Aforizmlər

 
Aforizmlər

Aforizmlər

1. Əsl namuslu insan ailəsini özündən, vətəni
ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır.

2. Heç nə bilməyən və bilməyə çalışmayan adam
çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz vermişdir.

3. Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər
olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

4. Kəşf etmək hamının gördüyünü görmək,
lakin hələ heç kəsin ağlına gəlmədiyini düşünmək deməkdir.

5. Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.

6. O günü, o saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən.

7. Az bilmək və özünü çox bilən kimi göstərmək xəstəlikdir,
yalnız bu xəstəliyi başa düşməklə ondan xilas ola bilirsən.

Aforizmlər

8. Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağıldan şikayətlənmir.

9. Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyildir,
çünki nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gələr.

10. Elmdə hər bir mütərəqqi addım dini geri çəkilməyə məcbur edir.

11. Baş ürəyi tərbiyə etməlidir.

12. Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər geri qayıtmır.

13. Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.

14. Qanadın yoxdursa yüksəklərə uçmaq təşəbbüsündə olma.


Aforizmlər

15. Deyirlər ki, adamlara iki qulaq və bir dil çox eşidib, az danışmaq üçün verilmişdir.

16. Hər kəs öz dilinin altında gizlənmişdir.

17. Atalar sözləri şəhadət barmağında daim parlayan qiymətli üzükdür.

18. Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.

19. Kişi səs verər, sirr verməz.

20. Vətən hissi izahedilməzdir, biz onu analıq hissilə bağlayırıq.

21. İdeyasız yaşamaq məqsədsiz yaşamağa bənzəyir
və insanı bir şəxsiyyət kimi mənəvi cəhətdən yoxsullaşdırır.

Aforizmlər

22. İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur.

23. Mümkün olmayanı yalnız insan mümkün edə bilər.
Həm də mümkün edə bilməyi düşünənlər edə bilər.

24.Heç vaxt dayanmaq bilməyən həyatla
bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır.

25. İt sənə dost olar bir sümük atsan,
Namərd, qədir bilməz qurban da olsan.

26. Mənə elə dost lazım deyildir ki, hər şeydə mənimlə razılaşsın,
mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəm də dostdur.

27. İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir.

28.Tər əməyin göz yaşlarıdır.

Aforizmlər

29.Sevgi yarası öldürməsə də heç bir zaman sağalmır.

30. Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox
davam edir. Adət onu möhkəmlədib bütün həyat boyu saxlayır.

31. Ana olmasa nə şair olar, nə də qəhraman.

32.Ana qəlbi - möcüzələr xəzinəsidir.

33. Dünyada ən yaxşı ləzzət və böyük fərəh - özünün başqasına lazım olduğunu hiss etməkdir.

34. Xoşbəxtlik dörd şeydən ibarətdir: əsli pak, ürəyi pak, əli pak, ürəyi doğru.

35. Sevgi hər şeyə qalib gəlir, gəlin biz də onun hökmranlığına tabe olaq.

Aforizmlər


Geri dön

SLIM SHADY

  • 6 dekabr 2011 22:05
  • Məqalə: 0
  • Şərh: 191
  • Bal:
maraqli sozlerdi,tesekkurler

--------------------
I'm clue and stan

HaYaliM

  • 9 avqust 2011 22:06
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Hamı öz yaddaşından gileylənir, ancaq heç kəs ağıldan şikayətlənmir.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Sirli Melek

  • 8 avqust 2011 12:46
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Baş ürəyi tərbiyə etməlidir.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ay Üzlü

  • 7 avqust 2011 18:37
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkuler

KaRola_16

  • 7 avqust 2011 18:00
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}

33. Dünyada ən yaxşı ləzzət və böyük fərəh - özünün başqasına lazım olduğunu hiss etməkdir.
TEWEKKURLER...

--------------------

Gamze

  • 7 avqust 2011 16:25
  • Məqalə: 356
  • Şərh: 191
  • Bal:
{awards}
Tər əməyin göz yaşlarıdır.

--------------------

Oreiro

  • 7 avqust 2011 15:24
  • Məqalə: 0
  • Şərh: 56
  • Bal:
{awards}
32.Ana qəlbi - möcüzələr xəzinəsidir.
teshekkur

--------------------
Жизнь- это большой супермаркет, бери что хочешь, но не забывай, касса впереди, за всё придётся платить.

Alexsandra Stan

  • 7 avqust 2011 15:22
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
Çox dəyərli aforizmlərdi. Təşəkkürlər.
Xüsusilə bunu çox bəyəndim:

İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur.

--------------------
Bu gün geri qalan ömürünüzün ilk günüdür, ona görə qiymətləndirin.

qonce

  • 7 avqust 2011 15:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,oxudum maraqli idi....Eziyyet cekdiyinize gore minnetdaram!

Bu Menem

  • 7 avqust 2011 14:55
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

R_O_M_A fanatkasi

  • 7 avqust 2011 14:52
  • Məqalə: 16
  • Şərh: 214
  • Bal:
{awards}
Məhəbbət nə qədər təmkinli və sakit olarsa, o qədər də çox
davam edir. Adət onu möhkəmlədib bütün həyat boyu saxlayır.

--------------------
....oooO..............
.....(....)...Oooo...
......)../.....(....)...
.....(_/.......)../.....
...............(_/......
... Я ТУТ ............
.......... БЫЛА.....

Iriska

  • 7 avqust 2011 14:44
  • Məqalə: 253
  • Şərh: 1227
  • Bal:
{awards}
tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Narka E-ZaDe

  • 7 avqust 2011 14:44
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
xebere gore twk......

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 24
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 14
Cəmi: 105
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
Sol Meleyim
Xəbərləri: 6
Cəmi: 21
 
MiSS HaPPy)
Xəbərləri: 5
Cəmi: 14
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
nevroz
Xəbərləri: 1
Cəmi: 174
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Pəri
Xəbərləri: 1
Cəmi: 225
 
 
{slinks}