Dünya birjalarında gərginlik yaranıb

 
Dünya birjalarında gərginlik yaranıb

Dünyanın fond bazarları 2008-ci ildən bəri ən böyük sarsıntı ilə üzləşib.

ABŞ-da iqtisadi tənəzzülün davam edəcəyi təhlükəsi nəticəsində ölkənin fond bazarları kəskin enmə ilə bağlanıb. «Dow Jones» indeksi 4,31% azalaraq 11 383,68-ə düşüb ki, bu 2008-ci ilin oktyabrından sonra ən ciddi azalma sayılır. «Nasdaq» indeksi 5,08% aşağı düşərək 2 556,39-ə, «S&P 500» indeksi isə 2009-cu ilin fevralından indiyədək ən kəskin azalma nəticəsində 4,8% azalaraq 1 200,07-ə enib. Ümumiyyətlə, «S&P 500» indeksi hələ iyulun 25-dən azalmağa başlayıb və indiyədək 11% aşağı düşüb. Səhmləri daha çox ucuzlaşan şirkətlər xammal sənayesini təmsil edir. Alüminium nəhəngi olan «Alcoa»nın səhmləri 9,3%, «Chevron» neft şirkətinin səhmlərinin dəyəri isə 5,8% azalıb.

Fond bazarlarında qiymətlərin düşməsi elə bir kəskin şəkil alıb ki, ölkənin
aparıcı telekanalları ABC, CBS və NBC efiri yarımçıq saxlayaraq, təcili xəbərlər proqramları yayıb.


Amerikadan sonra sarsıntı Asiya fond bazarlarını bürüyüb. Regionun ən iri şirkətlərinin səhmlərini əks etdirən «MSCI Asia Pacific» indeksi avqustun 5-də hərraclar başlayandan 4% azalıb. Nəticədə, mayın 2-də indeksin maksimum hədd olduğu dövrdən indiyədək azalma 10%-ə çatıb. Təkcə ötən həftə «MSCI Asia Pacific» 8% itirib – bu, 2008-ci ilin oktyabrından sonra ən pis göstəricidir. Honkonqun «Hang Seng» indeksi 4,29%, Koreyanın «Kospi» indeksi 3,7%, Şanxay fond birjasının «SSE Composite» indeksi 2,15% azalıb. Yaponiyanın «Nikkei 225» indeksi 3,72% azalıb, sonuncu dəfə belə kəskin azalma bu ilin martında - zəlzələ zamanı baş verib.

Avropa birjalarında da enmə prosesləri davam edir. Bu gün «FTSE 100» indeksi 2,2%, Fransanın «CAC» indeksi 1,6%, Almaniyanın «DAX» indeksi 1,9% azalıb. Ümumiyyətlə, Qərbi Avropanın bütün 18 əsas fond indeksi azalıb. Avropanın iri müəssisələrinin ümumiləşdirilmiş indeksi «Stoxx Europe 600» 0,6% enib. Ümumilikdə, bu indeks 2011-ci ilin fevralında qeydə alınan maksimum həddən indiyədək 16% aşağı düşüb.

Ekspertlərin sözlərinə görə, investorlar dünya və ABŞ iqtisadiyyatının son aylar nə qədər zəiflədiyini başa düşməyə başlayıblar. Dünyada aktivlərin idarə olunması sahəsində ən böyük şirkət olan (hazırda 3,66 trln. dollar idarə edir) «iShares-BlackRock Inc.»in aparıcı strateqi Rass Kosterikin sözlərinə görə, investorları ən çox narahat edən amil Avropa və ABŞ-da büdcəyə qənaət edilməsi və faiz dərəcələrinin «sıfır»a yaxın olmasıdır: «Başa düşülmür ki, belə vəziyyətdə hökumət hansı addım ata bilər».

Qeyd edək ki, adətən iqtisadi artım zəifləyəndə faiz dərəcələrinin aşağı salınması
iqtisadi artım üçün müəyyən stimul rolu oynayır. Hazırda faiz dərəcələrinin sıfır ətrafında
olması isə o deməkdir ki, indi bu üsuldan istifadə etmək mümkün deyil.


Digər ekspertlər investorlar arasında təşviş və qorxu olduğunu bildirirlər. Onların sözlərinə görə, hamı hesab edirdi ki, dövlət borcu üzrə tavanın yüksəldilməsi problemi həll edəcək: «Amma ümumilikdə iqtisadiyyatın zəif olduğunu deyəsən hamı yaddan çıxarmışdı».

Xammal bazarında da enmə başlayıb. Neftin və digər xammalların qiyməti aşağı düşür. Artıq «Brent» neftinin qiyməti may ayından indiyədək ilk dəfə olaraq 105 dollara enib. ABŞ birjalarında Texas neftinin qiyməti son 3 ayda ən aşağı həddə - 86,06 dollara düşüb. Xammal metalların - mis və nikelin də qiyməti düşür (müvafiq olaraq 1,8% və 1,44%). Əvəzində qızılın qiyməti artır. Bu ərəfədə qızıl növbəti bahalaşma rekordunu təzələyib – hərraclarda qızılın 1 unsiyası 1 684,8 dolara çatıb.


Geri dön

mirkamal97

  • 11 avqust 2011 07:14
  • Məqalə: 48
  • Şərh: 408
  • Bal:
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

Sirli Melek

  • 8 avqust 2011 15:49
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
vəzində qızılın qiyməti artır. Bu ərəfədə qızıl növbəti bahalaşma rekordunu təzələyib – hərraclarda qızılın 1 unsiyası 1 684,8 dolara çatıb

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Bu Menem

  • 6 avqust 2011 21:57
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws maraqlidi winked

Iriska

  • 6 avqust 2011 20:48
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
Tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

sevgimden_utaniram

  • 6 avqust 2011 20:45
  • Məqalə: 44
  • Şərh: 603
  • Bal:
{awards}
superdi cox xosuma geldi..tesekkurler...

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

KaRola_16

  • 6 avqust 2011 18:43
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MARAQLI OLMADI...

--------------------

Narka E-ZaDe

  • 6 avqust 2011 18:39
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
tewekkurler

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Ay Üzlü

  • 6 avqust 2011 18:28
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
xebere gore tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 51
Cəmi: 74

 

Top 10 Müəllif

ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
The Shield
Xəbərləri: 57
Cəmi: 152
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 790
 
lamiye_2001
Xəbərləri: 30
Cəmi: 32
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 24
Cəmi: 505
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}