Həzrəti Yunus

 
Həzrəti Yunus

Həzrəti Yunus

Həzrəti Yunusun adı Qurani Kərimdə dörd yerdə keçir: Nisa, Ənam, Yunus və Saffat surələrində. İki yerdə isə Allahın ona verdiyi ləqəb ilə zikr edilir: onlardan biri Ənbiya surəsində “Zunnun”, digəri isə Qələm surəsində “Sahibul hut” hər ikisi də eyni mənaya gəlir – “Balıq sahibi”.

Tarixçilər Yunus peyğəmbərin soyu ilə bağlı heç bir məlumat vermirlər, lakin isminin Yunus b. Mətta olduğunda ittifaq edirlər. Cumhur (bir çox müfəssir) Məttanın Yunusun anası olduğu qənaətindədir. Yəni o da Həzrəti İsa kimi anasına nisbət edilərək anılır.

Nüzul sıralamasında Həzrəti Yunus haqqında ilk dəfə Qələm surəsində söz edilir və ən çətin bir dövrdə, - İslama dəvətin ilk illərində, - Rəsulullaha "vəzifəni tərk etmə!" deyə bir mesaj verilir. Hər peyğəmbərin bir hicrəti var. Və bu hicrət əmri gəlmədən olduğu yeri tərk etmək qaçışdır. Həzrəti Yunus hicrət əmri gəlmədən qövmünü tərk etmiş və buna görə də balığın qarnına düşmüşdür. Quranın peyğəmbərlər qissəsi məhz Yunus qissəsi ilə başlayır və bizə yükləndiyimiz vəzifəni tərk etməməyi təbliğ edir.

Həzrəti Yunus

“Rəbbinin hökmünə səbr et və Balıq Sahibi kimi olma! O ki, öz-özünü qınayaraq yalvarırdı. Əgər Rəbbinin (ağılların idrak edə bilmədiyi) neməti onun imdadına yetişməsəydi, and olsun ki, təhqir olunmuş halda tənha bir sahilə atılardı. Fəqət Rəbbin onu yenidən seçdi və yaxşıların arasına qatdı.” (Qələm; 48-50)
Bəli, ilk mesaj belə gəlir: Rəbbinin hökmünə səbr et və göndərildiyin məkanı və vəzifəni tərk etmə. Həzrəti Yunus tərk etdi və etdiyindən peşman olaraq özünü qınadı. Onun yenidən seçilməsi tövbəsinin qəbulu idi.
Yunusun qissəsini biz danışmaqla Allah bizlərə də bir mesaj verir. Onun simasında bizə bir nümunə verilib. Artıq bizim yükləndiyimiz vəzifəni tərk etmək üçün şansımız yoxdur. Necə deyərlər: “Qızım sənə deyirəm, gəlinim sən eşit”.
Bu qissə ona görə ilk nazil olan ayələrlə verilir ki, Rəsulullah necə davranması gərəkdiyini öyrənsin. Hicrət əmri gəlmədən Məkkəni tərk etməsin.

Nisa surəsi 163-də Yunusun adı digər peyğəmbərlərlə yanaşı zikr olunur və Allahın ona vəhy etdiyi bildirilir.
Ənam surəsi 86-da isə onun da seçilmişlərdən olmasından danışılır və başqa heç bir məlumat verilmir.
Yunus Peyğəmbər haqqında əsas məlumatları digər ayələrdən öyrənirik:

Həzrəti Yunus

“Və balıq hadisəsinin qəhrəmanını da xatırla. Bir zaman o haqqında ölçü götürməyəcəyimizi zənn edərək hirslə (vəzifəsini) tərk edib getmişdir. Düşdüyü qaranlığın içərisində “İbadətə layiq başqa ilah yoxdur; Sadəcə ucalar ucası olan Sən varsan: heç şübhəsiz ki, mən (bu davranışımla) zalımlardan biri oldum!” deyə yalvarmışdı. Bunun ardınca Biz də onun yalvarışını qəbul etdik və onu çətinlikdən qurtardıq: Biz inanıb güvənənləri məhz belə qurtarırıq.” (Ənbiya 87-88)

Bu ayədən də anlayırq ki, Yunus pyğəmbər vəzifəsini tərk etdiyi üçün cəzalandırılmayacağını zənn etmiş və məhz ona görə də qövmünü tərk etmişdir. İllərlə qövmünü Tək Olan Allaha ibadətə dəvət etməsinə rəğmən bir – iki insan istisna olmaqla heç kim ona iman etməmiş və o da bu imansız qövmü tərk etmişdir. Əslində Həzrəti Yunusun bu davranışı bizə çox tanışdır. Dinlənilmədiyimiz zaman biz də cahil topluluğu tərk edirik. Bəzən nəinki özləri dinləmir, hətta dinləyənlərə də mane olurlar. O zaman ilk işimiz o toplumu tərk etmək olur. Amma Allah bizə Yunusdan, Nuhdan danışır. Yunus kimi tərk etməyin yanlışlığından, Nuh kimi açıq, gizli, elmi dəvət etməyin vacibliyindən söz edir və hidayətə kimin varacağının yalnız və yalnız Allahın bildiyini xatırladır. Deməli biz üzərimizə düşəni etməli, dönüb-dönüb bir də dəvət etməliyik: birinə gizli, birinə açıq, birinə elmin vasitəsi ilə. Lakin heç bir halda tərk edə bilmərik.

