Ramazanda oruc tutmağın şərtləri

 
Ramazanda oruc tutmağın şərtləri

İslamın 5 şərtindən biri orucdur.

Oruc bədən ilə edilən ibadətdir, bədən ilə edilən ibadətləri heç kim bir başqasının
yerinə edə bilməz. Kimsə, başqasının yerə namaz qıla, oruc tuta bilməz.
Ramazan ayında oruc tutmaq insanlara fərz (Allahın əmri) qılındı.
Oruc bir müddət ərzində yemək, içmək, cinsi münasibətin tərk edilməsidir.
Bundan başqa oruc yalnız mədəyə tutulan bir ibadət deyil, oruclu insan yalan,
qiybətdən, söyüşdən qaçmalıdır, oruclu insan kiminləsə dava etməkdən də çəkinməlidir..

Orucun şərtləri:

Oruc kimlərə fərzdir:

1. Müsəlman olanlara: İslam dinində olmayanlara bu ibadət fərz deyil..

2. Həddi buluğa çatanlara: Oğlanlar 12 yaşdan,
qızlar heyz başlanan andan oruc tutmalıdır..

3. Ağıllı olanlara: Dəlilərə oruc fərz deyil..

4. Heyz və nifas olan qadınlara bundan təmizlənənə kimi oruc tutmaq olmaz..
Orucun ədası (vaxtında tutulması) və qəzası (başqa vaxt tutulması):
Ramazan ayında oruc tuta bilməyənlər başqa bir zaman oruclarını tuta bilərlər.

Orucu kimlər qəza edə bilər:

1. Xəstələr: Oruc tutmasının çox zərərli ola biləcəyinə dair (müsəlman) həkimin
göstərişini alan insan orucunu xəstəliyi keçəcək zamana saxlaya bilər.

2. Səfərə çıxanlar: Səfərə çıxanlar oruclarını qəza edə bilərlər, amma
İmam Əbu Hanifə buyurur ki, səfərə çıxan insan oruc tutmağa gücü varsa, tutsun,
çünki Allah: “Oruc tutmağınız sizin üçün daha xeyirlidir” (Baqara2/184) buyurdu.

3. Yaşlılar: Oruc tutmaq əvəzinə 30 gün bir yoxsulu yedirməli,
ya 1 gün 30 yoxsulu yedirməlidir, amma oruc tutmağa gücü yetirsə, tutmalıdır.

4. Hamilə və südəmər uşağı olan qadınlar uşağın həyatı
üçün narahat olarsa, oruc tutmaya bilər. Sonra orucunu qəza edər..

Orucun vaxtı.

Oruca sübh azanı ilə niyyət edilir, axşam azanı ilə açılır.
Sahura (səhər yeməyinə) qalxmaq, sahuru gecikdirmək (yəni son ana kimi, azana kimi yemək, öncədən yeyib azanı gözləməmək), iftara (orucu açmağa) tələsmək (yəni azan verilən kimi orucu açmaq) Rasulullahın (sas) əmrlərindəndir. Bundan başqa azan verilən kimi öncə yemək, sonra namaz qılmaq gərəkdir, çünki aclıq insanın fikrini namazdan yayındıra bilər. Xurma ilə, yaxud su ilə orucu açmaq sünnədir. İki orucun birləşdirilməsi yaxşı hal deyil, iftar etmək şərtdir..

Orucu pozmayan hallar:

1. Unudaraq yemək, işmək: Oruclu olduğunu xatırlayan kimi
ağzındakını udmamamaq, tövbə edib oruca davam etmək gərəkir.

2. Yuxuda ihtilam olmaq..

3. Qusmaq: Məcburi qusmaq orucu pozmaz, amma
istəyərək qusmaq pozar (bu zaman miqdar da önəmlidir)

4. Cinsi münasibətdən sonra qüsl almayan bir insan oruc tuta bilər,
amma namaz qılması üçün qüsl alması lazımdır, oruclu halda qüsl almaq olar.

5. Ağızda olan tüpürcəyin udulması.

6. Qadın yeməyin duzuna dilinin ucuyla baxa bilər.

7. Sahura qaxlamayan kimsə, oyandığı zamandan
boğazından heç nə keçməyibsə, o an niyyət edib oruc tuta bilər..

Orucu pozan kəffarət gərəkdirən hallar:

Kəffarət: Pozulan bir günlük oruca ardıcıl 60 gün oruc tutmaq..
1. Bilərək yemək, içmək.
2. Cinsi münasibət.
3. Siqaret çəkmək.

Kəffarət yalnzı Ramazan orucunda var, digər oruclara kəffarət yoxdur..
İmam Şafiyə görə yalnız cinsi münasibətda olan bir insan oruca kəffarət
olaraq günə 60 gün oruc tutar, digər hallarda günə gün qəza edər..
İmam Əhməd bin Hanbələ görə isə kəffarət yoxdur, yalnız günə gün qəza var.

Orucu pozan, yalnız qəza gərəkdirən hallar:

1. Ağızı, burunu yuyarkən suyun boğazdan aşağı keçməsi.
Bundan başqadigər sular, yağış, qar boğazdan keçərsə, oruc pozulur.
2. İynə, dərman qəbul etmək.

İmam Şafiyə görə bu zaman oruc pozulmaz,
çünki bu maddələr həm yeyilmir, həm ağızdan və burundan qəbul edilmir.


Geri dön

R.M_FaNaTka

  • 8 avqust 2011 18:54
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

Narka E-ZaDe

  • 8 avqust 2011 11:51
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

NİKİ

  • 8 avqust 2011 10:34
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Sirli Melek

  • 8 avqust 2011 10:19
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TANRI ORUC TUTANLARIN ORUCUNU QƏBUL ELƏSİN.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Delya_91

  • 8 avqust 2011 09:10
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

★Azerbaijan girl★

  • 8 avqust 2011 01:05
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tesekkurler

maraqli idi

Su Perisi

  • 8 avqust 2011 00:46
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Təşəkkürlər oxudum hamisini

--------------------

Cilent_M.Q

  • 7 avqust 2011 23:25
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
tesekkuller, Allah razi olsun...

--------------------

Ay Üzlü

  • 7 avqust 2011 22:29
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Gül və Tikan

  • 7 avqust 2011 22:18
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
ALLAH razı olsun

leyla34

  • 7 avqust 2011 22:16
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
leyla34,
leyla34,
leyla34,
leyla34,
leyla34,
leyla34,
leyla34,
leyla34,
leyla34,
leyla34,
leyla34,

qonce

  • 7 avqust 2011 22:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,maraqli idi,men bunlari oxumusdum,bilirdim,amma yene xatirlatdiginiz ucun size sonsuz minnetdaram! tongue

leyla34

  • 7 avqust 2011 22:13
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
oruc tutmaq namaz qilmaq her muselmanin iwidir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}