayanmış kimi hiss etmişdim. Bir söz deyirlər ' gözlərimin qarşısından həyatım film kimi keçdi '. Baxın, eyni zaman dilimində yalnız gözyaşının bədənindən itkin süzülüşünü izləyirdim.Belə ağlamasına dözə bilmirdim. Sözlər boğazda tıxanar qalar bir anda- elə bir vəziyyət idi indi mənimkisi...
Neçə gündür, hətta neçə aydır, havaların musson yağışlarını xatırladan bir şəkildə davamlı yağışlı keçməsini hirslənib, sızlayarkən birdən birə açan səhər günəşinin təsiriylə gözlərimi işıqlı bir günə açmanın xoşbəxtliyiylə oyanmışdım. Axşama qədər keçən müddət, çox sakit və acı heç bir şey olmadan keçdi . Bu vəziyyət, ta ki işdən çıxdıqdan sonra evə gedərkən telefonumun o alışa bilmədiyim musiqisinin çallınmasıyla sona çatdı təəssüf ki. Zəng edən illərimin dostu idi. Açdım, 'alo' dediyim andan və ondan sonra işdən evə getdiyim yol boyunca, ondan gecəyə qədərki saatlarda və səhərə kimi telefonda yalnız hıçqırıq səsləri eşitdim...
Nə olduğunu izah etməmə ehtiyac yoxdur əslində; yenə bir gənclik sevdası və xəyal qırıqlığı və bu məhv olmuş münasibətin sədaqətini, sevgisini, xəyanətini içində saxlayan birinin gözyaşlarına şahid olurdum yenə.Əvvəllər sevgilisiylə olan vəziyyətini, problemlərini mənə danışdığında həmişə ona '' mənə danışmamalısan, öz aranızda həll etməlisən. Başqaları sənin yolunu problemlərini həll edə bilməz, hətta bu mən olsam belə. Sən qərar verməlisən; bədəndə, ruhda sənindir. Ən doğru qərarı kimsəni dinləmədən sən ver. '' deyərdim.


Neçə Dəfə?



Səhərə yaxın yalnız onu sakitləşdirə bildim, səhər işdən icazə alıb özümü mütləq ona çatdıracağımı söylədim. Sabahı gün işə yenicə çatdığımda zəng etdi və onu görməyə getməli olduğumu xatırlatmaq istədi. İşdən icazə alıb getdim onu görməyə. Parkda oturmuşdu.Yanına çatıb "nə olur axı? nədir sizin probleminiz?" sualını soruşmağa hazırlanarkən asta-asta '' Artıq o yoxdur..içimdə sanki bir üsyan var.Yalnızca sənə danışıb rahatlamaq istəyirəm. '' dedi. Danışdıqca, cümlələrinin əvvəlinin hamısının 'neçə dəfə' sözü ilə bitdiyini fərqinə vardım. 'Neçə dəfə onun arxasından qaçdım' , 'Neçə dəfə mənə etdiklərinə göz yumdum' , 'Neçə dəfə onun üçün özümdən imtina etdim' , 'Neçə dəfə onun üçün başqalarından danlaq eşitməyi gözə aldım' , 'Neçə dəfə onun üçün bir çox şeydən imtina etdim' kimi onlarla sual cümləsi eşitdim; təbii ki,hıçqırıqlarla kəsilən bu cümlələri dinləmək istər istəməz insanı pis təsir edirdi. O an o qız, onun sevdiyi qız yanımda olsa hərhalda onu gözəlcə döyə bilərdim amma əlimə nə keçəcəkdi ki? Yanımdakı bu yazıq aşiq insana təkrar aşiq ola bilərdimi? Xeyr...
Hıçqırıqları 'neçə dəfə' sözündə daha sıxlaşırdı və qulağım bir müddət sonra bu sözə elə alışdı ki; bu söz beynimdə əks-səda vernəyə başlamışdı. 'Neçə Dəfə' sualı ard-arda beynimdə şimşəklər çaxdırır, suallar sanki bakteriyalar kimi çoxalaraq artırdı:
'NEÇƏ DƏFƏ!'
Neçə dəfə toxunmamanız lazım olan bir ələ toxundunuz?
Neçə dəfə çirklətməməniz lazım olan təmiz bir ürəyi çirklətdiniz?
Neçə dəfə andlarınızdan imtina etdiniz?
Neçə dəfə yalan danışdınız? Nə? Heçmi? Yalan danışıb söyləmədiyinizi bir daha düşünün! Bu da yalan olmasın! Yoxsa yalan nə demək bilmirsinizmi!??
Neçə dəfə aldatdınız? Yoxsa sizdə aldatmanın nə demək olduğunu bilməyənlərdənsinizmi? İki aşiq arasında, birinin başqasına sevdiyinə baxdığı kimi baxması belə əslində aldatmaqdır. Amma gəlin görün ki zamanımızda bunlar aldatmaq olaraq qəbul etmirlər... Və hər kəs 'Nə olacaq ki?' deyir...
Neçə dəfə halınıza şükr etdiniz?
Neçə dəfə sabah nə olacağam sualını düşündünüz?
Neçə dəfə doğru bildiyiniz səhvlərin arxasına sığınıb, verdiyiniz sözlərdən imtina etdiniz?
Neçə dəfə xəyal qırıqlığına uğradınız?
Neçə dəfə sabah daha yaxşı olacağam dediniz?
Neçə dəfə bundan sonrakı həyatımda səmimi olaraq yoluma davam edəcəyəm dediniz?
Neçə dəfə girdiyiniz yoldan, gərəksiz yerə ayrıldınız?
Neçə dəfə....


Neçə Dəfə?