Həzrəti Yunus

“Şübhə yoxdur ki, Yunus da elçilərdən biridir. O əfəndisindən qaçan bir kölə kimi ağzına qədər dolu bir gəmiyə minmişdir. Bundan sonra püşk çəkilmiş və dənizə atılmışdır. O acı bir peşmanlıq duyarkən iri bir balıq tərəfindən udulmuşdur. Lakin əgər o Rəbbinin ucalığını daima düşünməsəydi, yenidən diriliş gününə qədər onun qarnında qalacaqdır. Nəhayət biz onu biktin bir halda tənha və şoran bir quruya çıxartdıq. Və başının üstündə alçaq və bol yarpaqlı bir bitki yetişdirdik. Yenə onu yüz min, hətta ondan daha çox olan qövmə (yenidən) elçi göndərdik. Bu dəfə onlar iman etdilər; Buna görə Biz də onlara bir müddət rifah dolu bir həyat yaşatdıq.” (Saffat; 139-147)
Diqqət etsək görərik ki, Yunusun qaçışı bir kölənin qaçışı kimi tərif edilir. Lakin Allahdan qaçmaq mümkün deyil. Gəmi ilə yola çıxan Həzrəti Yunus bir püşk nəticəsində dənizə atılır. Onun bir balığın qarnında bir müddət yaşaması isə daimi dua, həmd və tövbəsinə bağlıdır. O səhvini anlayıb tövbə etməsə, Allaha bağışlanmaq üçün yalvarmasaydı mütləq qiyamətə qədər o balığın qarnında qalacaqdı. Çünkü oradan qaçış yoxdur.
Balığın qarnından sağ-salamat qurtulması təbii ki, Allahın onun tövbəsinə bir cavabı, bir lütfü idi. Böyük müfəssirlərimizdən biri olan Mövdudi 1891–ci ildə buna bənzər olan bir hadisədən danışır: Belə ki, Ceymis Bartley adlı bir İngilis balıqçısı balina tərəfindən udulmuş, iki gün sonra başqa balıqçılar tərəfindən yaxalanan balinanın qarnından sağ çıxmışdır.

Həzrəti Yunus

Saffat surəsinin bu ayələrindən də anlayırıq ki, Həzrəti Yunus məkanı dəyişdirilərək başqa – başqa qövmlərə (iki dəfə) göndərilən yeganə peyğəmbərdir. İkinci göndərildiyi qövm iman etdiyi üçün onlar barəsində Quran bizə heç bir məlumat vermir. Quranın bizə danışdığı qissələrdən biz ya öyüd alır, ya ibrət alırıq. Yunusun göndərildiyi ikinci qövm haqqında məlumat verilməməsi isə onlardan öyrəniləcək və ya ibrət alınacaq bir şeyin olmaması deyil, verilən başqa mesajlarla oxşarlığı olduğu üçün təkrara yol verilməməsi ola bilər. Quran tarix kitabı deyil ki, hadisələr haqqında tarixi məlumat versin. Quran həyatı necə yaşamaq lazım olduğunu anladır və bunu üçün də bəzi qissəlləri bizə danışır. Seçim edə bilməyimiz üçün bizə məlumat verir.

Yunus surəsindəki, ayələrdən isə öyrənirik ki, onun ilk imana dəvət etdiyi qövmdən başqa heç bir qövm başlarına gələcək müsibətdən xilas ola bilməmişdilər.

“Bu da var: kaş ki, olsaydı, lakin təəssüf ki, Yunusun toplumundan başqa (əzabı haqq etdikdən sonra) iman edib, imanının mükafatını görən başqa heç bir ölkə olmadı. Onlar iman edincə, Biz də onları dünya həyatında rüsvay etməkdən vaz keçdik; və onlar nemətlərimizdən bir müddət faydalandılar.” (Yunus; 98)

Həzrəti Yunus

Bəli, Yunus qövmünü tərk edib getsə də, Allahın lütfü ilə onlar iman etmiş və kütləvi şəkildə iman edib, tövbə etdiklərinə görə Allah onlardan qiyaməti uzaqlaşdırmışdır. Başqa qövmlər kimi adları tarixə inkarçılar olaraq yazılmamış və beləcə də rüsvay olmamışdılar.
Kimin iman edib, etməyəcəyini bilən yalnız və yalnız Allahdır. Ona görə peyğəmbərlərin və onların ardınca gələn saleh əməl sahiblərinin vəzifəsi xatırlatmaq və təmizləməkdir. Allah birini seçib ona Peyğəmbərlik vəzifəsi vermiş olsa da onun öz başına bu vəzifəni tərk etmək şansı yoxdur. Onun missiyası Allahın əmrlərini təbliğ etmək, yaşadığı toplumu imana dəvət etməkdir. Allahın verdiyi müssiyanı yerinə yetirməyən Peyğəmbər də olsa cəzalandırılacaqdır. Həzrəti Yunus kimi.

Həzrəti Yunus


Geri dön

MaCeRaÇı

  • 8 avqust 2011 20:43
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
ALLAH razı olsun

R.M_FaNaTka

  • 8 avqust 2011 18:49
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

Ay Üzlü

  • 8 avqust 2011 16:21
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Мой Мир

  • 8 avqust 2011 13:22
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah razi olsun

--------------------
∞♥

İLQAR.

  • 8 avqust 2011 13:12
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
cox saqolun twk

✰GlaMurKa✰

  • 8 avqust 2011 12:48
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun

★Azerbaijan girl★

  • 8 avqust 2011 12:31
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
hmmm tskler maraqli idi

ZEHRA

  • 8 avqust 2011 12:17
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Tewekkurler xebere gore

Narka E-ZaDe

  • 8 avqust 2011 12:04
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

ℒℴѵℯ

  • 8 avqust 2011 12:02
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
Bu xebere gore sonsuz tewekkurler Allah razi olsun )

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}