Bugünüm

 
Bugünüm

Həyatdan, gələcəkdən, möcüzələrdən, sevdiklərimizdən, sabahlardan nələrsə gözləyirik. Zaman, dünənki peşmanlıq, sabah üçün ümiddir. Gözləyirik . . .səbir etdiyimizi düşünüb gözləyirik, nikbin düşünüb gözləyirik. Təxirə salırıq. . . Bu günləri sabahlara təxirə salırıq və ümid edirik.

Bugünüm

Ancaq səhər yuxudan oyanan kimi sabah olmayacaq kimi yaşaya bilsəydik. Indi deyə bilsəydik. “kaş ki,”, “amma”, “aram-ərəm”lərdən xilas olsaydıq. Gözləmək yerinə eləmək olsa seçimimiz. Zamanın bu an olduğunu, gözlənməyəcək qədər qısa, itirilməyəcək qədər dəyərli olduğunu anlaya bilsək. . .

Qorxular və qayğılar keçmiş və gələcək deməkdir. Qorxu-keçmişi yenidən yaşamaq, qayğı-gələcəyi yaşamaqdan qorxmaqdır. Bəs bu gün? “Bu gün” əlindəki ən dəyərli xəzinədir. Acıxdığın zaman necə ki, kimsə səni gəlib yedirəcəkmi deyə düşünmürsən, xoşbəxt olmaq üçün gələcəyi gözləmə. Səbir gözləmək deyil. . .

Bugünüm

Hərəkətə keçmədiyimiz, gözlədiyimiz hər gün bir “ömür” itiririk. Hər sabah bizə şans verilir. Biz isə keçmişlə və gələcəklə məhdudlaşdırırıq. Qorxu və qayğılarımızla, ümid və gözləməklə “bu gün”ümüzü məhv edirik.

“Bu gün” doğru və gözəl olanı eləməyi seçə bilərik. Qorxmadan gözləmədən . . . Ən əsası xoşbəxt sonu gözləmədən. Həyat sonların və başlanğıcların toplusudur. Xoşbəxtlik həyatımızı hansı”bu gün”lərdən tikdiyimizdir. Nəticəyə deyil, səbəblərə görə hərəkət etməkdir-xoşbəxtlik.

Bugünüm

Yeni bir işə düzəlmək deyil, həmin işdə uğurlar qazanmaqdır. Evlənmək deyil, evliliyini sonuna qədər saxlamaqdır. Qızı əldə etmək deyil, əldə saxlamaqdır. Yəni xoşbəxtlik sonluq deyil, davamlılıqdır, bir anlıq həzz deyil-yaşaya bilən üçün.
Zaman, hər şeyin mənim əlimdə olduğunu bilməli, kimsəni, nəyisə gözləmədən hər şeyin ən yaxşısını etdiyimi görməlidir. . . Yaşadığım hər xoşbəxt günü kassamda saxlayıram. Kassamda düşünmək yerinə eləməyi seçdiyim, istəklərimi həyata keçirdiyim, hədəfimə çatdığım anlar var. Mənim həyatım budur. . . Xoşbəxt sonluq deyil xoşbəxt günlərimin başlanğıcı “bu gün”dür.


Geri dön

_RONALDO_

  • 14 mart 2011 20:05
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
cox sagol

--------------------

Ulya

  • 10 sentyabr 2010 17:01
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
gozle yaziya gore twk

Kisa_Kiss

  • 10 sentyabr 2010 14:37
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
спасибо

--------------------

Afran007

  • 10 sentyabr 2010 14:30
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
Twkrler maraqli movzu ucun)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}