Dodaqlarım qurudu, hıçqırıq səslərindən bir an başqa bir aləmə keçdiyimi sandım. Başmı yellədim, narın -narın yağış yağmağa başlamışdı. Dostumsa kədərli və əldən düşmüş bir şəkildə hələ keçmişə dair xatirələrinii təkrar təkrar xarab maqnitofon kimi söyləyirdi. Susdurmaq istəyirdim, amma içi rahat olmalı idi bu insanın, ən zəif həddində idi həmişə hər işimdə mənə dəstək olan insan. Dözə bilmədim yenə qarşısında durub '' Ağlamaq istəyirsənsə, ağla. Danışmaq istəyirsənsə, danış. Köhnə dəftərləri açmaq istəyirsənsə, aç. Amma bunu bil: Köhnəni qarışdırmaq, sənə yaxşı bir gələcək verməz. Onu tənqid etmək, ona bir qatqı təmin etməz; yalnız səni üzər. Etməyin lazım olanları etmisən onsuz da, bunun sən də fərqindəsən. Sil gözyaşlarını, sənə yaraşmır heç. ''dedim.
Bir az getdik. Sərin hava ona yaxşı gəlmişdi. Hər sevən kimi, o da ayrıldıqdan sonrakı dəqiqələri normal olaraq yaxşı keçirməmişdi. Amma bilirdim, daha yaxşı olacaqdı. Niyəmi? Çünki insanoğlunu idarə edən ağıl deyil, nəfsidir. Sabah bir gün əlbət onu da başqa bir qız cəzbedəcək, bu yaşananları unudacaq bəlkə də... Gözlərinin içinə baxdığımda, sevgisi üçün hər şeyi edən bir insanın gözyaşı okeanını görə bilirdim. Ruhu xoşbəxt idi: çünki sevgisi üçün hər şeyi etmişdi. Amma dedim; o da bir insan idi: hər sevən insan kimi bir müddət daha "neçə dəfə" sualını özündən soruşacaqdı.
Neçə dəfə...
Soruşulacaq suallar daha da arta bilərərdi...
Neçə dəfə...
Deyə bilərsiniz; sən bu yazdıqlarını etmədinmi sanki? Bəli, bəzilərini mən də etdim. Çünki fərqli ola bilərəm amma mən də insanam.
'' Neçə dəfə, birinə bütün mənliyinizi qapdırıb; onun üçün hər şeydən imtina etdiniz və bütün həyatınızın qaralmasına səbəb oldunuz??? ''
Suallarla məşğul olmanın bir mənası yoxdur.
İnsanlar kişilər və dişilər deyə ikiyə ayrılar; hər cins qarşı cinsdən birini əvvəlində sonunda tapar, tapacaq da... Əhəmiyyətli olan 'neçə dəfə' dir... Əhəmiyyətli olan ruhunuzu 'neçə dəfə' satacağınızdır...
Ümid edirəm bu, bir dəfə olar...
Bəli...
Həyatınızı bir şey üçün məhv edin; ailəniz üçün...
Bədəninizi bir adam üçün çirklədin; həyat yoldaşınız üçün...
Və canınızdan bir dəfə can verin; uşağınız üçün...
Həyat hər şeyə baxmayaraq davam edir; sevdiyiniz insan varsa onun üçün ən yaxşısını edin. Doğru söyləyin, sədaqətli olun, başqasına baxmayın, xəyal qurun... Amma əsla bütün mənliyinizi verməyin. Əmin olun, əgər sevdiyiniz insan doğru insan olmazsa bir gün onu itirsəniz belə ondan qat-qat yaxşısını həyat önünüzə çıxaracaq. Yalnız etməniz lazım olan, bitdiyi nöqtə də sizin də hər şeyi silməniz,unutmanızdır ( bilirəm çətindir, amma hər şey sizə bağlıdır ) Unutmadan bunu da deyim: kimsə sizə zorla bir şey etdirə bilmzə, qərarları siz verərsiniz: bəzən də nəfsiniz. Amma nəticədə hər qərar sizin mənliyinizdən çıxmışdır. Ona görə pis bir münasibət nəticəsində qarşı tərəfi günahlandırmayın. Səhvlərinizi təhlil edin, bir daha eynisini etməyin; buraxın ayrılan tərəf sizdən ayrılan kimi xoşbəxtliyindən dəm vursun və sizdən sonra anında tapdığı 'yeni sevgiliylə' kifayətlənsin. Əmin olun; belə tiplər doğru insanı axtarmaq üçün qucaqdan qucağa gedəcəklər və sonunda peşman olacaqlar. Amma sizə nə siz o zamana qədər həyatın özü sizə gətirdiyi xoşbəxtliyi dadmış olacaqsınız.
Həyatınızda hər vaxt optimist olun; və bu dünyalıq düşünməyin: bu dünya fanidir çünki... O biri dünyanız üçün də bir şeylər edin deyirəm...


Geri dön

Iriska

  • 7 avqust 2011 03:03
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
Həyatınızda hər vaxt optimist olun; və bu dünyalıq düşünməyin: bu dünya fanidir çünki... O biri dünyanız üçün də bir şeylər edin deyirəm...

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Ay Üzlü

  • 6 avqust 2011 16:54
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
TEWEKKURLER

MiLeyla

  • 6 avqust 2011 16:12
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
artiq menimde beyimde <nece defe >sozu bakeriya kimi coxalmaga bawladi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

_DreaM_

  • 6 avqust 2011 15:42
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
oxumaga sebrim catmadi...eziyyete gore tesekkurler...

--------------------

KaRola_16

  • 6 avqust 2011 15:28
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
BIRAZ OXUDUM ARDINA SEBRIM CATMADI...

--------------------

Narka E-ZaDe

  • 6 avqust 2011 14:45
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}