Qurani-Kərimdə bilmədiklərimiz

 
Qurani-Kərimdə bilmədiklərimiz

"Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin)
bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət
əlamətlərindəndir." ("Rum" surəsi-20)

Qurani-Kərimdə bilmədiklərimiz

Quranın elmi möcüzə bəhsinin ardınca, xüsusi mövzuda elmi möcüzələr bəhsinə başlamazdan əvvəl, Allah-taalanın özünün Quranda buyurduğu əzəmətli əlamət və nişanələrini sübut edən ayələrdən bir neçəsinə işarə etmək istərdik. Ağıl və hikmət sahibləri bu əlamətlər haqqında təfəkkür etsələr, daha tez nəticə ala bilərlər. Allah-taala insanları düzgün yola tərəf dəvətdən ötrü belə əlamətləri Quranda qeyd etmişdir. Bəlkə insanlar qəflət yuxusundan ayılıb kimin tərəfindən yarandıqlarını və hansı aləmdə qarar tutduqlarını dərk etsinlər. O ayələrdən aşağıdakıları qeyd etmək olar:

1. Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir. (Rum surəsi-20)

2. Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır! (Rum surəsi-21)

3. Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır! (Rum surəsi-22)

4. Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır! (Rum surəsi-23)

5. Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib məhv etdikdən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır. (Rum surəsi 24)

6. Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir. (Rum surəsi-25)

7. Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir! (Şura surəsi-29)

8. "Bizim ayələrimiz (qüdrət nişanələrimiz) barəsində mübahisə edənlər (qəbul etməyənlər) bilsinlər ki, onlar üçün (əzabımızdan) qaçıb can qurtarmağa heç bir yer yoxudur!" (Şura surəsi-34)

Qurani-Kərimdə bilmədiklərimiz

Əlbəttə, bəri başdan onu da qeyd etmək lazımdır ki, bəzi qəlbi korlara yüzlərlə belə əzəmətli əlamətlərdən və möcüzələrdən dəlil gətirəsən, yenə də müxtəlif bəhanələrlə Allah-taalanın varlığına va Onun yolladıqlarına inanmayacaqlar. Ən azı ona görə ki, belə insanların qəlbləri günahın çoxluğundan möhrlənib, artıq insaniyyət məhvərindən çıxıb tam heyvaniyyət aləmində və bəlkə də ondan da aşağı səviyyəli həyat tərzi keçirməklə qəflətdədirlər. Quranda bu haqda oxuyuruq: "Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" (Əraf surəsi, 179)

Onu qeyd etmək yerinə düşər ki, bu gün əllərinə qələm alıb, Allahın onlara verdiyi nemətlərdən istifadə edən halda hətta, Allah-taalanın mübarək adının kiçik hərflə yazmağa cürət edənlər bilsinlər ki, Allah-taalanın dünyada onlara bəxş etdiyi azadlıq və ixtiyarlı olmaq imkanından istifadələri müvəqqətidir. Allah-taala onlara yalnız, dünya həyatında möhlət verir. Amma, gün gələcək o möhlət sona yetəcək! Necə ki, Quranda oxuyuruq:

"Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!" (Ali İmran surəsi, 177)

Qurani-Kərimdə bilmədiklərimiz

Nəhayət, Allah-taalanın digər bir ayədə bu haqda and içməsi mövzunun daha da ciddi olmasına dəlalət edir. Quranda oxuyuruq:

"And olsun yağış sahibi olan göyə; And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki; Bu (Quran haqla nahaqqı) ayırd edən kəlamdır! O, oyun-oyuncaq (əyləncə) deyildir! Həqiqətən, (imansızlar Quranın nurunu söndürmək üçün) hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!" ("Tariq" surəsi 11-17)


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:02
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 2 may 2011 20:16
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Аллах разы олсун...хебер супер

--------------------

_RONALDO_

  • 14 mart 2011 20:05
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sagol

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 11:41
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

AWKSIZ

  • 5 oktyabr 2010 01:29
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}


tewekkurler[i][/i]

--------------------

Ulya

  • 10 sentyabr 2010 17:12
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler baciw deyerli xebere gore

Kisa_Kiss

  • 10 sentyabr 2010 14:07
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Аллах разы олсун...хебер супер

--------------------

FERID

  • 10 sentyabr 2010 13:00
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
cooox sagol tewekkur edirem cox gozal xeere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}