"Küfrə qarşı orucumu pozaramsa, Kəffarəm cəhənnəm olsun!''

 
"Küfrə qarşı orucumu pozaramsa, Kəffarəm cəhənnəm olsun!''

"Küfrə qarşı orucumu pozaramsa,
Kəffarəm cəhənnəm olsun!
"

Sanki göylərdən bir əl uzanıb dünyanın ən çox yetimi, ən çox öksüzü olan ailənin başına sığal çəkir, göz yaşını silir, yaralarını bağlayır…
Ramazan ab-havasının bu torpaqlarda əsdirdiyi havanı heç doyunca ciyərlərinizə çəkirsinizmi?!
Yəqin bilirsiniz ki, Ramazanın gəlişi ilə Dünyada bir aylıq da olsa, şeytanlar bağlanacaq, mələklər rahatlaşacaqlar.
Kim bilir, nə qədər qərib var ki, qapıları Ramazandan Ramazana çalınır. Nə qədər fağır-füqəra var ki, qursaqlarından Ramazandan Ramazana doyumlu bir şey keçir. Nə qədər kimsəsizlər var ki, Ramazan onların kimi, kimsəsi olur.

"Küfrə qarşı orucumu pozaramsa, Kəffarəm cəhənnəm olsun!''

Söyləyin, Ramazan bir insan adı olsa idi nə qədər dua alar, nə qədər sevilərdi? Ona bu dualar və sevgilər cənnətin qapısını açmağa yetməzdimi? O halda bir fürsətdir: Ramazanla bütünləşib xəyalən Ramazan olmaq sizin əlinizdə.
Ağ bir sevdanı içində bir uşaq kimi böyüdənlər üçün Ramazanın ifadə etdiyi məna çox dərindir. Onlar Ramazanın kütlələr üzərindəki təsirinə baxar, Allahın dönüşdürücü gücünü müşahidə edərlər. Min dadlıya əvəz olan acıya bir daha and içərlər.
Eşqin dəbdən düşmədiyini, düşməyəcəyini söyləmək üçün cəsarətləri artar. Bütün aşiqi sadiqlərə səslənərlər: Sevdanız, acınız və eşqiniz mübarək olsun!

Şair o ölümsüz misralarında necə də gözəl deyib:

Sanmam tələbi dövləti cah etməyə gəldik
Biz aləmə bir yar üçün ah etməyə gəldik.


"Küfrə qarşı orucumu pozaramsa, Kəffarəm cəhənnəm olsun!''

Eyvallah ustadım! Biz aləmlərə bir yar üçün ah etməyə gəldik, eyvallah!
Bu aləmə "sahib olmaq" üçün gəldiyini sananlar gücün, pulun, qadının, qızılın, çör-çöpün arxasından bir ömür qaçsınlar. Biz "şahid olmaq" üçün gəldiyimizi unutmayaq. Biz aləmlərə bir yar üçün ah etməyə gəldik, elə deyilmi? Biz ah edərkən görənlər şikayət etdiyimizi sanmasınlar. Bu bizim varlıq səbəbimizdir. Cəfa çəkdiyimizi sananlar da, səfa sürdüyümüzü sananlar da yanılırlar.
Ey dostum! Sən dövrə vuran hər kəsin rəqs etdiyinimi sanırsan? Yanılırsan. Bəziləri kefdən dövrə vururlar. Amma bir yar üçün ah edənlər, yarın yoluna baxıb "ah" etmək üçün dövrə vurarlar.

Bəzi bədbəxtlərə Ramazan heç gəlmədi. Yazıqlar. Bəzilərinin qapısına qədər gəldi, pəncərədən içərinin mənzərəsini görüb, qapını belə çalmadan dönüb getdi. Bəzilərinin qapısını döydü, fəqət açmadıqları üçün çıxıb getdi. Bəzilərinin ürək evinə girdi, amma girdiyinə min dəfə peşman oldu. Çünki oranı Ramazan kimi bir göy müsafirini qarşılamaq üçün hazır etməmişdilər. Gedəcəyi günü həsrətlə gözlədi. Bəzilərinə isə bir gəldi, pir gəldi. Gəldi və bir daha heç getmək istəmədi. Getmədi. Bir aylığına gəlmişdi, amma gəldiyi yerdə o qədər izzət, qonaqpərvərlik gördü ki, o qədər sevildi və sevdi ki, nə ev sahibi qonağından ayrıla bildi, nə qonaq ev sahibindən.

"Küfrə qarşı orucumu pozaramsa, Kəffarəm cəhənnəm olsun!''

Məhz bu sonuncuların Ramazanı mübarək oldu, həyatı Ramazan oldu. Şahid oldular, şahid gördülər. Günah orucunu heç pozmadılar. Harama qarşı bir ömür sürəcək bir oruca niyyət etdilər. "Küfrə və şirkə qarşı tutduğum orucumu pozaramsa, kəffarəm cəhənnəm olsun!" dedilər.
Onlar orucu tutdu, oruc onları tutdu. Sadəcə oruc tutmaqla qalmadılar, özlərini də tutdular. Yəni özlərini və şəxsiyyətlərini itirmədilər, izzət və şərəflərini qorudular. Onlar orucun başını dik tutdular, oruc da onların başını.

"Küfrə qarşı orucumu pozaramsa, Kəffarəm cəhənnəm olsun!''


Geri dön

Sirli Melek

  • 8 avqust 2011 12:40
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

ASMIYA

  • 7 avqust 2011 19:52
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
HER KES OXUMALI, HER KELIMEDEN DE DERS CIXARMALI. DUNYADA VE EN ESASI DA EBEDI ALEMDE COX EHTIYACIMIZ OLACAQ.

TESEKKUR EDIREM. YAZINIZ ICIN...

--------------------


music_angel

  • 7 avqust 2011 19:06
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 7 avqust 2011 19:02
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Müəllifə təşəkkür edirəm..

--------------------

Ay Üzlü

  • 7 avqust 2011 18:21
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

ulka17

  • 7 avqust 2011 18:13
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
tesekkurler

ozlem2010

  • 7 avqust 2011 17:05
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
tesekurler dusunsdurucu xeberdi

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

R_O_M_A fanatkasi

  • 7 avqust 2011 16:37
  • Məqalə: 16
  • Şərh: 218
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
....oooO..............
.....(....)...Oooo...
......)../.....(....)...
.....(_/.......)../.....
...............(_/......
... Я ТУТ ............
.......... БЫЛА.....

Delya_91

  • 7 avqust 2011 15:54
  • Məqalə: 319
  • Şərh: 5294
  • Bal:
{awards}
cox sagolun.Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

music_angel

  • 7 avqust 2011 15:47
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkur edirem

--------------------

Alexsandra Stan

  • 7 avqust 2011 15:08
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
ALLAH razı olsun

--------------------
Bu gün geri qalan ömürünüzün ilk günüdür, ona görə qiymətləndirin.

qonce

  • 7 avqust 2011 14:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur.Allah razi olsun!Hemiseki kimi super xeberdir.Sizin xeberlerinize soz ola bilmez,yadimdan cixmamis deyim kecen defe size sual vermisdim,taoacaginiza inanirdim.
Beli duzgun cavab idi.....Allah sizi qorusun!Daim sizinle olsun!Tesekkur...size ugurlar!

Iriska

  • 7 avqust 2011 14:47
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
tesekkur

tesekkur

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

Narka E-ZaDe

  • 7 avqust 2011 14:47
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
xebere gore twk......

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 18
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}